Şənbə, İyul 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

2021-ci ildə “Azərenerji”nin xalis mənfəəti 145,7 mln manat təşkil edib

11/10/2022
Azərbaycan apreldə elektrikin netto-idxalçısı oldu
7
BAXIŞ
Share on FacebookShare on Twitter

2021-ci ildə “Azərenerji” ASC-nin xalis mənfəəti 2020-ci ildəki 207,235 milyon manat məbləğində xalis zərərə qarşı 145,724 milyon manat ($85,7 milyon) təşkil edib.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.

“Azərenerji”nin 2021-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatına əsasən, ötən il cəmiyyətin gəlirləri 1 milyard 320,335 milyon manat (artım 17,6%) təşkil edib. “Azərenerji” elektrik enerjisinin satışından 1 milyard 280,912 milyon manat (artım 19,4%), elektrik şəbəkəsinə qoşulma xidmətindən 8,825 milyon manat (artım 7,1 dəfə) gəlir əldə edib. Digər gəlirlərin payı 30,598 milyon manat (azalma 36,1%) təşkil edib.

2021-ci ildə cəmiyyətin əməliyyat mənfəəti 130,56 milyon manat (artım 34,3%) təşkil edib. Xarici valyuta mübadiləsindən xalis mənfəət 84,42 milyon manat (2020-ci ildə 83,79 milyon manat məbləğində zərərə qarşı), xalis maliyyə xərcləri 27,309 milyon manat, əmlak, tikili, avadanlıq və onların alınması üçün verilmiş avanslar üzrə dəyərsizləşmə zərərinin bərpası 9,654 milyon manat məbləğində olub.

Nəticədə 2021-ci ilin yekunları üzrə “Azərenerji” ASC-nin vergi ödənilənədək mənfəəti 197,325 milyon manat (artım 0,6%), cəmiyyət tərəfindən dövlət büdcəsinə vergi ödənişləri 50,098 milyon manat (azalma 4,7 dəfə) təşkil edib.

2021-ci ildə xarici valyuta ilə əməliyyatların çevrilməsindən yaranan məzənnə fərqləri 1,503 milyon manat təşkil edib. Nəticədə ötən il xalis mənfəət 145,724 milyon manata bərabər olub.

2021-ci ildə “Azərenerji”nin aktivləri 3% – 4 milyard 147,832 milyon manata qədər, uzunmüddətli aktivləri 7,5% – 3 milyard 419,521 milyon manata qədər artıb, qısamüddətli aktivləri 13,9% – 728,311 milyon manata qədər azalıb.

Hesabat ilində “Azərenerji”nin məcmu kapitalı 13,7% – 1 milyard 644,539 milyon manatadək artıb, nizamnamə kapitalı 1 milyard 760,495 milyon manat (dəyişməyib) təşkil edib.

2022-ci ilin əvvəlinə cəmiyyətin yığılmış zərəri 2 milyard 601,245 milyon manat məbləğində qiymətləndirilir.

2021-ci ildə cəmiyyətin öhdəlikləri 37% – 2 milyard 503,293 milyon manatadək azalıb, uzunmüddətli öhdəlikləri 1 milyard 836,946 milyon manat (azalma 6,6%), qısamüddətli öhdəlikləri 666,347 milyon manat (artım 8,7%) təşkil edib.

2021-ci ildə ASC-nin investisiya fəaliyyətinə yönəldilmiş pul vəsaitləri 3,4% – 494,154 milyon manata qədər azalıb.

Tags: Azərenerji

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan dəyər ifadəsində elektrik enerjisinin ixracını 51% artırıb
Azərbaycan

“AzərEnerji”nin 2024-ci ildə kapital qoyuluşunun 50% azalması gözlənilir

23/06/2024
Baku brings about creating renewable energy plants with Masdar
Azərbaycan

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə 3 müqavilələr imzalanıb

04/06/2024
Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub
Yaşıl enerji

Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub

04/06/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

Azərbaycanda I rübdə 7,1 mlrd kVt/saatdan çox elektrik enerjisi istehsal edilib

23/04/2024
Avropa bankı “Azərenerji”nin layihəsinə $30 milyon kredit ayıracaq
Azərbaycan

Avropa bankı “Azərenerji”nin layihəsinə $30 milyon kredit ayıracaq

27/02/2024
”AzərEnerji” və bp Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb
Yaşıl enerji

”AzərEnerji” və bp Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb

20/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.