Çərşənbə axşamı, May 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan Koreyanı “yaşıl enerji” əməkdaşlığına dəvət edib

23/11/2021
Azərbaycan Koreyanı  “yaşıl enerji” əməkdaşlığına dəvət edib
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İki ölkə arasında iqtisadi-ticarət münasibətlərin, o cümlədən energetika üzrə əməkdaşlığın  hazırkı səviyyəsindən bəhs edən nazir Pərviz Şahbazov  bu  səfərin enerji sahəsində potensial imkanların reallaşdırılmasına töhfə verəcəyini bildirib. Nazir ölkəmizdə neft-qaz sənayesinin inkişafı, bu sahədə regional və qlobal əhəmiyyətli infrastruktur layihələri, həmçinin  Koreya Respublikası istiqamətində neft məhsulları və mayeləşdirilmiş təbii qazın təchizatı barədə məlumatları diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan tarixən karbohidrogen resursları ilə zəngin ölkə kimi tanınsa da, hazırda əsas hədəflərdən biri ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücünün 2030-cu ilədək 17%-dən 30%-ə çatdırılmasıdır: “Dövlət başçısı bərpa olunan enerjinin inkişafına xüsusi diqqət yetirir. Sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi “yaşıl artım” ölkəsinə çevrilmək və təmiz ətraf mühitə nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması üçün mühüm strateji vəzifələr müəyyənləşdirilib. Bu istiqamətdə atılan addımlar bərpa olunan enerji üzrə hədəflərimizə yüksək dəstəyi təmin edəcək”, deyə nazir əlavə edib. Nazir azad edilmiş ərazilərin enerji tələbatının ödənilməsində bərpa olunan enerji mənbələrindən maksimum istifadə ilə dünyada unikal zonaya çevriləcəyini vurğulayıb.

Görüşdə, həmçinin Xəzər dənizində yüksək külək enerjisi potensialı, bu potensial hesabına yaşıl hidrogen istehsalı və ixracı perspektivləri haqqında məlumat verilib, müvafiq istiqamətdə əməkdaşlıq imkanlarının olduğu qeyd edilib. Energetika sahəsində qanunvericilik bazasının gücləndirilməsi istiqamətində görülən işlər də qarşı tərəfin diqqətinə çatdırılıb.

Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Park  isə Koreyanın yeni şimal siyasəti barədə məlumat verərək, siyasətin əhatə etdiyi 14 ölkə sırasında Azərbaycanın coğrafi olaraq ən uzaqda yerləşməsinə baxmayaraq, iki ölkəni sıx münasibətlərin birləşdirdiyini qeyd edib. O, Koreyanın enerji siyasəti, bərpa olunan enerji mənbələrindən istifadə və ətraf mühitin qorunması istiqamətində görülmüş işlər haqqında danışıb. Ölkəsində “yaşıl enerji”, o cümlədən hidrogen enerjisi sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərin olduğunu bildirən sədr, bu istiqamətdə Azərbaycanın  hədəflərinin Koreya şirkətləri ilə əməkdaşlıq üçün potensialı yaratdığını bildirib.

Görüş zamanı “yaşıl enerji” sahəsində fəaliyyət göstərən Koreya şirkətləri üçün Azərbaycanda müvafiq investisiya imkanları haqqında məlumatlandırma tədbirinin əhəmiyyəti qeyd edilib. Energetika sahəsi üzrə müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Energetika nazirliyinin mətbuat xidməti

Tags: Energetika nazirliyiКорея

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10%-dən çoxunu əhatə edə bilər
Azərbaycan

Energetika nazirliyi hidrogen enerjisi sahəsində pilot layihələr həyata keçirməyi planlaşdırır

06/11/2023
Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib
Azərbaycan

Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib

28/03/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.