Cümə axşamı, Yanvar 22, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

bp bu ay yeni platformadan ilk istismar quyusunu qazmağa hazırlaşır

16/11/2023
İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində
4
BAXIŞ
Share on FacebookShare on Twitter

bp şirkəti noyabr ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda “Mərkəzi Şərqi Azəri” (ACE) platformasından ilk istismar quyusunu qazmağa hazırlaşır və bu, planlaşdırıldığı kimi, 2024-cü ilin əvvəlində ACE-dən ilk nefti hasil etməyə imkan verəcək.

Bunu Trend-ə özəl müsahibəsində bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

“Bu ilin mart ayında ACE-nin dayaq blokunu dənizə göndərmişik və “Azəri-Çıraq-Günəşli” yatağında daimi yerində quraşdırmışıq. Bundan sonra avqust ayında ACE-nin üst modulları dənizə yola salınıb. Dənizdə üst modulların quraşdırılması, montaj və işə salınması artıq başa çatıb. Layihə hazırda 94 faiz reallaşdırılıb”, – o deyib.

AÇG-də qiymətləndirmə quyusunun qazılması

B.Aslanbəylinin sözlərinə görə, hazırda hasilatın aparıldığı neft yatağının altındakı dərin qaz laylarına dair məlumat əldə etmək məqsədilə quyunun qazılmasına 7 fevral 2023-cü il tarixində başlanılıb.

“Qazma işlərini aprel ayında tamamlamışıq. Hazırda quyudan əldə edilən məlumatları və AÇG-nin dərin qaz laylarının potensialını öyrənirik”, – deyə o bildirib.

“Şahdəniz”də SDX-8 quyusunun qazılması

“Şahdəniz” müqavilə sahəsində SDX-8 kəşfiyyat quyusunun qazılmasına 20 yanvar 2023-cü ildə başlanılıb. Qazılmasına Heydər Əliyev adına yarımdalma qazma qurğusunun cəlb olunduğu quyu “Şahdəniz” yatağının şərq cinahında yerləşir. Quyunu ümumilikdə 7 min metr dərinliyində qazmağı planlaşdırırıq”, – o deyib.

bp şirkətinin vitse-prezidenti hazırda qazma işlərinin təhlükəsiz və stabil qaydada davam etdiyini qeyd edib.

“Şahdəniz-2″də şərq-şimal cinahından hasilatın başlaması

B.Aslanbəyli “Şahdəniz-2” layihəsi çərçivəsində şərq-şimal cinahında hasilatın dördüncü rübdə başlaması üzrə işlərin qrafik üzrə irəlilədiyini qeyd edib.

“Bu layihə çərçivəsində quraşdırma və sınaq işləri “Shah Deniz Bravo” platformasında həm sualtı, həm də üst modullarda davam edir. Layihə çərçivəsində gəmilərin köməyilə şərq-şimal cinahının istismar sınaqlarının təmin edilməsi üzrə işlər başa çatıb və bütün sistemi işə salmaq üçün hazırda platformada istismar sınaqları davam edir”, – o deyib.

Cəbrayılda günəş elektrik stansiyası

“Sunrise” Cəbrayılda inşa olunacaq 240 meqavatt gücündə günəş elektrik stansiyasıdır. Lakin bu tipik günəş enerjisi layihəsi deyil, bu layihənin fəaliyyətimizin dekarbonizasiyasına imkan yaradacaq digər layihə ilə əlaqəli olacağı gözlənilir. Buna “Virtual enerji ötürmə sxemi” adlı pilot kommersiya strukturu vasitəsilə nail olunacağı gözlənilir. Bu yanaşma Energetika Nazirliyi ilə razılaşdırılıb və cari əməliyyatlarımızı virtual enerji ötürmə yolu ilə həyata keçirmək üçün Cəbrayılda hasil olunan elektrik enerjisini almağımıza imkan verəcək”, – deyə bp-nin vitse-prezidenti bildirib.

O, bp-nin hazırda hökumət, SOCAR və digər tərəfdaşlarla layihə ilə əlaqəli yerdə qalan texniki və kommersiya məsələlərinin həlli üzərində işlədiyini qeyd edib.

“2023-cü ildə Cəbrayılda günəş elektrik stansiyasının inşası üçün sahə araşdırmaları apardıq, həmçinin SOCAR və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə “Sunrise” (“Şəfəq”) layihəsi üzrə qoşulma sazişi imzaladıq. Sənəddə SOCAR və AİŞ-in layihədə iştirak etmək niyyətində olduqları qeyd edilib. Bu ondan xəbər verir ki, biz durmadan layihə üzrə yekun investisiya qərarını qəbul etməyə doğru irəliləyirik”, – deyə B.Aslanbəyli əlavə edib.

Yeni yaradılmış “Shafag (Cəbrayıl) Solar Limited” şirkətinə gəlincə, B.Aslanbəyli bunun “Şəfəq” layihəsinin sahibliyi və idarə olunması üçün yaradılmış hüquqi şəxs olduğunu bildirib.

Bakı-Supsa neft boru kəməri

“Bakı-Supsa boru kəməri sisteminin, o cümlədən Supsa terminalının fəaliyyətini 15 mart 2022-ci ildən dayandırmışıq. Bu, tankerlər olmadığı təqdirdə boru kəmərinin fəaliyyətinin dayanması ehtimalının qarşısını almaq üçün ehtiyat tədbiri idi. Həmin tarixdən etibarən Bakı-Supsa neft boru kəməri yalnız Supsada tanker yüklənməsi üçün müraciət daxil olduqda istifadə olunub. Bu proses çərçivəsində növbəti hər aya dair qərar əvvəlki aylarda yükgöndərənlər tərəfindən daxil olan müraciətlər əsasında qəbul olunur”, – deyə Bəxtiyar Aslanbəyli qeyd edib.

Onun sözlərinə görə, hazırda bu vəziyyətlə bağlı heç bir dəyişiklik yoxdur və noyabr ayı üçün müraciət daxil olmayıb.

2024-cü ildə yataqlarda profilaktik işlərin aparılması üzrə planlar

“2024-cü il üçün bütün fəaliyyət planlarımız (illik proqram işləri), o cümlədən profilaktik işlər üzrə planlar hələ SOCAR və digər tərəfdaşlar tərəfindən təsdiqlənməlidir. Təsdiq olunduqdan sonra biz növbəti ilə planlaşdırılan profilaktik işlərdən danışa bilərik”, – deyə o sonda deyib.

Tags: AÇGBP

Eyni kateqoriyadan Digər materiallar

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib
Azərbaycan

“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib

18/02/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.