Çərşənbə, Aprel 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların təfərrüatlarını açıqlayıb

27/06/2022
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların təfərrüatlarını açıqlayıb
10
BAXIŞ
Share on FacebookShare on Twitter

Ağ Ev: Dövlət Departamenti və Maliyyə Nazirliyi Moskvaya sanksiyalardan yayınmağa kömək edən şəxslərə qarşı sanksiyalar tətbiq edəcək

Caspian Barrel Ağ Evin saytında bu gün dərc edilən materiala istinadən bildirilir ki, ABŞ 500-ə yaxın rusiyalı məmura “Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini pozduqlarına və ya təhdid etdiyinə” və ya Rusiya daxilində “müxalif fikirliyin qarşısının alınmasına” görə viza məhdudiyyəti tətbiq edəcək.

Восемь лет санкций против России. Главное — РБК

“Bu gün Almaniyada prezident Bayden G7 liderləri və prezident Zelenski ilə görüşəcək, Ukraynanı dəstəkləmək üçün sarsılmaz, vahid öhdəliyimizi yerinə yetirməyə davam edəcək və prezident Putini məsuliyyətə cəlb etmək üçün misli görünməmiş sanksiyalarımızı gücləndirəcək. G7 Rusiyaya qarşı iqtisadi tədbirlərimizi daha da gücləndirmək üçün əhəmiyyətli yeni sanksiya öhdəliklərini özündə əks etdirən Ukraynaya dəstək bəyanatı verəcək”, deyə Ağ Ev bəyan edib.

Dərc edilən materialda bildirilir ki, artıq ötən bir neçə ay ərzində ABŞ-ın Rusiyaya ixracı, o cümlədən Putinin ordunu saxlamaq üçün lazım olan əsas texnoloji ixrac malları təxminən 97% azalıb. Rusiyanın bütün dünyadan mal idxalı 40% azala bilər. Rusiyadakı fabrik və zavodlar mövcud istehsalı saxlamaq üçün faktiki mübarizə aparır. Rusiyanın ÜDM-i bu il çox güman ki, ikirəqəmli göstəricilər səviyyəsində azalacaq, inflyasiya 20%-dən yuxarı qalxır, Rusiya istiqraz ödənişlərini həyata keçirməkdə və bir əsrdən artıq müddətdə ilk dəfə suveren borcunu ödəməkdə çətinlik çəkir.

Prezident Bayden həmçinin elan edir ki, Konqresin Rusiyanın ABŞ-dakı ticarət statusunu (söhbət Rusiya malları üçün aşağı tarif dərəcələrinə zəmanət verən “ən əlverişli ölkə” ticarət statusundan gedir – Caspian Barrel) ləğv etməsinə uyğun olaraq, ABŞ Rusiyaya təxminən 2,3 milyard dollar dəyərində olan 570-dən çox çeşiddə məhsula yüksək tarif dərəcəsi tətbiq edəcək. Bu tədbirlər Rusiyanın ABŞ bazarına satışdan iqtisadi fayda əldə etmək imkanlarını məhdudlaşdıracaq.

Bundan əlavə, Xəzinədarlıq və Dövlət Departamenti Ukraynada fəaliyyət göstərən özəl hərbi şirkətlərə (ÇVK), habelə Ukraynada “insan hüquqlarının və ya beynəlxalq humanitar hüququn pozulmasında” iştirak etmiş Rusiya Silahlı Qüvvələrinin bölmələrinə qarşı bloklayıcı sanksiyalar tətbiq edəcək. Döyüş əməliyyatları zamanı nəzarət altına alınan bölgələrin rusiyapərəst administrasiyalarının üzvlərinə də məhdudiyyətlər qoyulacaq.

ABŞ Ticarət Departamenti Rusiyaya dəstək verən şirkətlərin Amerika mallarına və texnologiyalarına (xüsusən də yarımkeçiricilərə) çıxışını məhdudlaşdıracaq, Dövlət Departamenti və Maliyyə Nazirliyi isə Moskvaya sanksiyalardan yayınmağa kömək edən şəxslərə qarşı sanksiyalar tətbiq edəcək.

Caspian Barrel

Tags: Aö EvRusiyasanksiya

Eyni kateqoriyadan Digər materiallar

Мощности ядерной генерации в мире растут
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Rusiyaya qarşı 15-ci sanksiyalar paketi qəbul edildi
Rusiya

Rusiyaya qarşı 15-ci sanksiyalar paketi qəbul edildi

16/12/2024
Rusiya İrana dəmir yolu ilə yanacaq tədarükünə başlayıb
Rusiya

Rusiya İrana dəmir yolu ilə yanacaq tədarükünə başlayıb

12/04/2023
Putin Türkiyədə qaz qovşağını real layihə adlandırıb
Rusiya

Putin Türkiyədə qaz qovşağını real layihə adlandırıb

01/11/2022
Pərviz Şahbazov Rusiya Baş nazirinin müavini ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov Rusiya Baş nazirinin müavini ilə görüşüb

13/10/2022
Rusiya rublla ödənişdən imtina etdiyi üçün Niderlanda qaz ixracını dayandırdı
Rusiya

Rusiya rublla ödənişdən imtina etdiyi üçün Niderlanda qaz ixracını dayandırdı

31/05/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.