Cümə axşamı, Oktyabr 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

PD&MS Group işçi axtarır

13/12/2022
84
BAXIŞ
Share on FacebookShare on Twitter

Vəzifə: Dənizdə Tikinti İşləri üzrə Mühəndis

İşin qısa təsviri

Tikinti, boru kəmərləri, HVAC (İsitmə, Ventilyasiya, Soyutma), Hidravlikalar, (E&I) Elektrik və Cihazqayırma, Montaj və ayaqaltıların quraşdırılması (scaffolding) kimi sahələri əhatə edən, lakin bunlarla məhdudlaşmayan bütün tikinti layihələrinin idarəçiliyindən məsuliyyət daşımaq. OTM onlara tapşırılmış cihaza aid layihələrin güclü təhlükəsizlik rəhbərliyini nümayiş etdirir və işləri təhlükəsiz və vaxtında çatdırmaq üçün hər bir sahəni aktiv olaraq idarə edir. OTM bütün maraqlı tərəfləri inkişaf, problem və planlar, o cümlədən TSƏM (Təhlükəsizlik,Sağlamlıq və Ətraf Mühit) üzrə məsləhətçi və layihəçilər (quruda və dənizdə) barədə məlumatlandırılmasını təmin etmək üçün bütün müvafiq heyətə rəhbərlik və idarə edir.

İş mühiti

Dənizdə, səfərlər, avadanlıq, səsli-küylü, aktiv, quruda, kompüterdən istifadə

Öhdəliklər

• Yüksək səviyyədə şəxsi təhlükəsizlik öhdəliyi nümayiş etdirərək aydın və güclü idarəçilik göstərmək

• Bütün şəxslərin təhlükəsizlik gözləntilərini aydın şəkildə nümayiş etdirmək və söyləmək

• Hər hansı bir təhlükə və ya şübhə varsa, işi dayandırmaq üçün insanlara məlumat vermək və təşviq etmək

• Təhlükəli fəaliyyətlərin aradan qaldırılmasından əmin olmaq

• Sahə /dəniz təhlükəsizlik görüşlərini, iş yerində təlimatlandırma danışıqları və işə başlamazdan əvvəl qısamüddətli iclasları idarə etmək

• PD&MS KSƏTƏM prinsiplərini nümayiş etdirilməsi və nümunələrlə təbliğ olunması

• PD&MS dəyərlərinin, GENES-in nümayiş etdirilməsi və nümunələrlə təbliğ olunması

• Öhdəliklərin yerinə yetirilməsində ən yaxşı təcrübə standartları tövsiyələrinin və proseslərinin tələblərinə riayət edilməsi, xüsusilə risk qiymətləndirilməsi və nəzarət, etibarlılıq və təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan vasitələrin, avadanlıqların və sistemlərin təhlükəsizliyini təmin etmək

• Tikinti kampaniyası və risk qiymətləndirmələrinə idarə və rəhbərlik etmək

• Layihə, büdcə və vaxtı nəzərə alaraq iş mühitində konstruktivliyi və icranı təmin etmək üçün layihənin başlanğıcında quruda Layihə Qrupu və müştərilərə aid əməliyyatlar qrupu ilə işləmək.

• Tələb olunarsa quru layihə / konstruktivliyinin qiymətləndirilməsində iştirak etmək

• Quruda tikinti materiallarını, zavod və avadanlıqları nəzərdən keçirmək, yoxlamaq və (tələb olunarsa) boşaltmaq

• Müştəri nümayəndələrinin layihə işlərinin həcminin yoxlanılması və işlərin onlara həvalə edilməsi

• Dənizdə qurğuların quraşdırılması üçün lazım olan bütün materialların yoxlanılması və tamamlanmasından əmin olmaq

• Dənizdə tikinti kampaniyaları üçün lazım olan bütün alətlər, təchizat, avadanlıqlar və istehlak mallarını idarə etmək.

• 3-cü tərəfin ticarət heyəti və satıcıları ilə müvafiq səfərbərlik məsələsinə dair xüsusi qısa görüşlər aparmaq və qeydlər etmək.

• PD&MS səfərbərlik formasını doldurmaq, qeyd etmək və təqdim etmək və hər hansı bir layihə kampaniyası üçün minimum PD&MS və müştərinin səlahiyyət standartlarından artıq standartlar üçün əlavə təlimlərin keçirilməsini müəyyən etmək

• Təklif olunan kadrların CV-ləri ilə tanış olmaq və namizəd olmuş ticarət satıcıları ilə əlaqə qurmaq, tapşırıq layihəsi kampaniyasını başa çatdırmaq üçün namizədlərin təcrübəsinə, ixtisasına nəzər yetirmək və müvafiq namizədləri seçmək

• Müştəri nümayəndələrinin layihə işlərinin həcminin yoxlanılması və işlərin onlara həvalə edilməsi

• Dənizdə qurğuların quraşdırılması üçün lazım olan bütün materialların yoxlanılması və tamamlanmasından əmin olmaq

• Kampaniyanın icrası üçün tikinti qrupuna məsləhət görülmüş əlavə dəstək, təhlükəsizlik və keyfiyyətə nəzarət məsələlərini təmin etmək

• Dəniz ticarət və satıcı heyətinin effektiv idarə edilməsi, müştəri nümayəndəsi ilə əlaqə qurmaq və SIMOPS-ların göndərilməsindən əmin olmaq

• İş cədvəlini planlaşdırmaq və əlaqələndirmək

• Vəzifələri icra edərkən Dəniz idarəetməsi, Sahə və İzolasiya orqanları ilə əlaqə qurmaq

• İşin İcrasına İcazə sənədini idarə etmək, LOLER nümayəndəsinə yükqaldırma əməliyyatı üzrə planlara və izolyasiya sahələrinə görə Fəaliyyət orqanlarına kömək etmək.

• Davamlı olaraq işin idarə və nəzarət edilməsi

• Şirkət və ya Müştəri adından ətraflı sənədləşdirilmiş Gündəlik inkişaf Hesabatlarını idarə etmək

• Sahə sorğularının hazırlanması və həyata keçirilməsini idarə etmək o cümlədən quru mühəndisliyi ilə əlaqə qurmaq

• Əsas Müştəri Obyektləri və Departament rəhbəri ilə əlaqə qurmaq

• Tikinti koordinatoru/ Tikinti işlərinin təhvili üzrə rəhbər (NB: Bu, BP Xəzər üçündür) və Layihə üzrə Məsul şəxs ilə təhlükəsizlik və layihənin icra nəticələrinə görə gündəlik olaraq əlaqə qurmaq

• Tikinti fəaliyyətinə daxil olan mütəxəssis satıcılar heyətini idarə etmək

• Əsas sənədlərin “qırmızı xətt” təcrübəsini idarə etmək və işlərin icrası üzrə bütün sənədləşmə paketinin tamamlanması və təsdiqlənməsindən və paketin təsdiq üçün quru idarəyə qaytarılmasından əmin olmaq

• Peşəkar inkişafın təmin edilməsi üçün məsuliyyət daşımaq və müəyyən edilmiş qaydada səlahiyyətləri vaxtında yerinə yetirmək

• Şirkətin daxili idarəetmə sisteminə sadiqliyi

• Keyfiyyətin təminatı, sağlamlıq və təhlükəsizlik və ətraf mühit siyasətinə uyğunluq

• OTM nəzarəti altında quru işçilərə göstəriş, təlimat və təlim vermək

• OTM nəzarəti altında onşor heyəti səlahiyyətlərinin təmin edilməsi. Kadr çatışmazlığını müəyyən etmək və təlim, kouçluq və ya digər tədbirlərin həlli üçün şöbə müdirinə / ölkə menecerinə təklifi təqdim etmək

• Dəniz mühitində tələb olunan digər şəxslərin təlim və inkişafı

• Bütün nəzarət olunan kadrların yeni texnologiyaların davamlı inkişaf məsələlərindən xəbərdar olmasını təmin etmək

• Yeni və mövcud 3-cü tərəfin ticarət heyəti və satıcılar üçün icra vəziyyətini nəzərdən keçirmək və qeydlər aparmaq.

• Azərbaycan vətəndaşlarının resurslarının birbaşa hesabatlılığına dair təlim planlarının hazırlanmasına və təlim planına qarşı yerinə yetirilən mütəmadi monitorinqinə kömək etmək (NB: Bu, BP Xəzər üçündür)

• Layihə kampaniyası üçün bütün struktur, boru kəmərləri, HVAC və E&I elementlərini daxil etmək üçün (tələb olunarsa) onşor konstruktivliyə dair hesabata baxış keçirmək və müvafiq layihələrə və işlərin icrası üzrə sənədləşmə paketlərinin icrasına yardım edəcək tövsiyyə ilə ətraflı tanış olub hərtərəfli konstruktivlik hesabatını hazırlamaq

Səlahiyyətlər

• Təqdim etməzdən əvvəl dənizdə iş cədvəlini nəzərdən keçirmək və təsdiq etmək

• Dənizdə risk qiymətləndirmələrini idarə və təsdiq etmək

• Tikinti işlərin icrası üzrə sənədləşmə paketi və GOC-ı nəzərdən keçirmək və imzalamaq

• Təhlükəsizlik xəbərdarlığı və təhlükəsizlik çempionu

• Komanda iş və komandaya rəhbərlik qabiliyyəti

• Münaqişənin azaldılması və ya həll edilməsi bacarığı ilə bərabər mükəmməl ünsiyyət qurma və yaratma bacarıqları

• Mükəmməl təşkilati bacarıqlar

• Peşəkar davranış

• Öz təşəbbüsündən istifadə etmək bacarığı

• Təlim və göstəriş vermək bacarığı

• Digərlərinə rəhbərlik etmək, təşviq, kömək etmək, etimad göstərmək, təlimləndirmək və dəstəkləmək bacarığı

• Müştəri və keyfiyyət yönümlü

• Biznes və müştəri ehtiyaclarına cavab vermək bacarığı

• Məlumatlara yüksək dərəcədə diqqətli olmaq bacarığı

Tags: PD&MS Groupvacancy

Eyni kateqoriyadan Digər materiallar

Vakansiya

Caspian Drilling Company is looking for a Construction Engineer

10/10/2023
Vakansiya

SOCAR Downstream is looking for a Laboratory Manager

16/09/2023
Vakansiya

SOCAR Downstream İstismar Texnologiyaları (OT) üzrə İstehsal proseslərinin Avtomatlaşdırılmış İdarəetmə sistemi (MES)/İstehsal Əməliyyatlarının İdarə olunması (MOM) üzrə rəhbər vəzifəsi üzrə işçi axtarır

16/09/2023
Vakansiya

SOCAR Downstream şirkəti İstismar Texnologiyaları üzrə Menecer vəzifəsi üzrə işçi axtarır

16/09/2023
Vakansiya

SOCAR Downstream is looking for a Plant Protection Specialist

16/09/2023
Vakansiya

Wood Italiana is looking for a Commissioning Coordinator

05/09/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.