Bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13,242 milyard kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, ötən 8 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 2,350 milyard ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-avqust ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 47,2 %, dəyəri isə 38 % çoxdur.
Bu ilin ilk 8 ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 18,17 % olub.