Bazar, May 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

TAP-ın gücünün artırılması ilə bağlı son qərar 4-5 aya qəbul olunacaq

08/09/2022
8
BAXIŞ
Share on FacebookShare on Twitter

TAP qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması ilə əlaqədar son qərar gələn ilin əvvəlində qəbul ediləcək. Bu barədə TAP AG boru kəməri şirkətinin icraçı direktoru Luka Şippati (Luca Schieppati) bəyan edib.

“Bu ilin sonunda və ya gələn ilin əvvəlində TAP bazar sınaqlarının son mərhələsinə başlamağı planlaşdırır. Bu zaman yük göndərənlər TAP AG konsorsiumuna boru kəmərinin əlavə uzunmüddətli gücləri üçün sorğu göndərəcəklər. Bu sorğu prosesi ən çox iki ay davam edə bilər. Əgər güclərə kifayət qədər tələb olarsa, o zaman biz TAP qaz kəmərinin genişləndirilməsinə başlayacağıq”, – deyə Şippati ğtən həftə Milanda keçirilən Gastech beynəlxalq konfrans çərçivəsində bildirib.

Onun sözlərinə görə, TAP-ın genişlənməsi mərhələli şəkildə ola bilər, TAP-a əlavə qaz həcmi isə Azərbaycanın bir neçə yatağından daxil ola bilər.

“36 aydan sonra biz ilk əlavə güc təqdim edə biləcəyik, 60 aydan sonra isə gücləri artıq iki dəfə artıra biləcəyik”, – deyə Şippati qeyd edib.

Onun sözlərinə görə, TAP konsorsiumu eyni zamanda həm də TAP-ın infrastrukturunu hidrogen nəqlinə hazırlamaq üzərində işləyir. Bu layihənin texniki-iqtisadi əsaslandırılması müsbət nəticə verib.

“Hazırda sənaye hazırda karbon neytrallığını əldə etmək məqsədilə hidrogenə diqqəti yönəldib. TAP-da biz bu ideyanı tam başdan qəbul etdik. 2021-ci ildə apardığımız ilkin araşdırma təsdiq etdi ki, TAP hidrogen nəql edə bilər”, - Şippati bildirib. 

O əlavə edib ki, növbəti addım boru kəmərinin materialını və qaynaqını sınaqdan keçirmək olacaq ki, onların hidrogen daşınması ilə uyğunluğuna əmin olsunlar.

Prezident İlham Əliyev Azərbaycanın TAP-ın genişləndirilməsi ilə bağlı praktiki danışıqlara başladığını təsdiq edib. Onun sözlərinə görə, bu, TAP-ın ötürmə qabiliyyətinin iki dəfə – 20 milyard kubmetrə qədər artırılması üçün lazımdır.

“Bunu isə tezliklə etmək lazımdır. Çünki biz Avropa Komissiyası ilə razılığa gəlmişik ki, 2027-ci ilədək Azərbaycandan Avropa İttifaqına qaz ixracını iki dəfə – 20 milyard kubmetrə qədər artıraq. TAP genişləndirilməsə, bu, mümkün olmayacaq. Beləliklə, biz ilk olaraq bunu etməli, daha sonra isə müqavilələrlə bağlı danışıqlara başlamalıyıq”, – deyə İ.Əliyev vurğulayıb.

TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.

Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə – ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.

Azərbaycan qazının TAP ilə Avropaya – İtaliya, Yunanıstan və Bolqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. İndiyədək bu boru kəməri ilə 13,5 milyarx kubmetr nəql olunub, bunun 11,7 milyard kubmetri İtaliyaya nəql edilib. Qalan həcm isə Yunanıstan və Bolqarıstanın payına düşüb.

İnterfaks-Azərbaycan

Tags: Azərbaycan qazıŞahdənizTAP

Eyni kateqoriyadan Digər materiallar

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.