Bazar ertəsi, Fevral 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın Özbəkistandakı layihəsi üçün yeni investor axtarılır

29/10/2021
SOCAR-ın Özbəkistandakı layihəsi üçün yeni investor axtarılır
5
BAXIŞ
Share on FacebookShare on Twitter

“Böyük Britaniyanın bp şirkətinin siyasətinin və prioritetlərinin dəyişməsi onun Özbəkistandakı axtarış-kəşfiyyat layihələri üzrə planlardan imtina etməsi ilə nəticələnib. Hazırda yeni investor axtarılır”.

Bunu “Report” müsahibəsində yaxın zamanlaradək Özbəkistanın energetika nazirinin müavini olmuş, hazırda isə “Uztransqaz”a rəhbərlik edən Behzot Narmatov bildirib.

O deyib ki, layihənin digər tərəfdaşı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) isə layihəyə münasibəti dəyişməyib. İlk növbədə ona görə ki, layihə üzrə elmi-tədqiqat işləri bp-nin dəstəyi ilə, əsasən elə SOCAR-ın mütəxəssisləri tərəfindən həyata keçirilib.

2018-ci ildə Üstyurd regionunun potensialının qiymətləndirilməsi üzrə bp, SOCAR və “Uzbeknefteqaz” arasında əməkdaşlıq haqqında üçtərəfli memorandum imzalanıb. 2019-cu ilin mayında regionun 3 blokunda kəşfiyyat potensialının qiymətləndirilməsi haqqında razılaşmanın imzalanması ilə birgə tədqiqat işlərinə start verilib.

“Böyük beynəlxalq enerji şirkətləri strategiyanı dəyişib dekarbonizasiya – “yaşıl energetika” yolunu seçənədək hər şey çox yaxşı gedirdi. Bu, ənənəvi faydalı qazıntılar üzrə yeni kəşfiyyat işlərinə investisiya yatırılmasından imtina ilə nəticələndi”, – B.Narmatov deyib.

Onun sözlərinə görə, bu, elə vaxt baş verdi ki, artıq tərəflər məhsulun pay bölgüsü və geoloji kəşfiyyat haqqında razılaşma imzalamağa hazırlaşırdılar: “Bu razılaşmaya görə əsas investor bp şirkəti olmalı idi. Hazırda layihəyə digər şirkətlərin cəlb edilməsi imkanını nəzərdən keçiririk. Bu böyük bir layihə, dərin, yüksək elmi texnologiyalar və resurslar tələb edən neft yatağıdır. Layihə hələ də sağdır, amma “gözləmə” rejimindədir”.

O əlavə edib ki, söhbət, təxminən, 500 milyon barel neft ehtiyatlarından gedir.

Hazırda paralel olaraq bir neçə şirkətlə danışıqlar aparılır. Daha sonra, hər hansı sənədlərin imzalanmasından öncə bu, hazırki tərəfdaş kimi SOCAR ilə razılaşdırılmalıdır.

Layihənin maraq obyekti Özbəkistanın şimal-qərbində yerləşən 3 investisiya blokudur. Bunlar Aral dənizi, Samsko-Kosbulak və Bayterekdir.

Tags: BPÖzbəkistanSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.