Cümə axşamı, Mart 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Naftalanda yeni neft quyuları qazmağı planlaşdırır

08/10/2022
SOCAR Naftalanda yeni neft quyuları qazmağı planlaşdırır
25
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Naftalan rayonunda yeni neft quyuları qazmağı planlaşdırır.

“Report” xəbər verir ki, bunu şirkətin vitse-prezidenti Xalik Məmmədov Naftalanda keçirilən “Naftalan – Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Regionda Yeni Reallıqlar” beynəlxalq elmi-pratik konfransında bildirib.

SOCAR-ın vitse-prezidenti: “Naftalan neftinin 52 faizi çıxarılıb”

“Naftalan neftinin əhəmiyyətini nəzərə alaraq yatağın perspektivinin gücləndirilməsi üçün prezidentin tapşırığı ilə şirkətimiz xüsusi proqram hazırlayıb. Həmin proqramla yeni quyuların qazılması nəzərdə tutulur. İlk belə quyunun 2023 cü ildə 3,5 min dərinlikdə qazılması nəzərdə tutulub”, – deyə o, qeyd edib.

X.Məmmədovun sözlərinə görə, Naftalan neft yatağının ilkin balans ehtiyatı 1,165 milyon ton, ilkin çıxarıla bilən ehtiyatı isə 117 min ton həcmində qiymətləndirilib. Bunun da 52%-i mənimsənilib. Hazırda qalıq balans ehtiyatı 1,109 milyon ton, qalıq çıxarılan bilən ehtiyat isə 61 min tondur. Burada quyuların sayı 94, istismarda olan quyuların sayı isə 32-dir.

Caspian Barrel-in arayışı: “Naftalan” yatağı Azərbaycanın paytaxtı Bakı şəhərindən 320 km, Gəncə şəhərindən 50 km cənub-şərqdə yerləşir.

Arxiv məlumatlarına görə, 1873-cü ilə qədər burada neft dayaz quyulardan əllə hasil edilirdi. 1890-cı ildə alman mühəndis-konsessioneri E.İ.Yeger “Naftalan” yataqlarında torpaq sahəsi alaraq sənaye neftinin çıxarılması üçün 250 metr dərinlikdə ilk quyuları qazır. Ancaq nefti emal edən zaman mütəxəssis çox məyus oldu: neftdə benzin fraksiyaları demək olar ki, yox idi və yanmırdı.

Alman mühəndis müxtəlif yerlərdən gələn yüzlərlə insanın isti yay günlərində bu neftlə dolu çuxurlara daxil olduğunu müşahidə edir. “Naftalan” yatağından çıxan neftin dərman vasitəsi kimi geniş istifadə olunduğunu görən və bu maddə ilə müalicə təcrübəsini yerli əhalidən götürərək Yeqer qısa müddətdə böyük şöhrət qazanan naftalan məlhəmi istehsalı üçün fabrik tikir. Bu fabrikin məhsulları, eləcə də onun istehsal olunduğu xammal Almaniyaya ixrac olunmağa başladı. 1986-cı ildən burada naftalan neftindən dərmanlar istehsal edən iki “Naftalan Maqdeburq” və “Naftalan Drezden” səhmdar cəmiyyətləri fəaliyyətə başlayır. Yeger məlhəmlərinin hazırlanması üsullarını tam məxfi saxlayır və onun istehsalını monopoliyaya almışdı.

1920-ci ildən “Naftalan” yatağı Sovet hökumətinin yurisdiksiyasına keçdi və mühafizə zonası elan edildi. Yataq zonasında 1926-cı ildən SSRİ-nin hər yerindən xəstələrin müalicə olunduğu “Naftalan” ixtisaslaşmış kurortu fəaliyyətə başlayır və bu gün də fəaliyyətdədir.

Naftalan şəhərində dünyada yeganə olan, təxəyyülü heyrətləndirən “Qoltuqağacı muzeyi” yerləşir. Burada müxtəlif dizayn və ölçülərdə yüzlərlə qoltuqağacı görmək mümükündür. Onlar istirahət mərkəzinə gələrkən qoltuqağacıların köməyi olmadan hərəkət edə bilməyən insanlar tərəfindən hədiyyə edilmişlər, çünki Naftalan neftindən istifadə etdikdən sonra buranı qoltuqağacılara ehtiyac olmadan tərk etmişlər.

Tags: NaftalanSOCARXalik Məmmədov

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.