Cümə, May 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan gündəlik Avropaya 27 mln kubmetr qaz ixrac edir – nazir

22/02/2022
Azərbaycan gündəlik Avropaya 27 mln kubmetr qaz ixrac edir – nazir
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Avropalı istehlakçılar gündəlik olaraq Azərbaycandan 27 milyon kubmetrə yaxın təbii qaz alırlar. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bəyan edib.

P.Şahbazov fevralın 21-də Qətərin paytaxtı Doha şəhərində keçirilən Qaz İxrac Edən Ölkələr Forumu (Gas Exporting Countries Forum-GECF) Nazirlərinin iclasında iştirak edib.

Nazir çıxışında yeni reallıqlar şəraitində Azərbaycanın həm bölgədə, həm də Avropa qitəsində etibarlı enerji təchizatçısına çevrilməsində Cənub Qaz Dəhlizinin roluna toxunub.

“Həm enerji təhlükəsizliyi, həm də ekoloji təhlükəsizlik tələblərini nəzərə alan Cənub Qaz Dəhlizi hazırda daha çox ölkələrin enerji təchizatında perspektiv prioritetlərdən biri kimi qəbul edilir və onun inkişafına böyük maraq ifadə edilir. Hazırda gündəlik qaz ixracımızın ən çoxu Avropa bazarının payına düşür. Avropalı istehlakçılar gündəlik 27 milyon kubmetrə yaxın Azərbaycan qazı ilə təchiz olunur”, – deyə o bildirib.

Şahbazov bildirib ki, istismara veriləndən (30 iyun 2018-ci il – red.) indiyə kimi TANAP-la Türkiyəyə 14,8 milyard kubmetr, Avropaya isə (31 dekabr 2020-ci il) TAP ilə 9,4 milyard kubmetr qaz ixrac edilib.

P.Şahbazov əlavə edib ki, Azərbaycan özünü və tərəfdaşlarını uzun müddət təbii qazla təmin etmək üçün zəngin potensiala malikdir.

Nazir çıxışında qlobal qaz sektorundakı mövcud qeyri-sabitliyi şərtləndirən faktorlardan da bəhs edib. O, bir enerji növünün hakim olacağı dünyanın qeyri-sabit olmaqla bərabər qeyri-real olduğunu, yalnız ekoloji təhlükəsizliyə fokuslanaraq, sərt şəkildə təbii qazdan imtinanın enerji təhlükəsizliyi üçün risklər yaratdığını qeyd edib.

P.Şahbazov iqlim dəyişikliyinə qarşı mübarizənin vacib, lakin enerji daşıyıcılarının dəyəri və təchizatının təhlükəsizliyinin də zəruri olduğunu diqqətə çatdırıb.

CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə nəql olunacaq.

Hazırda CQD-nin ötürmə gücünün 2 dəfə artırılması məsələsi müzakirə edilir.

2021-ci ildə Avropaya 8,15 milyard kubmetr Azərbaycan qazı ixrac edilib.

İnterfax-Azərbaycan

Tags: Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

Pərviz Şahbazov Moldovanın infrastruktur və regional inkişaf naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov Moldovanın infrastruktur və regional inkişaf naziri ilə görüşüb

11/10/2022
Şahbazov: “Avropaya indiyə qədər 13,5 milyard kubmetr Azərbaycan qazı tədarük olunub”
Maraqlı Xəbərlər

Şahbazov: “Avropaya indiyə qədər 13,5 milyard kubmetr Azərbaycan qazı tədarük olunub”

08/07/2022
Azərbaycan

Azərbaycan gələcəkdə 5 min MVt gücündə bərpa olunan enerji obyektləri tikməyi planlaşdırır

22/06/2022
Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun  Sammitində iştirak edir
Maraqlı Xəbərlər

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumunun Sammitində iştirak edir

21/02/2022
Азербайджан обладает достаточным газом для II фазы ЮГК
Azərbaycan

Şahbazov: Neftin $65-70 qiyməti dünya iqtisadiyyatı üçün komfortludur

05/01/2022
Energetika naziri Pərviz Şahbazov Rusiyada səfərdədir
Azərbaycan

Energetika naziri Pərviz Şahbazov Rusiyada səfərdədir

13/10/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.