2021-ci ildə “Şahdəniz” yatağında qaz hasilatının həcmi 22,62 milyard kubmetr təşkil edib.
Trend bu barədə Hesablama Palatasının hesabatına istinadən məlumat verir.
Qeyd olunur ki, bu göstərici 21,3 milyard kubmetr həcmində proqnozlaşdırılırdı. Beləliklə, “Şahdəniz”in istehsalat planı 106,2 faiz yerinə yetirilib.
Hesablama Palatasının məlumatına əsasən, 2021-ci ildə “Şahdəniz”də kondensat hasilatı 34,08 milyin barel təşkil edib. Bu göstərici 32,5 milyard kubmetr həcmində proqnozlaşdırılırdı. Beləliklə, “Şahdəniz”in kondensat hasilatı planı 104,86 faiz yerinə yetirilib.
Caspian Barrel xatırladır ki, “Şahdəniz” yatağının istismarı üzrə fəaliyyət göstərən konsorsiumun operatoru olan bp şirkətinin açıqlamasına görə, 2021-ci ildə yataqdan 23 milyard kubmetr təbii qaz və 34 milyon barel kondensat hasil edilib.