Çərşənbə axşamı, Dekabr 16, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Türkiyə” autizmli uşaqların təhsilinə dəstək verəcək

25/02/2022
“SOCAR Türkiyə” autizmli uşaqların təhsilinə dəstək verəcək
2
BAXIŞ
Share on FacebookShare on Twitter

Türkiyənin “Tohum” Autizm Fondu autizmli uşaqların erkən diaqnostikası və onların cəmiyyətdə iştirakına imkan yaradılması sahəsində elmi araşdırmalarla dəstəklənən Tətbiqi Davranış Analizinə əsaslanan təhsil modelini beynəlxalq miqyasda yaymaqda davam edir.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “Report”a verilən məlumata görə, “SOCAR Türkiyə” “Tohum” Autizm Fondu ilə Azərbaycanın “Birgə və Sağlam” İctimai Birliyi arasında mövcud əməkdaşlığının genişləndirilməsinə, autizmli uşaqların təhsil proqramına davamlı və intensiv dəstək verəcək. Bu məqsədlə təhsil və fond əməkdaşlarının potensialının gücləndirilməsi üçün birgə təlimlər təşkil ediləcək.

“SOCAR Türkiyə” Kommunikasiya və Dövlətlə Əlaqələr departamentinin rəhbəri Mikayıl Yusifov autizmli uşaqlara yardım edilməsi və onlara təhsilin verilməsi istiqamətində bilik və təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb: “Biz xüsusi məqsəd naminə bu dəyərli əməkdaşlığı dəstəkləməkdən çox məmnunuq. “SOCAR Türkiyə” olaraq Azərbaycanda autizmli uşaqların təhsilinə töhfə vermək məqsədilə uzun illərdir “Tohum” Autizm Fondu ilə Azərbaycandakı “Birgə və Sağlam” İctimai Birliyinin əməkdaşlığını dəstəkləyirik. Bu iki qurumun birlikdə fəaliyyətinin daha güclü olacağına və uşaqların sosial ünsiyyət bacarıqlarına yiyələnməsində mühüm rol oynayacağına inanıram”.

“Tohum” Autizm Fondu vitse-prezidenti Aylin Sezgin bildirib ki, “Birgə və Sağlam” İçtimai Birliyi ilə 2017-ci ildən etibarən həyata keçirilən əməkdaşlıq çərçivəsində azərbaycanlı autizmli uşaqların inkişafı üçün mütəxəssis hazırlayırıq: ““Birgə və Sağlam” İctimai Birliyi ilə tətbiqi təlim və qiymətləndirmə, təlim keçən şəxsin xidmətlərinə nəzarət kimi sahələrdə əməkdaşlıq edirik və artıq bir çox uğurlu proseslərə nail olmuşuq. “SOCAR Türkiyə”nin dəstəyi ilə səylərimizi davam etdirəcəyik. Mən öz adımdan və “Tohum” Autizm Fondu adından bu əməkdaşlıqda əməyi olan hər kəsə və “SOCAR Türkiyə”yə təşəkkür edirəm’.

“Birgə və Sağlam” İctimai Birliyinin rəhbəri Aytən Eynalova autizmli şəxslərə dəstək verilməsi üçün “Tohum” Autizm Fondu ilə əməkdaşlığın perspektivlərindən danışıb: “Bu sinerji ilə daha uğurlu işlərə imza atacağımıza inanırıq. “Tohum” Autizm Fondundan öyrənəcəyimiz və reallaşdıracağımız çoxlu layihə var. Bu əməkdaşlığa böyük töhfə verən “SOCAR Türkiyə” sayəsində bilik və sistem mübadilələri vasitəsilə həyata keçirəcəyimiz işləri səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, “Tohum” Türkiyə Autizm Erkən Diaqnostika və Təhsil Fondu 2003-cü ildən fəaliyyət göstərir. Fond autizm spektr pozuntusu olan uşaqların erkən diaqnostikası və xüsusi təhsil vasitəsilə cəmiyyətə inteqrasiyası sahəsində liderlik edir.

Tags: autizmSOCAR TÜRKİYƏ

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb
Maraqlı Xəbərlər

SOCAR-ın Türkiyədəki layihələrə investisiyaları 18 milyard dollara çatıb

12/05/2023
SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb
Maraqlı Xəbərlər

SOCAR Türkiyəyə yatırılan investisiyaların həcmini açıqlayıb

12/05/2023
Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”
Azərbaycan

Elçin İbadov: “TANAP ilə bugünədək 45 milyard kubmetrə yaxın təbii qaz tədarük edilib”

12/05/2023
Türk Şurası “SOCAR Türkiyə”yə İnvestisiya Mükafatını təqdim edib
Azərbaycan

“SOCAR Turkiye Enerji” şirkətinə yeni rəhbər təyin edilib

22/02/2023
R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”
Azərbaycan

R.Nəcəf: “SOCAR Türkiyə”nin gələcək hədəfləri və planları müəyyənləşib”

21/12/2022
“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb
Maraqlı Xəbərlər

“Petkim”in xalis mənfəəti 50 faizə yaxın artıb

14/11/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.