Şənbə, Fevral 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlin əvvəlindən BTC ilə 609 min ton Qazaxıstan nefti nəql edilib

04/10/2023
İlin əvvəlindən BTC ilə 609 min ton Qazaxıstan nefti nəql edilib
12
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi-2023/XV Avrasiya Forumu KAZENERGY” tədbiri çərçivəsində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 1-ci Enerji Forumunda onlayn formatda iştirak edib.

Forumda çıxış edən nazir Şanxay Əməkdaşlıq Təşkilatı çətiri altında qlobal enerji istehsalı və istehlakı strukturunda təsirli mövqeyi olan ölkələrin, zəngin neft – qaz yataqları, yaşıl enerji potensialı, mühüm qlobal enerji-nəqliyyat dəhlizləri, ixrac infrastrukturlarının mövcudluğunu enerji sektorunda çoxtərəfli formatda əməkdaşlıq üçün böyük imkanlar kimi dəyərləndirib. Bu potensialın reallaşdırılması baxımından ŞƏT-in enerji strategiyasının hazırlanması ilə bağlı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsünün strateji əhəmiyyətindən bəhs edib.

Energetika naziri təşkilatın dialoq tərəfdaşı olan ölkəmizin qurumla əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycanın hazırkı geosiyasi mövqeyi və regionda daimi təhlükəsizlik, sabitlik və inkişaf mühitinin təmin olunması ilə bağlı uğurlu siyasəti təşkilatla yeni statusda əməkdaşlığa imkan yaradır: “Bu günlərdə dünya bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ŞƏT-in də əsas prioritetlərindən olan terrorizm, ekstremizm və separatizmə qarşı mübarizədə qətiyyətliliyinə və prinsipiallığına şahidlik etdi. Azərbaycanın suverenliyinin bərpa edilməsilə regionda böyük inkişaf prosesinin qarşısını alan maneələri aradan qaldıran və sülhü təmin edən yeni bir dövrə qədəm qoyuldu. Regionun enerji, nəqliyyat və logistika potensialından istifadə üzrə geniş əməkdaşlıq imkanları yarandı.”

Təşkilata üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsinin ötən il 45.8% artaraq 9 milyard dollardan çox olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu ölkələrin Azərbaycanın xarici ticarətindəki payı ötən il 17% təşkil edib. ŞƏT üzvləri Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 3.2 milyard dollar sərmayə yatırıb.

Çıxışda ŞƏT ölkələri ilə ənənəvi və bərpa olunan enerji sahəsində yeni əməkdaşlıq əlaqələrindən bəhs edilib. Çinlə 2 QVt gücündə yaşıl enerji layihələrinin həyata keçirilməsi, Pakistana “SOCAR Trading” vasitəsilə LNG tədarükü, Azərbaycanla Özbəkistanın energetika sahəsində əməkdaşlığının dərinləşdirilməsi, həmçinin SOCAR-la “Uzbekneftqaz”ın hər iki ölkədə neft-qaz layihələrində iştirakı ilə bağlı müvafiq sənədlərin, eləcə də energetika nazirlikləri arasında 2023-2025-ci illər üzrə Yol Xəritəsinin imzalanması, Qazaxıstan neftinin BTC ilə nəql olunması nümunələr kimi qeyd olunub.

“BTC sisteminə bu ilin aprel-sentyabr aylarında təxminən 609 min ton Qazaxıstan nefti nəql olunub. Bunun 493 min tonu Ceyhan limanından dünya bazarına göndərilib. İlin sonunadək bu həcm 1.1 milyon tona çatdırılacaq”-deyə nazir əlavə edib.

Qeyd edək ki, ŞƏT-in 1-ci Enerji Forumu qlobal çağırışlar nəzərə alınmaqla təşkilata üzv dövlətlər arasında enerji əməkdaşlığının inkişafı üzrə strateji yanaşmalara həsr olunub.

AR Energetika nazirliyi mətbuat xidməti

Tags: BTC

Eyni kateqoriyadan Digər materiallar

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar
Azərbaycan

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar

30/06/2025
2013-cü ildə AÇG blokunda neft hasilatı cəmi 0,5% azalıb
Azərbaycan

Norveç şirkəti AÇG və BTC layihələrini rəsmən tərk etdi

02/12/2024
Из порта Джейхан отгружено более 67 млн баррелей нефти BTC
Azərbaycan

BTC ilə I yarımildə 700 min tondan çox Qazaxıstan nefti daşınıb

29/07/2024
Qazaxıstan neftinin Azərbaycandan nəql edilməsi üzrə Hökumətlərarası Komissiyanın tərkibi təsdiq edilib
Azərbaycan

Yanvar-fevral aylarında BTC ilə neft ixracı 2,6% artıb

27/03/2024
Ana səhifə
İnfoqrafika

BTC ilə nəql edilən tranzit neft həcmləri (mln tonla)

16/02/2024
Порт Актау в Казахстане нарастил объемы перевалки нефти в 2020 году
Qazaxıstan

Yanvarda Aktau limanından Bakıya neft ixracı iki dəfə artıb

12/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.