Bazar ertəsi, Sentyabr 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Elçin İbadov: “Azərbaycan 2020-ci ilin dekabr ayından Avropaya 22,4 milyard kubmetr qaz ixrac edib”

28/04/2023
Elçin İbadov: “Azərbaycan 2020-ci ilin dekabr ayından Avropaya 22,4 milyard kubmetr qaz ixrac edib”
12
BAXIŞ
Share on FacebookShare on Twitter

2020-ci il dekabrın 31-dən 2023-cü il martın 31-dək Cənub Qaz Dəhlizi (CQD) ilə Avropaya 22,4 milyard kubmetr qaz ixrac edilib. “İnterfaks-Azərbaycan” agentliyi “SOCAR Turkiye Enerji” şirkətinin məlumatına istinadən xəbər verir ki, bunu şirkətin baş direktoru Elçin İbadov deyib.

“2018-ci il iyunun 30-dan 2023-cü il martın 31-dək TANAP qaz kəməri vasitəsilə Türkiyəyə 21 milyard kubmetrdən çox qaz ixrac edilib. 2023-cü il martın 31-nə olan vəziyyətə görə, Avropaya (CQD ilə – İF) 22,4 milyard kubmetrə yaxın qaz nəql edilib”, – deyə o bildirib.

Baş direktor qeyd edib ki, “SOCAR Turkiye Enerji” şirkətinin təbii qaz ticarəti üzrə portfeli Türkiyədə istehlakın 6%-ni təşkil edir ki, bu da özəl sektorda ən iri portfellərdən biridir.

“Bu günə qədər “SOCAR Turkiye Enerji” şirkəti Türkiyəyə təxminən 9,3 milyard kubmetr qaz nəql edib, Azərbaycandan isə 98,2 milyard kubmetr təbii qaz tədarük edilib. Biz Türkiyənin topdansatış bazarında (elektrik enerjisi və təbii qaz) ən böyük özəl sektor oyunçularından biriyik. 2022-ci ildə təbii qaz və elektrik enerjisinin ümumi ticarət və satış həcmi 17 teravat/saata çatıb, dövriyyə isə 28 milyard türk lirəsi (təxminən $1,4 milyard) təşkil edib”, – deyə İbadov bildirib.

Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.

CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.

CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayında başlanılıb.

“Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının illik ötürmə gücü 10 milyard kubmetr olan TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.

Hazırda CQD-nin ötürmə gücünün 2 dəfə artırılması müzakirə edilir.

2022-ci ildə Azərbaycan qaz ixracını 18% – 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.

2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.

interfax.az

Tags: ixracqaz

Eyni kateqoriyadan Digər materiallar

ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
Kazakhstan to reduce oil export duty from $80.00 to $60.00 per 1 ton
Azərbaycan

2023-cü ildə Azərbaycan neft məhsullarının ixracını 20% artırıb

22/01/2024
SOCAR managed to stabilize production and even increased a little
Azərbaycan

2023-cü ildə Azərbaycanda neft hasilatı 7,5% azalıb, qaz hasilatı 3,8% artıb

17/01/2024
2024-cü ildə Azərbaycanda qaz hasilatı 49 milyard kubmetri ötəcək
Azərbaycan

2024-cü ildə Azərbaycanda qaz hasilatı 49 milyard kubmetri ötəcək

30/01/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.