Cümə axşamı, Yanvar 22, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR ölkə vətəndaşları üçün distant “Mikro Master” Proqramı təşkil edir

29/01/2022
11
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki (SCPC) tərəfdaşları Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birlikdə Massaçusets Texnologiya İnstitutunda (MIT) 35 dövlət qulluqçusunun “MikroMaster” Proqramı çərçivəsində “Data, İqtisadiyyat və İnkişaf Siyasəti” üzrə təliminə başlayır.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, 10 ay müddətində distant formada keçiriləcək “MikroMaster” Proqramı iştirakçıların milli inkişaf strategiyaları və inkişaf layihələri hazırlamaq, həyata keçirmək, qiymətləndirmək üçün bütün lazımi bilik və bacarıqlarla təmin edilməsi məqsədi daşıyır.

Fevralın 1-dən start veriləcək təlimdə iqtisadiyyat üzrə Nobel mükafatçıları Ester Duflo və Abhijit Banerji, bir sıra MIT professorları iştirakçılara Mikroiqtisadiyyat, Təsadüfi Qiymətləndirmələrin Dizaynı və Tətbiqi, Sosial Elmdə Data Analizi, İnkişaf Siyasətinin Əsasları və Ali İnkişaf İqtisadiyyatı, Siyasi İqtisadiyyat və İqtisadi İnkişaf kimi 5 əsas fənni tədris edəcəklər.

Müxtəlif nazirlik və dövlət qurumlarından seçilmiş 107 namizəd Proqramda iştirak etmək üçün 2021-ci ilin noyabr ayında Dövlət İmtahan Mərkəzi tərəfindən ingilis dili və riyaziyyat fənləri üzrə imtahandan keçirilib.

14 dövlət qurumunu təmsil edən 35 namizəd uğur qazanaraq 2021-ci il dekabr və 2022-ci il yanvar aylarında 2 aylıq intensiv hazırlıq kursuna cəlb edilib və UNEC professorları tərəfindən aparılan bu kursu müvəffəqiyyətlə başa vurub.

2022-ci ilin fevral-oktyabr aylarında davam edəcək “MikroMaster” Proqramını uğurla tamamlamaq məqsədilə UNEC professorları tərəfindən iştirakçılar üçün həftəlik fasilitasiya dərslərinin keçirilməsi də planlaşdırılıb.

Qeyd edək ki, “SOCAR Midstream Operations” MMC SOCAR-ın törəmə şirkətidir və Cənubi Qafqaz Boru Kəmərinin Kommersiya (2015-ci ildən) və Texniki Operatorudur (2020-ci ildən). “SOCAR Midstream Operations” MMC 2021-ci il avqust ayından etibarən SCPC-dəki tərəfdaşları adından Sosial İnvestisiya strategiyasının həyata keçirir. Sosial investisiya layihələri CQBK ilə yanaşı icmaların sosial-iqtisadi inkişafı, təhsil və ətraf mühitin mühafizəsi kimi üç sahəni əhatə edir.

SCPC-nin səhmdarları: bp (28,8% ), TPAO (19 %), PETRONAS (15,5 %), LUKOIL (10 %), NICO (10 %), AzSCP (10 %) və SGC Midstream (6,7 %) şirkətləridir.

Tags: SOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.