Şənbə, Avqust 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Kürovdağ” neft yatağı ARDNF-ə ödənişlərini 2 dəfədən çox artırıb

10/06/2021
“Kürovdağ” neft yatağı ARDNF-ə ödənişlərini 2 dəfədən çox artırıb
17
BAXIŞ
Share on FacebookShare on Twitter

2020-ci ildə “Kürovdağ” neft yatağı üzrə illik hasilat 0,99 milyon barrel proqnoza qarşı 0,97 milyon barrel səviyyəsində olub.

“Report”un məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, bu yataq üzrə hasilat proqnozu 97,59 % icra edilib

Rəydə qeyd edilir ki, bu yataq üzrə daxilolmalar 2 milyon 673 min ABŞ dolları və yaxud proqnozda nəzərdə tutulana (1 milyon 723 min ABŞ dolları) qarşı 55,14 % çox olub.

Təqdim olunan proqnozla müqayisədə Dövlət Neft Fonduna ödənişlərin artması, 2020-ci ilin sonunda neft qiymətlərinin artması ilə əlaqədardır.

Qeyd edək ki, “Kürovdağ” yatağı Bakı şəhərindən 120 km cənub-qərbdə yerləşir, Aşağı Kür neftli-qazlı rayonuna daxildir. Yataq 1 sentyabr 1997-ci ildən müştərək müəssisə (“Shirvanoil”), 5 oktyabr 2009-cu ildən isə əməliyyat şirkəti (“Shirvan Operating Company Limited”) tərəfindən istismar edilir.

Xatırladaq ki, 2004-cü ilin sonlarında imzalanan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Böyük Britaniyanın “Caspian Energy Group” şirkəti ikitərəfli razılıq əsasında Azərbaycanın qurudakı “Kürovdağ” neft yatağına daxil olan blokun bərpası, istehsalı və bölünməsi üçün PSA tipli müqavilə 2008-çi ilin martında ləğv edilib. Azərbaycan Parlamenti sənədi qəbul etsə də, “Caspian Energy Group” müqavilə öncəsi bəzi öhdəlikləri yerinə yetirmədi, bundan başqa PSA tipli müqavilənin bəzi şərtləri şirkəti qane etmirdi.

Tərəflər PSA müqaviləsini ləğv etmək və əvvəllər də yataqda fəaliyyət göstərən “Shirvanoil” birgə müəssisəsinin şərtləri daxilində paritet əsaslarla işləri davam etdirmək razılığına gəldilər.

Saziş sahəsi 115 km2 təşkil edir. İstismar başlayandan 1 aprel 2011-ci ilə kimi yataqda 1 153 quyu qazılıb.

Yatağın mərkəzi hissəsi çoxlu palçıq vulkanları ilə mürəkkəbləşib ki, bu vulkanlar vasitəsilə yer səthinə qaz və neft təzahürü qeyd olunur. “Kürovdağ” neft yatağını aşkar edən ilk mərkəzi sahənin 2 saylı kəşfiyyat quyusu 18 iyun 1955-ci ildə Məhsuldar Qatın I horizontundan 31 ton neftlə istismara daxil edilib. Bundan sonra mərkəzi hissədə intensiv surətdə istismar quyularının qazılmasına başlanıb.

Sonradan yatağın şimal-qərb və cənub-şərq hissələrinin neftliliyi aşkar edilib.

Tags: ARDNF

Eyni kateqoriyadan Digər materiallar

Члены ОПЕК Венесуэла и Иран считают комфортной цену на нефть $100
Azərbaycan

Azərbaycan Dövlət Neft Fondu II rübdə 16 tona yaxın qızıl alıb

23/07/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
More than 66% of Azerbaijan’s oil production falls on the ACG block
Azərbaycan

Neft Fondu 11 ayda AÇG layihəsindən $5,7 milyarddan çox gəlir əldə edib

09/12/2024
Neft Fondu: məqsədimiz  spekulyativ gəlir əldə etmək deyil
Azərbaycan

Azərbaycanın Neft Fondu 25 ilə 202 milyard dollar gəlir əldə edib

18/07/2024
Over nine months of 2023, the assets of the Oil Fund of Azerbaijan increased by $6.5 billion
Azərbaycan

Rüb ərzində Azərbaycan Neft Fondunun gəlirləri 31% azalıb, xərcləri isə 202% artıb

22/04/2024
Daha iki yataq üzrə Neft Fonduna köçürmələrə başlanılıb
Azərbaycan

Neft Fondunun aktivləri $53,4 milyardı ötüb

18/04/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.