Çərşənbə axşamı, Avqust 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neft qiymətlərinin artması “Balaxanı” yatağının ARDNF-ə ödənişlərini artırıb

09/06/2021
Neft qiymətlərinin artması “Balaxanı” yatağının ARDNF-ə ödənişlərini artırıb
23
BAXIŞ
Share on FacebookShare on Twitter

2020-ci ildə Azərbaycanın quruda yerləşən “Balaxanı” neft yataqları bloku üzrə faktiki hasilat 1,57 milyon barrel təşkil edib.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, bu, proqnoza (1,58 milyon barrel) nisbətən 99,4% təşkil edir.

Bu yataqlar üzrə Dövlət Neft Fonduna 6,26 milyon ABŞ dolları məbləğində vəsait daxil olub ki, bu da büdcədə nəzərdə tutulmuş 4,26 milyon ABŞ dolları məbləğində vəsaitə qarşı 46,95% çoxdur, bu da 2020-ci ildə əməliyyat şirkətinin mənfəət vergisinin yaranmaması, 2020-ci ilin sonunda neft qiymətlərinin artması ilə əlaqədardır.

Qeyd edək ki, “Balaxanı-Sabunçu-Ramana” neft-qaz yatağı Bakı şəhərindən 12 km şimal-şərqdə yerləşir. Yatağın tutduğu sahənin uzunluğu 10 km, eni isə 3 km-dir. Oroqrafik cəhətdən bu yataq en istiqamətdə uzanan düzənliyi xatırladır. Düzənliyin qərbində yerləşən Balaxanı sahəsində Boğ-Boğa palçıq vulkanı yerləşib. Qərbdə hündürlüyünü saxlayan bu vulkan şərqdə yüksəkliyini itirərək Zabrat düzənliyi ilə əvəz olunur. Cənubda en istiqamətində uzanan Böyükşor və Ramana gölləri yerləşib. Bu yataq demək olar ki, 1869-cu ildə kəşf olunub və 1871-ci ildən istismar olunur. İstismar olunan fondda 1 124 quyu və fəaliyyətsiz quyular fondunda isə 328 quyu var.

Xatırladaq ki, “Balaxanı” yatağı “Balaxanıneft” Neft və Qaz Çıxarma İdarəsi (SOCAR-ın strukturu) tərəfindən işlənir. 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti və Almaniyanın “UGE-Lanser PTI” şirkəti Balaxanı, Sabunçu, Ramana və Kürdəxanı quru yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair (PSA) 25 illik müqavilə imzalayıblar. Müqavilə sahəsi 16,14 kvadrat kilometr təşkil edir.

Müqaviləyə görə SOCAR-ın payı 25%, “Lancer”in isə 75%-dir.

Tags: ARDNFBalaxanı

Eyni kateqoriyadan Digər materiallar

Члены ОПЕК Венесуэла и Иран считают комфортной цену на нефть $100
Azərbaycan

Azərbaycan Dövlət Neft Fondu II rübdə 16 tona yaxın qızıl alıb

23/07/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
More than 66% of Azerbaijan’s oil production falls on the ACG block
Azərbaycan

Neft Fondu 11 ayda AÇG layihəsindən $5,7 milyarddan çox gəlir əldə edib

09/12/2024
Neft Fondu: məqsədimiz  spekulyativ gəlir əldə etmək deyil
Azərbaycan

Azərbaycanın Neft Fondu 25 ilə 202 milyard dollar gəlir əldə edib

18/07/2024
Over nine months of 2023, the assets of the Oil Fund of Azerbaijan increased by $6.5 billion
Azərbaycan

Rüb ərzində Azərbaycan Neft Fondunun gəlirləri 31% azalıb, xərcləri isə 202% artıb

22/04/2024
Daha iki yataq üzrə Neft Fonduna köçürmələrə başlanılıb
Azərbaycan

Neft Fondunun aktivləri $53,4 milyardı ötüb

18/04/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.