Cümə axşamı, Oktyabr 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub

2025-ci ildə ümumi gücü 13,8 meqavatt olan beş stansiyanın istismara verilməsi planlaşdırılır

04/06/2024
Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub
36
BAXIŞ
Share on FacebookShare on Twitter

Laçında iyunun 1-də kiçik su elektrik stansiyasının (KSES) təməlqoyma mərasimi olub.

Trend-in müxbiri Laçından xəbər verir ki, Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında beş kiçik su elektrik stansiyasının istismarı layihəsi çərçivəsində “Malıbəy” kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Anar Axundov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, “Demirören Yatırım Holding A.Ş.” şirkətlər qrupunun İdarə Heyətinin sədri Yıldırım Demirören, “Arges Enerji Team” MMC-nin rəhbəri Mehmet Fehmi Özata və İqtisadiyyat Nazirliyinin müvafiq strukturlarının nümayəndələri iştirak edib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilər uğurla alternativ və “yaşıl” enerji zonalarına çevrilir. Bölgənin infrastruktur təminatının yaxşılaşdırılması üçün müasir tələblərə cavab verən enerji təchizatı sistemi formalaşdırılır. “Yaşıl” elektrik enerjisinin təmin edilməsində su elektrik stansiyaları mühüm rol oynayır. İşğaldan azad edilmiş ərazilərdə çayların yüksək hidroenergetika potensialı inşa və bərpa olunacaq layihələrin səmərəliliyini artırır. Bu istiqamətdə özəl investorlarla əməkdaşlıq vacibdir.

Bildirilib ki, Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası və istismarı layihəsi Azərbaycan-Türkiyə qardaşlığının daha bir göstəricisidir. Bu, işğaldan azad edilmiş ərazilərdə özəl sektorla birgə həyata keçirilən ilk su elektrik layihəsidir.

Layihənin birinci mərhələsi çərçivəsində təməli qoyulan “Malıbəy” stansiyasının istismara verilməsi 7 minə yaxın evi elektrik enerjisi ilə təmin edəcək.

Qeyd edək ki, ötən ilin dekabr ayında “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Demirören Yatırım Holding A.Ş.” şirkətlər qrupu (Türkiyə) və “Arges Enerji Team” MMC arasında Birgə İştirak Müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Hekəri və Tərtər çayları üzərində beş KSES istifadəyə veriləcək.

Layihənin ümumi dəyəri 25 milyon manatdır. Bütünlükdə 2025-ci ildə, ümumi gücü 13,8 meqavatt olan beş stansiyanın istismara verilməsi planlaşdırılır. Stansiyaların istismar müddəti 30 ildir.

Layihənin icrası 25 yeni iş yerinin açılmasına imkan verəcək.

Layihənin 1-ci mərhələsində Laçın rayonu ərazisində Zabux çayı üzərində 5,1 meqavatt gücündə “Malıbəy” SES-in, 2-ci mərhələdə 3,4 meqavatt gücündə “Qalaça 2” SES, 1,8 meqavattlıq “Minkənd” SES və 1,1 meqavatt gücündə “Qalaça 1” SES-in tikintisi planlaşdırılır. 3-cü mərhələdə Kəlbəcər rayonunda Tərtər çayının üzərində 2,4 meqavattlıq “Tərtər 1” KSES-in tikintisi nəzərdə tutulur.

Tags: Azərenerjikiçik SESLaçın

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan dəyər ifadəsində elektrik enerjisinin ixracını 51% artırıb
Azərbaycan

“AzərEnerji”nin 2024-ci ildə kapital qoyuluşunun 50% azalması gözlənilir

23/06/2024
Baku brings about creating renewable energy plants with Masdar
Azərbaycan

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə 3 müqavilələr imzalanıb

04/06/2024
Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək
Azərbaycan

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək

29/04/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

Azərbaycanda I rübdə 7,1 mlrd kVt/saatdan çox elektrik enerjisi istehsal edilib

23/04/2024
Avropa bankı “Azərenerji”nin layihəsinə $30 milyon kredit ayıracaq
Azərbaycan

Avropa bankı “Azərenerji”nin layihəsinə $30 milyon kredit ayıracaq

27/02/2024
”AzərEnerji” və bp Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb
Yaşıl enerji

”AzərEnerji” və bp Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb

20/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.