Çərşənbə axşamı, May 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

385 MVt-lıq “Qobu” İstilik Elektrik Stansiyası istifadəyə verildi

12/02/2022
385 MVt-lıq “Qobu” İstilik Elektrik Stansiyası istifadəyə verildi
95
BAXIŞ
Share on FacebookShare on Twitter

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 385 meqavatlıq “Qobu” İstilik Elektrik Stansiyasının və “Qobu” Enerji Qovşağının – yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının açılışında iştirak edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına görülən işlər barədə məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin 2020-ci ilin avqustunda təməlini qoyduğu 385 meqavatlıq “Qobu” Elektrik Stansiyası və yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyası rekord müddətdə tikilib.

Azərbaycan energetikası tarixində ilk dəfə istilik elektrik stansiyasının layihələndirilməsini xarici institutlar deyil, “Azərenerji” ASC-nin Layihə-Axtarış Energetika İnstitutu layihələndirib və tikintini də yerli şirkət həyata keçirib. Ən əsası odur ki, burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır.

Məlumat verildi ki, istər elektrik stansiyasının, istərsə də yarımstansiyanın tikinti prosesi fasiləsiz rejimdə aparılıb. Elektrik stansiyasının maşın zalları, qazpaylayıcı stansiya, anbar, emalatxana binaları, yarımstansiyanın açıq paylayıcı qurğuları, idarəetmə mərkəzi, mühəndis korpusu və başqa yardımçı binalar paralel şəkildə tikilib.

Aqreqatların, avadanlığın, texnika və materialların daşınması, quraşdırılması, tikintisi, yüksək gərginlikli ötürücü xətlərin çəkilməsi kimi mürəkkəb proseslər də sinxron şəkildə aparılıb. Beləliklə, “Qobu” Enerji Qovşağının tikintisi nəzərdə tutulan müddətdə başa çatdırılıb.

“Qobu” Enerji Qovşağı ölkəmizdə, xüsusilə Bakıda və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə artan tələbatı ödəmək, paytaxtın və yarımadanın regionlardakı elektrik stansiyalarından asılılığını azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmaq, texniki itkiləri azaltmaq, sistem qəzası təhlükəsini minimuma endirmək, Bakıda və Abşeron yarımadasında tənzimləyici generasiya gücü funksiyasını üzərinə götürərək 500 kilovoltluq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşımaq, paytaxtın 330 kilovoltluq dairəvi elektrik təchizat sistemini yaratmaq və digər amillər baxımından olduqca əhəmiyyətlidir.

Bildirildi ki, yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasında isə ən müasir avadanlıq quraşdırılan 330 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib. Eyni zamanda, həmin qurğunun yanında 220 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və yarımstansiyalar üçün hər birinin gücü 250 meqavolt-amper olan 4 avtotransformator quraşdırılıb. 110 kilovoltluq açıq paylayıcı qurğu isə “Qobu” Elektrik Stansiyasının qarşısında tikilib.

Yarımstansiyanın ərazisində müasir mikroprosessor tipli rəqəmsal idarəetmə və mühafizə panelləri ilə təchiz olunmuş yeni nəsil avadanlıqdan ibarət idarəetmə binası tikilib. Yarımstansiyada məsafədən idarə olunan mikro-SCADA dispetçer idarəetmə sistemi, əks-qəza avtomatikası sistemi qurulub. Rəqəmsal enerjisistem konsepsiyasına uyğun olaraq istismara verilən yarımstansiyada aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, problemlərin tez həlli proqram təminatı vasitəsilə avtomatik həyata keçiriləcək.

İdarəetmə mərkəzi ilə yanaşı, mühəndis yataqxana korpusu inşa edilib, işçi heyət üçün xidməti otaqlar, fasiləsiz əmək fəaliyyətini təmin edən şərait yaradılıb. Yarımstansiyanın ərazisində abadlıq işləri görülüb, daxili yollar çəkilib.

Qeyd edək ki, ən müasir üslubda inşa olunan 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasında isə 4 maşın zalı tikilib və ümumilikdə 21 aqreqat quraşdırılıb. Bu aqreqatların hər birinin gücü 18,3 meqavatdır. Burada 7 ədəd güc transformatoru quraşdırılaraq yarımstansiya ilə əlaqələndirilib.

“Qobu” Enerji Qovşağının enerjisistemə inteqrasiyası üçün Şirvandakı “Cənub” Elektrik Stansiyasına 108 kilometr məsafədə 330 kilovoltluq ötürücü xətt inşa edilib. Eyni zamanda, “Qobu” yarımstansiyasını strateji əhəmiyyətli 330 kilovoltluq “Yaşma” yarımstansiyası ilə əlaqələndirmək üçün 47 kilometr məsafədə 330 kilovoltluq elektrik verilişi xətti çəkilib. Bundan əlavə, 220 kilovoltluq 5-ci “Abşeron”, 5-ci “Cənub” və 110 kilovoltluq 3-cü, 4-cü “Puta” hava xətlərinin giriş-çıxış sxemi ilə yarımstansiyaya qoşulması işləri başa çatdırılıb.

Beləliklə, səhralığı xatırladan ərazidə cəmi bir il ərzində yüksəkgərginlikli ötürücü xətlərin, 385 meqavatlıq elektrik stansiyasının və 330/220/110 kilovoltluq yarımstansiyanın bir araya gətirildiyi böyük enerji şəhərciyi salınmaqla son illərin ən böyük infrastruktur layihələrindən biri reallaşdırılıb.

Azərenerji Mətbuat xidməti

Tags: Azərenerji

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan dəyər ifadəsində elektrik enerjisinin ixracını 51% artırıb
Azərbaycan

“AzərEnerji”nin 2024-ci ildə kapital qoyuluşunun 50% azalması gözlənilir

23/06/2024
Baku brings about creating renewable energy plants with Masdar
Azərbaycan

“Masdar” şirkəti ilə yaşıl enerji layihələri üzrə 3 müqavilələr imzalanıb

04/06/2024
Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub
Yaşıl enerji

Laçında kiçik su elektrik stansiyasının təməlqoyma mərasimi olub

04/06/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

Azərbaycanda I rübdə 7,1 mlrd kVt/saatdan çox elektrik enerjisi istehsal edilib

23/04/2024
Avropa bankı “Azərenerji”nin layihəsinə $30 milyon kredit ayıracaq
Azərbaycan

Avropa bankı “Azərenerji”nin layihəsinə $30 milyon kredit ayıracaq

27/02/2024
”AzərEnerji” və bp Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb
Yaşıl enerji

”AzərEnerji” və bp Səngəçal terminalının elektrikləşdirilməsi üçün memorandum imzalayıb

20/02/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.