Çərşənbə, Oktyabr 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Türkiyə”də görüş keçirilib

15/06/2022
“SOCAR Türkiyə”də görüş keçirilib
15
BAXIŞ
Share on FacebookShare on Twitter

Türkiyəyə səfər çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “SOCAR Türkiyə”də görüş keçirilib

“Report” xəbər verir ki, görüşdə “SOCAR Türkiyə” tərəfindən 2021-ci ildə görülmüş işlər, 2022-ci il üçün qarşıda duran məsələlər və hədəflərin həyata keçirilməsi istiqamətində atılan addımlara dair təqdimat edilib, həmçinin SOCAR-ın Türkiyədəki layihələri və onların gələcək perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Müşahidə Şurasının sədri Mikayıl Cabbarov “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan STAR Neft Emalı Zavodunun Dünya İqtisadi Forumunun qabaqcıl istehsal müəssisələrini özündə birləşdirən “Global Lighthouse” şəbəkəsinə daxil edilməsinin və dünyada bu mükafatı alan ilk neft emalı zavodu olmasının əhəmiyyətindən bəhs edib.

Mikayıl Cabbarov qardaş Türkiyə iqtisadiyyatının inkişafına SOCAR-ın mühüm töhfə verdiyini məmnunluqla vurğulayıb və Türkiyə İxracatçılar Məclisinin “2021-ci il ixracat çempionları” nominasiyasında “SOCAR Türkiyə”nin 8-ci yerə layiq görülməsinin böyük uğur olduğunu qeyd edib.

Həmçinin görüşdə iştirak edən SOCAR-ın birinci vitse-prezidenti, SOCAR prezidenti vəzifəsininin müvəqqəti icraçısı Rövşən Nəcəf, SOCAR-ın dünyada mövcud çağırışları daim diqqətdə saxladığını və öz müəssisələrində təmiz və rəqəmsal enerji texnologiyalarının tətbiqinə üstünlük verdiyini bildirib.

Rövşən Nəcəf SOCAR-ın enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi strateji təşəbbüslərindən bəhs edərək, “SOCAR Türkiyə”nin rəqəmsallaşma sahəsində əldə etdiyi uğurların bu strategiyanın əsas tərkib hissəsi olduğunu vurğulayıb.

Sonra nümayəndə heyəti “SOCAR Türkiyə”nin ofisində Azərbaycanın neft salnaməsindən bəhs edən muzeydə olub.

Tags: SOCAR TÜRKİYƏ

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb
Maraqlı Xəbərlər

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb

12/05/2023
SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb
Maraqlı Xəbərlər

SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb

12/05/2023
Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”
Azərbaycan

Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”

12/05/2023
Türk Şurası “SOCAR Türkiyə”yə İnvestisiya Mükafatını təqdim edib
Azərbaycan

“SOCAR Turkiye Enerji” şirkətinə yeni rəhbər təyin edilib

22/02/2023
R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”
Azərbaycan

R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”

21/12/2022
“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb
Maraqlı Xəbərlər

“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb

14/11/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.