Şənbə, May 17, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Avropa Azərbaycanda qaz axtarır

31/01/2022
Avropa Azərbaycanda qaz axtarır
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Avropa İttifaqı (Aİ) Trans-Adriatik (TAP) kəməri ilə qaz nəqlinin artırılmasına dair bu həftə Azərbaycanla danışıqlar aparacağını bildirib. Bu barədə məlumatı Avropa İttifaqındakı mənbələrə istinadən “Financial Times” (FT) qəzeti yayıb.

Qəzet yazır ki, Aİ-nin energetika üzrə komissarı Kadri Simson Bakıya səfər edəcək və azərbaycanlı həmkarı Pərviz Şahbazovla, habelə ekologiya və təbii ehtiyatlar naziri Muxtar Babayevlə danışıqlar aparacaq. Adının çəkilməsini istəməyən Avropa rəsmisi deyib:

“Biz planlaşdırırıq ki, danışıqlar Azərbaycanın Avropanın qaz təchizatının diversifikasiyasındakı roluna həsr olunacaq. Bura Trans-Adriatik boru kəməri ilə qaz təchizatı həcmlərinin artırılması da daxildir. Hazırda TAP kəmərinin gücü ildə 10 milyard kubmetrdir. Azərbaycan Aİ-nin stabil və etibarlı təchizatçısıdır”.

FT yazır ki, keçmiş sovet respublikası olan Azərbaycanın Moskva ilə sıx bağları var. Qeyd olunur ki, hazırda Rusiyanın sülhməramlı qüvvələri Qarabağ münaqişə zonasında yerləşdirilib. “Eurasia Group” analitik mərkəzindən Emre Peker deyib ki, Moskvanın Bakıya müəyyən təsir imkanları var:

“Azərbaycana həmişə Rusiyadan qaz asılılığının azaldılmasının və Aİ-nin enerji diversifikasiyasının yollarından biri kimi baxılıb. Odur ki, indi Azərbaycanın qapısının döyülməsi təəccüblü deyil. Siyasi baxımdan düşünürəm ki, Bakı belə bir ideyaya açıqdır, lakin onlar bunun ətrafındakı dinamikaya göz qoymalıdırlar ki, Moskvanı qıcıqlandırmasınlar”.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Bloomberg”ə müsahibəsində bildirib ki, Azərbaycandan qaz tədarükünün dərhal artırılması bütün hallarda məhdud olacaq, tədarük həcminin əhəmiyyətli dərəcədə artırılması üçün uzunmüddətli müqavilələr imzalanmalıdır. Səfir bu fikirlərini uzunmüddətli müqavilələrin zərurətini müvafiq enerji infrastrukturu yaradılması üçün böyük sərmayələrə və xeyli səylərə ehtiyac olması ilə əsaslandırıb. Onun sözlərinə görə, Azərbaycan Avropaya daha çox qaz nəql etməyə hazırdır, amma yenə də regionun əsas qaz təchizatçısı olan Rusiyanı əvəz edə bilməz: “Məsələn, Türkiyədə gördüyümüz kimi hansısa kəskin ehtiyac duyulsa, biz müəyyən əlavə qaz həcmini tədarük edə bilərik”, amma “Azərbaycanın qaz tədarükünün Rusiyadan tədarüklə eyni olmayacağı birmənalıdır”.

Diplomat qeyd edib ki, Azərbaycan qaz hasilatını artıra, habelə tikintisi 7 il davam edərək 33 milyard ABŞ dollarına başa gələn Cənub Qaz Dəhlizini genişləndirə bilər. 

“Biz enerji təhlükəsizliyini, infrastrukturun genişləndiriməsilə qaz tədarükünün artırılmasını sırf qısa böhran nöqteyi-nəzərindən görmürük. Çünki bu işlər qısamüddətli planlarla getməz. Burada söhbət uzunmüddətli planlı fəaliyyətdən gedir. Kiminsə gəlib “daha çox qaz ver” deməsilə deyil”, – deyə səfir fikrini tamamlayıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Pressklub.az-a şərhində bildirib ki, burada yeni bir təklif, yeni baxış yoxdur. Onun sözlərinə görə, 2020-ci ilin sonu, 2021-ci ildən etibarən Azərbaycan faktiki olaraq Avropanın qaz təchizatçılarından biri kimi çıxış edir. O əlavə edib ki, Bakı ötən bir il müddətində qaz bazarında layiqli, sözünün üstündə duran tərəfdaş kimi göstərib. 

“2021-ci ildə Avropadakı tərəfdaşları cəmi 5 milyard kubmetr qazın alınması ilə bağlı sifariş vermişdi, amma Azərbaycan ilin yekununda 8 milyard 150 milyon kub metr qazı Avropa bazarlarına tədarük etdi. Bu, onun göstəricisidir ki, Azərbaycan artan tələbatı ödəmək üçün öz imkanlarını səfərbər edə bilir”,- ekspert vurğulayıb. 

İ.Şaban qeyd edir ki, 2022-ci il üçün Avropadan bizə edilən sifariş 9 milyard, 2023-cü il üçünsə 11 milyard kubmetdir: “Bunu Azərbaycan prezidenti İlham Əliyev İtaliya KİV-inə müsahibəsində bildirib. Biz 3 il ərzində Azərbaycan qazının Avropaya nəqlinin get-gedə artdığını görürük. Onsuz da həcmi artırırıq, bəs Avropa bizdən nə istəyir? Avropanın istəyi Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Fevralın 4-də Avropa İttifaqı enerji komissarının Bakıya səfəri, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 8-ci iclasında iştirakı da bununla bağlıdır. Prezident İlham Əliyev anons edib ki, bu görüşdə Azərbaycandan əlavə qaz həcmlərinin alınması ilə bağlı Avropadan verilən təkliflərə baxılacaq. Necə ki, 2013-cü ildə hər il 10 milyard kubmetr qazın Avropa bazarlarında satılması üçün müqavilə imzalamışdıq, indi də növbəti 20-25 il müddəti üçün hansısa bir həcmin alınacağı barədə razılıq əldə oluna bilər. Hazırda TAP kəmərinin gücü 10-11milyard kub metr qazı ötürməyə imkan verir. Kəmərin 20 milyard kubmetrə qədər genişləndirilməsi aktualdır, o cümlədən Cənub Qaz Dəhlizinin. Avropanın qaz alıcıları gərək Azərbaycanın qaz istehsalçıları qarşısında hüquqi, kommersiya öhdəlikləri götürsün. Yəni yenidən investisiya yatırıb, həmin həcmləri bazara çıxarıb, təhvil nöqtəsində onlara versinlər. İnamları olsun ki, əldə olunacaq həcmlər satacaqları qiymətin qarşılığında rentabelli olacaq”. 

İlham Şaban xatırladır ki, 2018-ci ildə Azərbaycan qazının Avropaya satılacağı nəzərdə tutulurdu, amma bu, baş vermədi: “O zaman Avropada hava şəraiti çox yaxşı idi, onlar bu təklifi qulaqardına vurdular. Rusiya qazı da ucuz idi, avropalılar 200 dollardan da aşağı qiymətə alırdılar. Yalnız 2021-ci ildə gəlib bizdən aldılar. Plan bundan ibarətdir ki, 2023-ci ildə Cənub Qaz Dəhlizi genişləndirilərək, layihə gücü 31 milyard kubmetrə çatdırılmalı idi. Yəni Azərbaycan maksimum 2027-ci ildə bu həcmdə qazını bazara çıxara bilərdi. İndi reallıq necə olacaq, bilmirik. Əvvəllər mövcud olan qrafikə korrektələr edilib, 2023-cü ilə isə cəmi 1 il qalıb. Gələn il genişləndirmə işləri başlasa, ancaq 2025-ci ildə boru kəmərinin ötürmə gücü maksimal layihə gücü olan 31 milyard kubmetrə çatdırıla bilər”. 

Bəs həmin tarixdə bizim Avropaya həmin həcmdə qaz satmaq imkanımız olacaqmı? İ.Şaban bu suala cavabında deyir ki, hasilatı artırmaq üçün biz ən azı “Abşeron” yatağının ikinci layihəsini işə salmalıyıq: “Çünki bu layihədən hasil ediləcək 5-6 milyard kubmetr qazın Avropa bazarlarında satılması nəzərdə tutulur. Fransanın “Total” şirkəti bu yataqdan ilkin qazın 2022-ci ilin sonunda hasil olunacağını vəd edir. Amma deyəsən, heç bu il mümkün olmayacaq, çünki əldə edilən qaz daxili bazara gedəcək. Bu qazı almaq ən yaxşı halda 2023-cü ildə mümkün olacaq. Platformanın daha dərində quraşdırılması üçün ən aşağısı 4 il zaman gərəkdir. Deməli, 2023-cü ildə bu işə başlasalar, inşaat 2027-ci ilə qədər çəkəcək. Reallıq ondan ibarətdir ki, 2027-ci ildə “Qarabağ” və “Kəpəz” neft-qaz yataqlarından, paralel olaraq, “Ümid”dən qaz həcmlərini artıra bilərik. Yəni 5-6 ildən sonra bizim imkanımız var ki, Avropaya minimal – 5-7 milyard kubmetr qaz verə bilək. Beləliklə, 10 milyard kubmetr genişləndirilməli gücü olan TAP-ı öz qazımız hesabına doldurmaq hələ ki, elə də real deyil”. 

Ekspert bir məqama da diqqət çəkir. Onun sözlərinə görə, kəmərin genişləndirilmiş hissəsi Avropanın üçüncü enerji paketinin sanksiyaları ilə üzləşə bilər: “Çünki Avropanın yanaşması belədir ki, İttifaq ərazisinə daxil olan hansısa boru kəmərinə 100 faiz bir ölkədən gələn qaz vurula bilməz. Bu sanksiya TAP-ın birinci hissəsinə ona görə şamil edilməmişdi ki, kəmərlə bağlı razılaşma bu qanundan əvvəl əldə edilmişdi. Həmin kəmərə Türkmənistan, İraq, Rusiya qazı da vurula bilər. Yəni Azərbaycan qarşıda duran bu işləri həll etmək imkanındadır. Səfir Elin Süleymanovun dediyi kimi, razılaşmaların uzunmüddətli müqavilələr çərçivəsində həll olunması düşünülür. Onun dedikləri reallığı əks etdirən diplomatik cavabdır”.

Enerji sahəsi üzrə ekspert Dalğa Xatınoğlu Pressklub.az-a şərhində bildirib ki, 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetrdən bir az çox qaz təhvil verib: “2022-ci ilə öhdəlik götürmüşük ki, “Şahdəzniz-2“dən 10 milyard kub metr qaz satacağıq, amma belə görünür ki, daha 1 milyard kubmetr artıq təhvil veriləcək. Hazırda Avropa bir neçə ölkə ilə müzakirələrə başlayıb. O cümlədən, ABŞ-da belə müzakirələrə start verib. Onlardan biri Qətər dövlətidir, məlumdur ki, bu ölkənin 110 milyard kub metr illik qaz ixracı var. Qatar qazı əvvəlcə mayeləşdirir, sonra ixrac edir, bu həcmin də 30 faizi Avropaya gedir. Bu ölkə həcmi artıra bilər və Rusiyanın Avropadakı bazarlarını müəyyən qədər dəyişə bilər”. 

Ekspert Azərbaycanın qaz müqavilələri olduğunu xatırladır, əlavə edir ki, Türkiyə ilə razılaşmaya uyğun olaraq, keçən il 8 milyard kubmetrdən çox qaz verdik. Onun sözlərinə görə, öhdəliyimiz var ki, “Şahdəniz-2”dən Türkiyəyə 6 milyard kubmetr qaz verək. D.Xatınoğlu qeyd edir ki, gələcəkdə qardaş ölkəyə əlavə qaz satmağa ehtiyac yarana bilər: “Çox güman, bizdə Avropaya satmaq üçün böyük həcmdə qaz olmayacaq. Amma İran vasitəsi ilə Türkmənistandan alınan svop qaz həcmini artıra bilərik. Qısa müddətdə bizim bazara Rusiya qazına alternativ qaz çıxarmaq imkanımız yoxdur. 2020-ci ilin statistikasına görə, Rusiyadan 40 milyard kubmetrdən çox maye qaz ixrac olunub. Onun da 17 milyard kub metrdən çoxunu Avropaya satıb. Həmin ildə boru kəmərləri vasitəsi ilə 198 milyard kub qaz nəql olunub ki, bu həcmin 168 milyardını Avropa alıb. Görürsünüz ki, hədsiz böyük rəqəmlərdir, nə bizim, nə də Qətərin onu kompensasiya etmək gücü yoxdur. Qətərin sıxılmış qaz satışını artırmaq imkanı var, amma biz 1-2 milyard kubmetr artıra bilərik”. 

Ekspert xatırladır ki, Cənub Qaz Dəhlizinin hələlik birinci fazası işə düşüb, bu kəmərlə ixrac olunan 17 milyardlıq həcmin bir hissəsi Türkiyəyə, qalan hissəsi Avropaya satılıb. “Qarşıdakı 3-4 ildə bu kəmərin tutumu təxminən iki dəfə artırılacaq. Dəhlizin maksimal tutumu 31 milyard kubmetrdir ki, bu genişləndirmə başa çatdıqdan sonra biz Avropaya əlavə 10-11 milyard kubmetr qaz verə bilərik. Yəni hazırda texniki baxımdan da mümkün deyil ki, qısa müddətdə Avropaya böyük həcmdə əlavə qaz sata bilək”, – D.Xatınoğlu vurğulayıb.

pressklub.az

Elçin Eldaroğlu

Tags: qaz

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Abşeron yarımadasında nə qədər qaz istehlak edilir?

04/02/2024
SOCAR managed to stabilize production and even increased a little
Azərbaycan

2023-cü ildə Azərbaycanda neft hasilatı 7,5% azalıb, qaz hasilatı 3,8% artıb

17/01/2024
2024-cü ildə Azərbaycanda qaz hasilatı 49 milyard kubmetri ötəcək
Azərbaycan

2024-cü ildə Azərbaycanda qaz hasilatı 49 milyard kubmetri ötəcək

30/01/2024
Avropa anbarlarındakı qaz ehtiyatları nə qədər zamana bəs edər?
Maraqlı Xəbərlər

Avropa anbarlarındakı qaz ehtiyatları nə qədər zamana bəs edər?

15/11/2023
Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində strateji sənədlər imzalanıb
Azərbaycan

Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində strateji sənədlər imzalanıb

15/11/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
Azərbaycan

“Yanacaq və elektrik doldurma məntəqələri. Layihələndirmə normaları” təsdiqlənib

09/04/2025
Azərbaycan

GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib

04/04/2025
Azərbaycan

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

17/03/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.