Bazar ertəsi, Avqust 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan 8 ayda Avropa bazarında Türkiyədəki həcmlərdən 35% çox qaz satıb

12/09/2022
9
BAXIŞ
Share on FacebookShare on Twitter

2022-ci ilin yanvar-avqust ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda ümumilikdə 30,6 milyard kubmetr qaz (o cümlədən neft quyularına vurulan qaz həcmləri nəzərə alınmaqla) hasil edilib.

Bu haqda Azərbaycan Respublikası Energetika nazirliyi m’lumat yayıb.

Məlumata görə, qazın 9 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 16,4 milyard kubmetri “Şahdəniz”dən, 5,2 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 9,7 faiz, yəni 2,7 milyard kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 14,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur. 8 ay ərzində Avropaya 7,3 milyard kubmetr, Türkiyəyə 5,4 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb. Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 3,7 milyard kubmetrə yaxın qaz nəql olunub.

 “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 01 sentyabr tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 199 milyard kubmetr, “Şahdəniz”dən isə 174 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 121 milyard kubmetr həcmi ixraca nəql edilib.

2022-ci ilin yanvar-avqust aylarında ölkədə 21,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 13,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı isə 5,1 milyon ton təşkil edib.

Hesabat dövründə 17,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 16,6 milyon tona yaxını konsorsiumun, 1 milyon tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 sentyabr 2022-ci il tarixinədək 598,9 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 560,2 milyon ton neft, “Şahdəniz”dən isə 38,7 milyon ton kondensat çıxarılıb. Bundan cari ilin 01 sentyabr tarixinədək 597 milyon tonu ixraca nəql olunub.

Ölkədə neftin emalı 2022-ci ilin yanvar-avqust aylarında 3,9 milyon ton təşkil edib.

Caspian Barrel

Tags: hasilatneft\qaz

Eyni kateqoriyadan Digər materiallar

“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
“Dərinsulu Günəşli” platformasından 16 ilə nə qədər neft çıxarılıb?
Azərbaycan

“Dərinsulu Günəşli” platformasından 16 ilə nə qədər neft çıxarılıb?

22/04/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
SOCAR managed to stabilize production and even increased a little
Azərbaycan

2023-cü ildə Azərbaycanda neft hasilatı 7,5% azalıb, qaz hasilatı 3,8% artıb

17/01/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.