Rusiyadan coğrafi baxımdan ayrı düşmüş bu vilayət Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində təhcizatda müəyyən mətinliklərin yaşanmasını ehtimal edir
Caspian Barrel RBC-Kalininqrad saytına istinadən xəbər verir ki, Kalininqrad vilayətinin yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının qiymətləri yenilənib.
Ötən həftənin sonunda qiymət etiketləri şəhərin bir çox iri yanacaqdoldurma məntəqələri tərəfindən yenidən yazılıb.
Klops portalının məlumatına görə, ən populyar yanacaq brend – AI-92 bu gün litri 50 rubldan, bəzi yerlərdə isə 51 rubldan baha satılır.
AI-95 markalı benzinin litrini isəö əsasən 53-54 rubla almaq olar. Dizel yanacağının litri isə hazırda 55 rubldan baha satılır.