Cümə, İyun 5, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Şaban: “Azərbaycan bir zamanlar Avropanın tikmək istədiyi “Nabucco” layihəsini canlandırır”

03/02/2023
İlham Şaban: “Azərbaycan bir zamanlar Avropanın tikmək istədiyi “Nabucco” layihəsini canlandırır”
37
BAXIŞ
Share on FacebookShare on Twitter

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı əvvəlkil illərdə keçirilən iclaslardan fərqlənəcək.

Bunu “Report”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

Onun sözlərinə görə, ona görə fərqlənəcək ki, burada əsas məsələ Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivlərinin müzakirəsidir: “Azərbaycandan hansı ölkələr əlavə qaz həcmləri almaq istəyir və bunun üçün daşıma imkanları hansı səviyyədədir. Məncə, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün öncə Budapeştdə anons etdiyi kimi “Azərbaycan bir zamanlar Avropanın tikmək istədiyi “Nabucco” qaz kəməri layihəsini canlandırır” fikrinin məhz Bakı toplantısında inkişafını müşahidə edə bləcəyik”.

O qeyd edib ki, çünki Azərbaycanın əlavə qaz həcmlərinin daha çox Avropanın hansı bölgəsinə – cənubuna və ya şərqinə, həmçinin Mərkəzi hissəsinə qədər çatdırılması təkcə onun coğrafiyasının genişləndirilməsini deyil, həmçinin Azərbaycan qazının Avropada hərəkətinin yeni marşrutunu müəyyənləşdirən amil olacaq: “Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısı keçiriləcək. Tədbirdə müxtəlif ölkələrin nazirlərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və digər rəsmilərin iştirakı gözlənilir. Yüksək səviyyəli nümayəndələr sırasında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Rumıniya prezidenti Klaus Yohannis, ABŞ Dövlət departamentinin rəsmisi Laura Loxmanı qeyd etmək olar. Bundan əlavə tədbirə 15-ə yaxın ölkənin enerji və energetika nazirlərinin müavinlərinin də iştirakı gözlənilir”.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2015-ci ildən mütəmadi keçirilən bu tədbirin əsas hədəfi təkcə Xəzərin ən böyük qaz yatağının resurslarının Avropa bazarlarına çıxarılması ilə yanaşı Azərbaycan və tərəfdaşlarının həyata keçirdikləri meqa layihə – Xəzərin sahilindən başlanğıcını götürən və 7 ölkəni əhatə edən 3 500 km-lik infrastrukturun zamanında ərsəyə gəlməsini təmin etmək idi: “Çünki Azərbaycanın bundan əvvəl icra etdiyi iri layihələr nəticəsində əldə etdiyi təcrübə ona dəlalət edirdi ki, heç də hər imzalanan layihəni praktikada zamanında icra etmək mümkün olmur. Bu baxımdan da ildə bir dəfə hökumət nümayəndələri, layihəyə cəlb edilmiş şirkət rəhbərləri və onun maliyyələşməsində iştirak edən beynəlxalq və kommersiya qurumlarının iştirakı ilə görülmüş işlərə yekun vurmaq, qarşıya çıxan problemlərin operativ həlli üçün tədbirlər görmək, həmçinin gələcək işlərlə bağlı fikir mübadiləsi aparmaq son nəticədə planlaşdırılmış işlərin zamanında həyata keçməsi üçün optimal bir platformaya çevrilib”.

Ekspert qeyd edib ki, bu toplantının vacib bir elementi də ilk dəfə burada Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının keçirilməsidir: “Bununla da Azərbaycan özünün tərəfdaşları ilə – Gürcüstan, Rumıniya və Macarıstanla ötən ilin dekabrın 17-də imzaladıqları “Avropaya yaşıl enerji ixracı” üzrə müqavilənin praktik icrasına başlanğıcını qoyurlar. Bundan sonra qazla yanaşı biz “yaşıl enerji” ilə bağlı da bu cür yüksək səviyyəli toplantılara ev səhibliyi edəcəyik və Azərbaycanın Avropaya enerji ixracının şaxələndirilməsi məsələlərində ciddi oyunçu olaraq qalmasının şahidi olacağıq”.

Tags: İlham Şaban

Eyni kateqoriyadan Digər materiallar

Rusiya-Türkiyə qaz  sövdələşməsi və Azərbaycanın maraqları
Maraqlı Xəbərlər

Rusiya-Türkiyə qaz sövdələşməsi və Azərbaycanın maraqları

11/12/2022
İlham Şaban: “SOCAR xarici bazarlarda əldə etdiyi təcrübəni yerli bazara tətbiq etməyə hazırlaşır”
Azərbaycan

İlham Şaban: “SOCAR xarici bazarlarda əldə etdiyi təcrübəni yerli bazara tətbiq etməyə hazırlaşır”

31/08/2022
Azərbaycan

İ.Şaban: Azərbaycanla Avropa arasında qaz əməkdaşlığının yeni mərhələsi başlayır

06/02/2022
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb – İlham Şaban
Azərbaycan

Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb – İlham Şaban

17/10/2021
Avropada qaz qiymətlərinin oynaması neft bazarına təsir edəcəkmi?
Maraqlı Xəbərlər

Avropada qaz qiymətlərinin oynaması neft bazarına təsir edəcəkmi?

17/09/2021
Azərbaycan

“Gələn il xərclərimiz daha çox olacaq”- Ekspert səbəbləri AÇIQLADI

15/09/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.