Cümə axşamı, Oktyabr 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Enerji komissarı: “Azərbaycanla uzunmüddətli enerji tərəfdaşlığında maraqlıyıq”

16/07/2022
Enerji komissarı: “Azərbaycanla uzunmüddətli enerji tərəfdaşlığında maraqlıyıq”
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson iyulun 18-i Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və SOCAR Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşlər panlaşdırılıb.

Aİ-nin komissarı Kadri Simson “Report”a eksklüziv müsahibəsində Bakıya səfərin məqsədləri barədə danışıb.

– Planlaşdırılan səfər üç dəniz regionunda balanslaşdırılmış və dayanıqlı enerji sektorunun qurulmasına necə təsir göstərəcək? Bununla əlaqədar hansı tədbirlərin görülməsi planlaşdırılır?

– Növbəti həftə baş tutacaq səfər zamanı Avropa İttifaqı və Azərbaycan Aİ-yə, xüsusilə də Cənub-Şərqi Avropaya təbii qaz tədarükünün şaxələndirilməsində Cənub Qaz Dəhlizinin rolunu yüksəltmək məqsədilə enerji sahəsində strateji tərəfdaşlığı möhkəmləndirməyə çalışacaq.

– Hazırda Avropada Azərbaycan təbii qazına tələbat necədir?

– Aİ enerji keçidi dövründə etibarlı və planlaşdırıla bilən təbii qaz nəqlinə ehtiyac duyur. Azərbaycandan planlaşdırıla bilən və qarşılıqlı fayda kəsb edən təbii qaz nəqli enerji böhranı dövründə sabitliyin faktorudur. Cənub Qaz Dəhlizinin genişlənməsi Aİ-yə təbii qaz nəqli üçün cəlbedici və sabit şəraiti təmin etməklə, Aİ və Azərbaycan arasında uzunmüddətli enerji tərəfdaşlığının xarakterini əks etdirəcək. Quracağımız tərəfdaşlığın gələcəkdə təbii qaz çərçivəsindən çıxması çox vacibdir. Biz hidrogen istehsalının və infrastrukturun inkişaf etdirilməsi, həmçinin bərpa olunan enerji mənbələri sahəsində digər layihələr üzərində işləmək istəyirik.

– Azərbaycana əvvəlki səfəriniz zamanı Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzrə danışıqlar aparıldı. Hazırda bu danışıqlar hansı mərhələdədir? Ümumiyyətlə, bu məsələnin mümkünlüyü hansı səviyyədədir? Növbəti həftə Bakıya baş tutacaq səfəriniz zamanı bu məsələ müzakirə olunacaq?

– Bizim tərəfdən Cənub Qaz Dəhlizinin genişləndirilməsi REPowerEU planında siyasi prioritet və Rusiya qazından imtina etdiyimiz bir zamanda Aİ-yə enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi üçün əsas tədbir kimi müəyyən edilib. Bu məsələ bazar ertəsi Bakıda azərbaycanlı tərəfdaşlarımızla baş tutacaq müzakirələrin diqqət mərkəzində olacaq. Ümid edirik ki, son aylar ərzində baş tutan intensiv fikir mübadilələrimiz öz nəticəsini verəcək.

Artıq qeyd edildiyi kimi, Cənub Qaz Dəhlizi Rusiya kimi etibarsız tərəfdaşdan kənarda şaxələndirmə planlarımızda əsas rol oynayacaq. Azərbaycan təbii qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqlinin artırılması Bakıda aparılacaq müzakirələrdə əsas rol oynayacaq. Əminəm ki, mövcud və gələcək ehtiyaclarımızı təmin edəcək və “yaşıl” texnologiyalara keçidi dəstəkləyəcək enerji tərəfdaşlığı qura biləcəyik.

Tags: Enerji komissarıEUKadri Simson

Eyni kateqoriyadan Digər materiallar

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqu keçirilib
Azərbaycan

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqu keçirilib

03/05/2023
Pərviz Şahbazov və Kadri Simsonun mətbuat üçün birgə bəyanatı
Azərbaycan

Pərviz Şahbazov və Kadri Simsonun mətbuat üçün birgə bəyanatı

05/02/2023
Avropanın enerji məsələləri üzrə komissarı Azərbaycana səfər edəcək
Azərbaycan

Avropanın enerji məsələləri üzrə komissarı Azərbaycana səfər edəcək

22/06/2022
Baku and Brussels discussed increasing supplies of Azerbaijani gas to Europe
Azərbaycan

Aİ Azərbaycanla Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı fəallaşdırır

21/05/2022
Kadri Simson: “Azərbaycan qazının Balkan ölkələrinə qədər çatdırılmasını istəyirik”
Azərbaycan

Kadri Simson: “Azərbaycan qazının Balkan ölkələrinə qədər çatdırılmasını istəyirik”

05/02/2022
Kadri Simson: “İstəyirik ki, Azərbaycandan Avropaya satılan təbii qazın həcmi 10 mlrd kubmetrə çatdırılsın”
Azərbaycan

Kadri Simson: “İstəyirik ki, Azərbaycandan Avropaya satılan təbii qazın həcmi 10 mlrd kubmetrə çatdırılsın”

04/02/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.