Cümə, Sentyabr 4, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan 2022-ci ildə qazı hansı qiymətə ixrac edir?

21/03/2022
Azərbaycan 2022-ci ildə qazı hansı qiymətə ixrac edir?
14
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bəyan etdiyi statistikadan çıxış etsək, 1000 kubmetr qazın fevral ayında orta ixrac qiyməti $715,98 təşkil edib.

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi ölkədən 3 milyard 963 milyon 666,71 min kubmetr təbii qazın ixrac edildiyini bəyan edib.

Hesabat dövründə Azərbaycanın ixrac qazının bəyan edilmiş dəyəri $2 milyard 486 milyon 160,26 min təşkil edib. Yəni Komitənin bu məlumatından çıxış etsək, məlum olar ki, 2022-ci ilin ilk iki ayında Azərbaycan öz qazının hər min kubmetrini ortala olaraq 627 dollar 24 sentdən ixrac edib.

Maraqlı bir detal isə ondan ibarətdir ki, Gömrük Komitəsi Azərbaycanın qaz gəlirlərinin artıq ölkənin ümumi ixracatında 41,66%-ə qədər yüksəldiyini göstərib. Yanvar ayında bu göstərici 26,02% olmuşdu (qazın $497,95 orta ixrac qiymətində).

Gömrük Komitəsinin açıqladığı məlumatlardan belə qənaətə gəlmək olar ki, 2022-ci ilin fevral ayında Azərbaycan qaz ixrac həcmlərini kəskin artıraraq 2 mlrd 350 mln 466,89 min kubmetrə çatdırıb. Baxmayaraq ki, fevralda 28 gün var, bəyan edilmiş həcmin miqdarı yanvarın 31 günü ilə müqayisədə 1,46 dəfə artıb.

2022-ci ilin fevralında ixrac edilmiş qaz gəlirləri 1 mlrd 682 mln 858,75 min dollar təşkil edib. Yəni 1000 kubmetr qazın ixrac qiyməti $715,98-a qədər artıb. Başqa sözlə, fevralda Azərbaycan öz qazını yanvarla müqayisədə həcm etibarı ilə 45,7% və dəyər ifadəsində isə 43,78% artırıb.

Caspian Barrel bildirir ki, Gömrük Komitəsi Azərbaycan qazının ixrac coğrafiyasını dərc etməyib. Azərbaycan hazırda öz qazını 5 ölkəyə: Gürcüstan və Türkiyə kimi qonşu ölkələrə və Bolqarıstan, Yunanıstan və İtaliya olmaqla Avropa ölkələrinə ixrac edir.

Azərbaycan energetika nazirliyinin məlumatlarına görə, ölkənin qaz satışının təqribən yarısı Avropa ölkələrində həyata keçirilir. Avropa bazarında isə qaz daha bahadır, nəinki regional bazarda. Bu baxımdan cari ildə Azərbaycan qazının Avropa bazarında qiyməti Gömrük Komitəsinin açıqladığı orta qiymətdən kifayət qədər baha olmalıdır.

İlham Şaban

Tags: AzərbaycanDGKqaz ixracı

Eyni kateqoriyadan Digər materiallar

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.