Çərşənbə axşamı, May 19, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Gələn il xərclərimiz daha çox olacaq”- Ekspert səbəbləri AÇIQLADI

15/09/2021
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Xəbər verdiyimiz kimi dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti cüzi artıb.

1news.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,57 ABŞ dolları və ya 0,78% artaraq 73,98 dollar təşkil edib.
Məsələyə münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, neft sahəsi üzrə tanınmış ekspert İlham Şaban 1news.az-açıqlamasında bildirib ki, hazırda beynəlxalq enerji agentlikləri o cümlədən investisiya banklarının, OPEC-in, Beynəlxalq enerji agentliklərinin gələn il üçün neftin qiymətləri ilə bağlı verdikləri proqnozuna əsasən brend markalı neftin orta qiyməti 65 dollardan 60-61 dollara qədər enəcək.

“Təbii ki, bu iqtisadi göstəricilərdə nəzrdə tutulan artımın olmaması ilə əlaqəlidir. 2022-ci ildə də artım qeydə alınmayacaq deyə, neftin qiymətini aşağı səpkidə proqnozlaşdırırlar. Əgər ötən il neftin orta qiyməti 42 dollar idisə, cari ilin birinci yarısında bu göstərici 62.5 dollar oldu. Bu da 60 faizə yaxın artım deməkdir. Heç bir proqnoz verilməmişdi ki, belə bir artım olacaq”.

Artımın baş vermə səbəbini qışın kifayət qədər soyuq, yayın isə hədsiz isti keçməsi ilə əlaqələndirən ekspert bildirib ki, enerjiyə kifayət qədər tələbat olduğundan vəziyyət bu yerə çatdı:

“ Neftin qiymətinin sentyabrın əvvəlində 74 dollar və ondan üstün olması klimatik faktorlara əsaslanır. Belə ki, ABŞ-ın neft hasil edilən əsas ştatlarında və Meksika körfəzində yaşanan qasırğanın fəsadları neft sənayesi üçün çox təsirli oldu. Amerika Enerji Administrasiyasının verdiyi xəbərə görə, 27 avqustan başlayan və 7 gün davam edən güclü qasırğa, neft hasilatının gündəlik olaraq 1.7 barel azalmasına səbəb olub. Müqayisə etdikdə avqusta OPEC cəmi 400 min barel neft hasilatını artırmaq istəyini ortaya qoydu. Amma birdən-birə baş verən bu hadisələr 4 dəfə geriləməyə səbəb oldu”.

Gələn illə bağlı indidən heç bir proqnoz verə bilməyəcəyini deyən İlham Şaban, bunu dünyadakı iqtisadi vəziyyətlə əlaqələndirib:

“İndiki halda biz heç bir proqnoz verə bilmərik. Çünki bu özünü doğrultmur. Dünyada elə bir vəziyyət yaranıb ki, sabah nə olacağı bəlli deyil. Məsələn, ötən ilin noyabrında neftin qiymətinin qaxması ilə bağlı verilən proqnozlar 57-52 dollar arasında dəyişməli idi. Amma bu özünü doğrultmadı. Ancaq bir məsələ var ki, gələn il Azərbaycanda xərclər çox olacaq. Çünki neft sənayəsində bir sıra kapitalyönlü layihələr var. Təkcə Azəri-Mərkəzi-Şərqi layihəsinin tikilib başa çatdırılması üçün daha çox vəsait xərclənməlidir. Bu isə təbii ki, bizim mənfəəti bir qədər azalda bilər. Bütün bunlar ilin yekununda bəlli olacaq ki, nə qədər xərc gedib, nə qədər mənfəət qalıb”.

Qeyd edək ki, 6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil oluması proqnozlaşdırılır. Gündəlik hasilat gücü 100 000 barrel olan yeni platformanın 2023-cü ildə istifadəyə verilməsi gözlənilir. Yeni layihənin başlanğıcı “Əsrin müqaviləsi”nin 25-ci ildönümünə təsadüf edir.

Tags: İlham Şaban

Eyni kateqoriyadan Digər materiallar

İlham Şaban: “Azərbaycan bir zamanlar Avropanın tikmək istədiyi “Nabucco” layihəsini canlandırır”
Azərbaycan

İlham Şaban: “Azərbaycan bir zamanlar Avropanın tikmək istədiyi “Nabucco” layihəsini canlandırır”

03/02/2023
Rusiya-Türkiyə qaz  sövdələşməsi və Azərbaycanın maraqları
Maraqlı Xəbərlər

Rusiya-Türkiyə qaz sövdələşməsi və Azərbaycanın maraqları

11/12/2022
İlham Şaban: “SOCAR xarici bazarlarda əldə etdiyi təcrübəni yerli bazara tətbiq etməyə hazırlaşır”
Azərbaycan

İlham Şaban: “SOCAR xarici bazarlarda əldə etdiyi təcrübəni yerli bazara tətbiq etməyə hazırlaşır”

31/08/2022
Azərbaycan

İ.Şaban: Azərbaycanla Avropa arasında qaz əməkdaşlığının yeni mərhələsi başlayır

06/02/2022
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb – İlham Şaban
Azərbaycan

Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb – İlham Şaban

17/10/2021
Avropada qaz qiymətlərinin oynaması neft bazarına təsir edəcəkmi?
Maraqlı Xəbərlər

Avropada qaz qiymətlərinin oynaması neft bazarına təsir edəcəkmi?

17/09/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.