Bazar ertəsi, İyun 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Yanvarda Azərbaycan qazını 500 dollara yaxın qiymətə ixrac edib

21/02/2022
Yanvarda Azərbaycan qazını 500 dollara yaxın qiymətə  ixrac edib
4
BAXIŞ
Share on FacebookShare on Twitter

2022-ci ilin yanvar ayında Azərbaycanın bəyan edilmiş qaz həcmlərinin ixracı 1 milyard 613 milyon 199,82 min kubmetr təşkil edib. Bu, 2021-ci ilin yanvar ayı ilə müqayisədə 44% çoxdur.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin aylıq hesabatında məlumat verilib.

Dövlət Gömrük Komitəsi bildirir ki, bu ilin yanvar ayında Azərbaycan qazının ixracına çəkilən xərclər 803 milyon 301,51 min dollar təşkil edib. 2021-ci ilin yanvar ayı üçün Dövlət Gömrük Komitəsi Azərbaycanın qaz qazancını 100 milyon 26,39 min dollar dəyərində göstərmişdi. Yəni 2022-ci ilin yanvarında Azərbaycanın bəyan edilmiş qaz ixracı dəyər ifadəsində düz ötən ilin yanvarında bəyannamələrdə bəyan ediləndən 8,03 dəfə çoxdur.

Caspian Barrel Azərbaycan Respublikası Gömrük Komitəsinin məlumatları əsasında hesablama aparıb və məlum olub ki, 2022-ci ilin yanvar ayında Azərbaycan öz qazının 1000 kubmetrini orta hesabla 497,95 dollara ixrac edib.

Qeyd edək ki, Azərbaycan qazının Gömrük Komitəsinin bəyan etdiyi həcmlərlə faktiki ixrac həcmləri heç vaxt üst-üstə düşməyib. Adətən, Gömrük Komitəsinin hesabatlarında bəyan edilən qaz həcmləri həmişə ixracın faktiki həcmlərindən aşağı olurdu. Lakin 2021-ci ilin sonunda Gömrük Komitəsi bunun əksini qeydə aldı – bu dəfə bəyan edilən qaz həcmləri faktiki qaz ixrac həcmlərini üstələyib.

Belə ki, Azərbaycan Energetika Nazirliyinin illik hesabatındakı məlumatına görə, 2021-ci ilin sonuna 18,9 milyard kubmetr qaz xarici bazarlara çıxarılıb. Gömrük Komitəsinin hesabatında isə bəyan edilmiş qaz ixracının həcmi isə 20 milyard 46,65 milyon kubmetr təşkil edib.

2020-ci ilin son günündən Azərbaycan 5 ölkəyə qaz ixrac edir: Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliya.

İlham Şaban

Tags: Azərbaycan qazı

Eyni kateqoriyadan Digər materiallar

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.