“Qaradağ” Günəş Elektrik Stansiyası (GES) 225 milyon ABŞ dollarına başa gələcək
“Report” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Suhail Məhəmməd Əl Mazroyi (Suhail Mohamed Al Mazrouei) bildirib.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov isə bildirib ki, bu stansiyanın inşası və BƏƏ-nin “Masdar” şirkəti ilə icra olunan digər layihələr hesabına 700 nəfər işlə təmin olunacaq. “GES istismara verildikdən sonra isə burada 25-30 nəfər işləyəcək”, – deyə o, qeyd edib.
Bundan başqa, nazir deyib ki, GES-in hesabına 110 min mənzilə elektrik enerjisi veriləcək.