Çərşənbə, Oktyabr 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

2022-ci ildə “Azərbaycan İES” mənfəətini 48% azaldıb

18/07/2023
2022-ci ildə “Azərbaycan İES” mənfəətini 48% azaldıb
6
BAXIŞ
Share on FacebookShare on Twitter

2022-ci ildə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin mənfəəti 4,332 milyon manat təşkil edib, bu da2021-ci ilin göstəricisi ilə müqyisədə 47,9% azdır.

“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu göstəricilər MMC-nin 2022-ci il üzrə maliyyə vəziyyətinə dair birləşdirilmiş hesabatında öz əksini tapıb.

Hesabata əsasən, ötən il “Azərbaycan İES” MMC tərəfindən elektrik enerjisinin satış həcmi 252,098 milyon manat (azalma 11,5%) təşkil edib.

Hesabat dövründə stansiyanın xərclərinin strukturunda yanacaq xərcləri 171,074 milyon manat (azalma 13,5%) təşkil edib.

Müəssisənin əməliyyat mənfəəti 8,686 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 49,2% azdır.

Ötən ilin yekunları üzrə cəmiyyətin vergi ödənilənədək mənfəəti 8,687 milyon manat (azalma 49,2%), mənfəət vergisi üzrə ödənişlər 4,355 milyon manat (azalma 50,3%) təşkil edib.

2022-ci ildə “Azərbaycan İES” MMC-nin aktivləri 4,7% – 625,465 milyon manata qədər artıb, uzunmüddətli aktivləri 4% – 477,882 milyon manata qədər, qısamüddətli aktivləri 48,1% – 147,583 milyon manata qədər azalıb.

Hesabat ilində cəmiyyətin kapitalı 0,8% – 477,609 milyon manata qədər artıb, nizamnamə kapitalı 5,108 milyon manata (dəyişməyib), ümumi bölüşdürülməmiş mənfəəti 88,946 milyon manata (artım 5,1%) bərabərdir.

2022-ci ildə cəmiyyətin öhdəlikləri 20% – 147,856 milyon manata qədər artıb.

“Azərbaycan” İES hər birinin gücü 300 MVt olan 8 blokdan ibarətdir. Azərbaycanda istehsal edilən elektrik enerjisinin 45%-ə qədəri bu stansiyanın payına düşür. Burada yanacaq kimi təbii qaz və mazutdan istifadə edilir. 

Tags: Azerenerji

Eyni kateqoriyadan Digər materiallar

“Qobu” Elektrik Stansiyasına investisiya qoyuluşu 522 milyon manatı ötüb
Azərbaycan

“Qobu” Elektrik Stansiyasına investisiya qoyuluşu 522 milyon manatı ötüb

09/12/2021
Azərbaycanda sudan alınan enerji getdikcə azalır
Azərbaycan

Azərbaycanda sudan alınan enerji getdikcə azalır

17/02/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.