Bazar, Avqust 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan Türkiyənin 550 MVt qaz-turbin elektrik stansiyası layihəsini dəyərləndirir

22/12/2021
Azərbaycan Türkiyənin 550 MVt qaz-turbin elektrik stansiyası layihəsini dəyərləndirir
12
BAXIŞ
Share on FacebookShare on Twitter

“Hazırda Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracı, elektrik enerjisi sahəsində üçtərəfli formatın inkişafı ilə bağlı perspektivlər, layihələr, həmçinin Türkiyə şirkətlərinin 550 MVt qaz-turbin elektrik stansiyası layihəsi üzrə təklifləri dəyərləndirilir”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda açılış nitqində deyib.

“Türkiyə bərpa olunan enerjinin inkişafı və elektrik enerjisi bazarının liberallaşdırılması ilə bağlı zəngin təcrübəsini bizimlə bölüşür və bu, ölkələrimizin enerji transformasiya prosesində birgə addımlarına dəstək verir”, – nazir bildirib.

Azərbaycandan Türkiyəyə elektrik enerjisi ixracı artaraq bu ilin 11 ayında, təxminən, 517 milyon kilovat/saat olub. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə neft və təbii qaz sahəsi ilə bağlı olan layihələri uğurla elektrik enerjisi sektorundakı əməkdaşlıqla uyğunlaşdırır. Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü buna bir nümunədir.

“Hazırda qlobal enerji sektorunda “iqlim neytrallığı”ndan qaynaqlanan transformasiya prosesi baş verir. Milli səviyyələrdə qlobal enerji trendlərini nəzərə alan hədəflər müəyyənləşir. Regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik enerjisi sahəsində regional əməkdaşlığa töhfə verəcək səylərin artırılması aktuallaşır. Bu, Şuşa Bəyannaməsində də enerji tərəfdaşlığımızda mühüm istiqamət kimi vurğulanır. Bu aspektdə, bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması, ötürülməsi və tənzimləmə Azərbaycan-Türkiyə elektrik enerjisi əməkdaşlığında müasir çağırışlara və ölkələrimizin hədəflərinə uyğun yeni istiqamətlər, Enerji Forumunun da başlıca prioritetləridir”, – nazir qeyd edib.

P.Şahbazov hesab edir ki, “yaşıl enerji” sahəsində uğurlara imza atmaq üçün indi bütün zəruri şərtlər vardır: “Yeni səviyyədə enerji əməkdaşlığımızın başlıca motivatoru Azərbaycan Prezidentinin ölkəmizin 2030-cu ilə qədər Milli Prioritetlərində təmiz ətraf mühitə və “yaşıl artım”a nail olmaq üçün “yaşıl enerji”ni dəstəkləyən baxışları, həmçinin azad edilmiş ərazilərin “xalis sıfır emissiyaya” malik “Yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı təşəbbüsü və “Türkiyə ilə birgə gələcək” siyasətidir. Yenilənə bilən enerjinin ölkə üzrə, təxminən, 27 min meqavatlıq, işğaldan azad edilmiş ərazilərdə isə 7 200 meqavat günəş, 2 000 meqavat rüzgar enerjisi potensialı, zəngin daxili su ehtiyatları, həmçinin ümumilikdə 700 MVt-lıq külək və günəş enerji layihələri üzrə planlaşdırılan hərraclar, Laçın-Kəlbəcər zonasında 100 meqavatlıq rüzgar elektrik stansiyasının tikilməsi və “yaşıl enerji zonası”nın yaradılması ilə bağlı digər planlar Türkiyə investorları üçün geniş üfüqlər açır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi prosesində türk şirkətləri ilə geniş əməkdaşlığımız cəlbedici olmaqla bərabər, həm də həmrəyliyimizin rəmzi ola bilər”.

Nazirin sözlərinə görə, türk şirkətlərinin iştirakı qədər yenilənə bilən enerjiyə, enerji səmərəliliyinə, energetikada bazar münasibətlərinə, tənzimləməyə dair Türkiyə təcrübəsi və dəstəyi də Azərbaycan üçün önəmlidir: “Çünki hər zaman və bütün proseslərdə olduğu kimi “Təmiz enerjili gələcəy”ə doğru yolumuzda da Türkiyəni ən böyük müttəfiq görürürük. Bunun ilk örnəklərindən biri İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinə Azərbaycanın ev sahibliyi etməsi üçün Türkiyənin öz namizədliyini geri çəkməklə nümayiş etdirdiyi dəstəkdir. Bu dəstək sayəsində 27 noyabrda Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında ölkəmizin Təmiz Enerji Mərkəzinə ev sahibliyi rəsmi şəkildə təsdiq edilmiş və Mərkəzin Nizamnaməsi qəbul edilmişdir. Fürsətdən istifadə edərək, təmiz enerjidə Azərbaycanın vizyonuna yüksək etimad göstərərək verdiyi dəstəyə görə qardaş Türkiyəyə dərin təşəkkürümü bildirirəm”.

O bildirib ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan ölkələridir: “Türkiyənin enerji tarixinin son 30 ilə yaxın dövrü Azərbaycanla sıx bağlı olub. Bütün bu dövr ərzində Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” fikirləri iki ölkə arasında münasibətlərin bütün sahələrdə, eləcə də enerjidə inkişaf formulu olub. Hazırda Türkiyə-Azərbaycan birliyinin regionda həlledici amilə çevrilməsi iki ölkənin liderlərinin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bir-birinə etimadının, qardaşlığının, gələcəyə aydın baxışlarının zəfəridir. Yaranan yeni imkanlar münasibətlərimizin yüksələn xətt üzrə inkişafını təmin edərək ölkələrimizi strateji, o cümlədən enerji keçidi prosesinin hədəflərinə daha da yaxınlaşdıracaqdır. Enerji də daxi olmaqla çoxşaxəli Azərbaycan -Türkiyə əməkdaşlığı gələcəkdə də böyük bir məkanında inkişafın və təhlükəsizliyin qarantı olacaq”.

Tags: AzərbaycanTürkiyə

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq
Azərbaycan

Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq

30/07/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?
Azərbaycan

İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?

11/03/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.