Cümə axşamı, İyul 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Pərviz Şahbazov və Kadri Simsonun mətbuat üçün birgə bəyanatı

05/02/2023
Pərviz Şahbazov və Kadri Simsonun mətbuat üçün birgə bəyanatı
12
BAXIŞ
Share on FacebookShare on Twitter

Həmsədrlər Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazovun və Enerji məsələləri üzrə Avropa Komissarı Kadri Simsonun mətbuat üçün bəyanatı

Fevral ayının 3-də Bakı şəhərində keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclasında və Yaşıl Enerji Məşvərət Şurasının 1-ci iclasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı bir daha təsdiqləndi. Tərəfdaşlıq uzunmüddətli enerji təhlükəsizliyi, dayanıqlılıq, təchizatın diversifikasiyası və yaşıl enerjiyə keçid gündəliyi üzrə əməkdaşlığın genişləndirilməsi kimi ümumi məqsədlərə xidmət edir.

İclasın həmsədrləri Cənub Qaz Dəhlizinin tammiqyaslı istismarını və onun Azərbaycan Respublikasından Avropaya etibarlı, rəqabətqabiliyyətli və sərfəli enerji təchizatının təmin edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini bildiriblər.

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun uğurla istismara verilməsi Avropada tədarükün diversifikasiyasını daha da dəstəkləyəcək mühüm hadisələrdən biridir. Həmsədrlər Cənub Qaz Dəhlizinin genişləndirilməsini dəstəklədiklərini bildirərək, bununla yeni enerji bazarları üçün potensial təchizat mənbəyinin yaranacağını bildiriblər. Həmçinin, tədarük zəncirlərində metan emissiyalarının azaldılması üçün zəruri addımların atılmasının əhəmiyyəti vurğulanıb.

İlk dəfə olaraq keçirilən Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin iclası tərəfdaş ölkələr, maliyyə institutları və şirkətlərə yaşıl gündəlik üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məhsuldar müzakirələrin aparılması üçün gözəl fürsət yaradır.  Bu platforma yaşıl enerji üzrə beynəlxalq əlaqələrin yaradılmasına və Azərbaycanın Avropa bazarları üçün yaşıl enerjinin təchizatçısına çevrilməsinə töhfə verəcək.

2022-ci il 18 iyul tarixində Bakı şəhərində imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” mövcud əməkdaşlığın genişləndirilməsi ilə yanaşı enerji keçidi, bərpa olunan enerji, enerji səmərəliliyi, bərpa olunan hidrogen sahələrində tərəfdaşlığın davamlı inkişafı üçün yeni imkanlar açacaq. Ötən ilin dekabr ayının 17-də Buxarest şəhərində imzalanmış “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in də böyük əhəmiyyətini qeyd edirik.

Həmsədrlər enerji təhlükəsizliyinin gücləndirilməsinə və iqlim dəyişikliklərinə qarşı birgə fəaliyyətə mühüm töhfələr verən səmərəli dialoqun davam etdirilməsi əzmində olduqlarını vurğulayıblar.

AR Energetika nazirliyi

Tags: AvrokomissarKadri SimsonPərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.