Cümə, Fevral 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Şahdəniz-2”nin Şərq-Cənub cinahından hasilat başlandı

06/07/2021
“Şahdəniz-2”nin  Şərq-Cənub cinahından hasilat başlandı
4
BAXIŞ
Share on FacebookShare on Twitter

“Şahdəniz” konsorsiumu bu gün 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata başlayıb.

“Report”un “Şahdəniz” layihəsinin operatoru olan “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, bu, 2021-ci il üçün planlaşdırılmış və təhlükəsiz və qrafikə uyğun yerinə yetirilmiş mühüm bir layihədir. Bu dərinsulu cinahdan hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlayıb.

Yeni Şərq-Cənub hasilat cinahı dörd quyudan, iki yeni axın xəttindən və dünya səviyyəli “Şahdəniz” lay-kollektoruna birləşdirilmiş çoxsaylı sualtı konstruksiyadan ibarətdir. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir.

“Şahdəniz” layihəsinin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Bu, “Şahdəniz” çərçivəsində bu il üçün planlaşdırdığımız ən mühüm layihədir və biz buna COVID-19 pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq təhlükəsiz, qrafikə və büdcəyə uyğun şəkildə nail olduğumuzdan çox məmnunuq.

“Şahdəniz-2” çərçivəsində əsas infrastruktur layihələri başa çatandan və 2018-ci ildə ilk qaz əldə olunandan bəri bütün “Şahdəniz” komandası bu nəhəng yataqdan hasilat səviyyəsini artırmaq üçün tam gücü ilə işləyir. Bunun üçün qalan cinahlarda yeni quyular istismara verilir və sualtı hasilat sistemində yeni infrastruktur işə salınır.

Məmnuniyyətlə bildirirəm ki, yeni işə salınmış Şərq-Cənub cinahı oradakı iki manifolddan və “Şahdəniz-2” qurğularına çəkilmiş 40 kilometrdən çox uzunluğu olan axın xətlərindən istifadə etməklə “Şahdəniz” yatağından ümumi hasilat həcminə gündə təxminən 90 000 barel neft ekvivalenti əlavə edəcək. Mən həm layihədə, həm də əməliyyatlarda çalışan bütün işçilərimizə təşəkkür edirəm. Məhz onların zəhməti nəticəsində belə çətin bir zamanda və son dərəcə ağır pandemiya şəraitində bu mühüm layihənin uğurla həyata keçməsinə nail olmuşuq”.

Tags: hasilatŞahdəniz

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

I yarımildə “Şahdəniz”in işlənməsindən dövlət nə qazanıb?

23/07/2025
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“Dərinsulu Günəşli” hasilat platforması planlı profilaktika üçün dayandırılıb – BP
Azərbaycan

“Şahdəniz”də yeni platformanın tikinti layihəsi ictimaiyyətin müzakirəsinə çıxarılır

17/02/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.