Bazar ertəsi, Noyabr 17, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Şahdəniz yatağından hasilat sürətlə artır

05/05/2022
1
BAXIŞ
Share on FacebookShare on Twitter

Ötən il Şahdəniz yatağlndan qaz hasilatı 27,1% artmışdı, bu ilin ilk rübündə isə artım 17,6% təşkil edib

2022-ci ilin birinci rübündə “Şahdəniz” yatağından 6 milyard kubmetr qaz hasil edilib ki, bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 17,6% çoxdur.

“bp-Azerbaijan” şirkətinin (“Şahdəniz” yatağının işlənməsi layihəsinin operatoru) hesabatına görə, yatağın hazırkı hasilat gücü gündə təxminən 72 milyon kubmetr və ya ildə 26 milyard kubmetrdən çoxdur.

Hesabat dövründə “Şahdəniz” yatağından həmçinin təxminən 9 milyon barel (1 milyon tondan çox) kondensat hasil edilib ki, bu da 2021-ci ilin birinci rübü ilə müqayisədə 15,4% çoxdur.

2022-ci ilin birinci rübündə Şahdəniz layihəsinin xərcləri 847 milyon dollar (azalma 43,76%) təşkil edib. Layihə üzrə əməliyyat xərcləri 759 milyard dolları ötüb (azalma 33,43%), əsaslı xərclər 88 milyon dollar təşkil edib (azalma 75,96%).

“bp-Azerbaijan” şirkəti hesabatında layihə üzrə xərclərin kəskin azalmasını izah etmir, amma böyük ehtimalla bu, ötən ilin əvvəlində quyuların qazılması əməliyyatı və bir sıra dəniz əməliyyatları ilə bağlı edilən kapital qoyuluşu ilə bağlı olub. Cari ildə isə artıq konsorsium fəaliyyətinin əsas hissəsini hasilat əməliyyatlarına yönəldib.

Qeyd edək ki, 2021-ci ildə “Şahdəniz” yatağından 23 milyard kubmetr qaz hasil edilib ki, bu da 2020-ci illə müqayisədə 27,1% çoxdur.

“Şahdəniz” yatağının kəşfiyyatı və işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb. 1999-cu ilin iyununda Xəzərdə 1 trilyon kubmetr ehtiyata malik ən böyük qaz yatağı kəşf edildi.

Layihənin hazırkı səhmdarları BP (operator, 29,99%), SOCAR və onun törəmə şirkətləri (21,02%), LUKOIL (19,99%), TPAO (19%) və NICO (10%) şirkətləridir.

“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb. Hazırda yataqdan qaz hasilatı “Alpha” və Bravo platformalarından həyata keçirilir. Sonuncuda hasilat 2018-ci ilin avqustunda başlayıb.

“Şahdəniz” yatağından hasil edilən qaz Azərbaycanın daxili bazarına və 5 ölkəyə ixrac edilir: Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliya.

İlham Şaban,

Caspian Barrel

Tags: BPŞahdəniz

Eyni kateqoriyadan Digər materiallar

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

I yarımildə “Şahdəniz”in işlənməsindən dövlət nə qazanıb?

23/07/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“Dərinsulu Günəşli” hasilat platforması planlı profilaktika üçün dayandırılıb – BP
Azərbaycan

“Şahdəniz”də yeni platformanın tikinti layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılır

17/02/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Azərbaycan

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

16/11/2025
Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.