Bazar ertəsi, Mart 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-dan iqtisadi biliklərin təkmilləşdirilməsinə dəstək

18/05/2022
SOCAR-dan iqtisadi biliklərin təkmilləşdirilməsinə dəstək
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanlı 20 tələbə Massaçusets Texnologiya İnstitutunun “MicroMaster” proqramında iştirak şansı əldə edəcək

SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki (CQBK) tərəfdaşları Xəzər Universiteti ilə birgə “İnkişaf İqtisadiyyatı Akademiyası” layihəsinin icrasına başlayır.

Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən bildirir ki, layihə çərçivəsində 20 tələbə Massaçusets Texnologiya İnstitutunun (MIT) “Data, İqtisadiyyat və İnkişaf Siyasəti” “MicroMaster” proqramında iştirak etmək şansı qazanacaq.

Xəzər Universitetinin və digər yerli ali təhsil müəssisələrinin professorları tərəfindən seçilmiş 20 tələbəyə beş fənn üzrə həftəlik fasilitasiya dərsləri vasitəsilə “MicroMaster” proqramında uğurlu nəticələr əldə etməkdə kömək göstərəcəklər.

Layihə çərçivəsində seçilmiş tələbələrə Mikroiqtisadiyyat, Sosial elmlər üçün data təhlili, İnkişaf siyasətinin əsasları: ali inkişaf iqtisadiyyatı, Siyasi iqtisadiyyat və iqtisadi inkişaf; Təsadüfi qiymətləndirmələrin dizaynı və icrası fənləri tədris olunacaq.

Data, İqtisadiyyat və İnkişaf Siyasəti” “MicroMaster” proqramı ilə bağlı imzalanma mərasimində iştirak edən Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı Xəzər Universiteti ilə SOCAR-ın birgə əməkdaşlığı nəticəsində həyata keçiriləcək proqramın icrasına böyük marağın olacağını bildirib, bir neçə mərhələli müsahibə və imtahanlar vasitəsilə ən yaxşı tələbələrin seçiləcəyinə inamını ifadə edib. O, həmçinin bu proqram məzunlarının Azərbaycanın davamlı inkişafına mühüm töhfələr verəcəyinə ümid etdiyini bildirib. 

“SOCAR Midstream Operations” MMC-nin (SOCAR Midstream) İcraçı Direktoru Fuad Əhmədov isə qeyd edib ki, layihənin əsas məqsədi davamlı artan məlumatları şərh etmək, onları iqtisadi nöqteyi-nəzərdən hərtərəfli təhlil etmək və milli inkişaf strategiyalarının uğurlu icrası üçün davam edən və planlaşdırılan dövlət proqramlarına vaxtında töhfə vermək bacarığına malik gənc mütəxəssislərin yetişdirilməsidir.

Layihənin uğurlu nəticəsindən asılı olaraq, tələbələrə hər il bu və ya buna bənzər proqramlar üzrə davamlı dəstək verilməsi nəzərdə tutulur.

Tags: SOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.