SOCAR bu ilin axırına kimi hasilatda səmt qazlarının emissiyası üzrə 0 göstəriciyə çıxmaq planlaşdırır
“APA-Economics” xəbər verir ki, bu barədə Bakı Enerji Forumunda çıxış edərkən SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib. Onun sözlərinə görə, 2021-ci ildə bu göstərici 2% səviyyəsində olub.
Rəfiqə Hüseynzadə qeyd edib ki, SOCAR karbonlaşsızdırma, enerji effektivliyi, səmt qazlarının yığılması və digər ekoloji məsələlər üzrə də aktiv fəaliyyət göstərir.