Cümə, Sentyabr 4, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

2021-ci ildə SOCAR-ın xalis mənfəəti 2,1 mlrd manatı ötüb

08/07/2022
2021-ci ildə SOCAR-ın xalis mənfəəti 2,1 mlrd manatı ötüb
10
BAXIŞ
Share on FacebookShare on Twitter

2021-ci ilin yekunları üzrə SOCAR-ın gəlirləri 77 milyard 531 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 56,3% çoxdur.

“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə şirkətin 2021-ci il üzrə birləşdirilmiş maliyyə hesabatında deyilir. SOCAR-ın 2021-ci il ərzindəki maliyyə fəaliyyətinin BMHS üzrə auditi “Ernst & Young” şirkəti tərəfindən aparılıb.

2021-ci ildə şirkətin xalis mənfəəti 2 milyard 115 milyon manat (2020-ci ildə xalis zərər 1 milyard 734 milyon manat) təşkil edib.

“Həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri nəticəsində SOCAR 2021-ci ildə əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artırmağa nail olub. Hesabat dövründə şirkətin gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub. Gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib”, – deyə hesabatda bildirilir.

2021-ci ildə SOCAR gəlir marjasını 10,2%-dən 11,4%-ə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4 milyard 929 milyon manata yüksəldib və 2021-ci ili 2 milyard 115 milyon manat xalis mənfəətlə başa vurub. “Qeyd edək ki, bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir”, – deyə hesabatda qeyd olunur.

Hesabat ilində SOCAR-ın satışlarının maya dəyəri 68 milyard 689 milyon manat (artım 54,2%) təşkil edib.

2021-ci ildə şirkət tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişlər 1 milyard 162 milyon manat məbləğində (artım 3,9 dəfə) olub.

Bu dövrdə SOCAR-ın ümumi aktivləri 8,1% – 69 milyard 357 milyon manata qədər, o cümlədən cari aktivləri 31,1% – 23 milyard 940 milyon manata qədər artıb, uzunmüddətli aktivləri isə 1,1% – 45 milyard 417 milyon manata qədər azalıb.

SOCAR-ın kapitalında və pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. SOCAR-ın cəmi kapitalı 3,8% artaraq 22 milyard 75 milyon manata, pul vəsaitləri isə 46,5% artaraq 9 milyard 12 milyon manata yüksəlib. 2021-ci ilin sonuna şirkətin nizamnamə kapitalı 4 milyard 748 milyon manata (artm 1,1%) bərabərdir.

2021-ci ildə SOCAR-ın öhdəlikləri 10,4% – 46 milyard 607 milyon manata qədər artıb, o cümlədən uzunmüddətli öhdəlikləri 26 milyard 299 milyon manat (artım 21,8%), cari öhdəlikləri 20 milyard 308 milyon manat (azalma 1,6%) təşkil edir.

interfax

Tags: SOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.