Çərşənbə, Avqust 19, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İƏT-in energetika nazirlərinin IV iclasında “Bakı Bəyannaməsi” qəbul edilib

24/06/2021
İƏT-in energetika nazirlərinin IV iclasında “Bakı Bəyannaməsi” qəbul edilib
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanın ev sahibliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) energetika nazirlərinin IV iclası keçirilib.

“Report” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, videokonfransda təşkilatın üzv ölkələri-İran, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Əfqanıstan və bır sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak edib. İclasa sədrlik edən energetika naziri Pərviz Şahbazov çıxışında təşkilatın Avrasiyada çoxşaxəli qarşılıqlı-faydalı münasibətləri təşviq edən əməkdaşlıq formatı kimi rolundan bəhs edib. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin yaradılması ilə bağlı ümummilli lider Heydər Əliyevin təşəbbüsü Azərbaycanın təşkilatla əməkdaşlığa yüksək münasibətinin nümunəsi kimi dəyərləndirilib. Bildirilib ki, Azərbaycan təşkilat çərçivəsində nəqliyyat, energetika, regional inteqrasiya və sosial-iqtisadi inkişaf istiqamətləri üzrə bir sıra layihələrin təşəbbüskarı və aktiv iştirakçısıdır: “Təşkilata üzv ölkələrlə Azərbaycanın ticarət dövriyyəsi ötən il, təxminən, 4,9 milyard ABŞ dolları olub. Bu ölkələrin Azərbaycanın xarici ticarətindəki payı 20 faiz təşkil edir. Bu ölkələr indiyə kimi Azərbaycan iqtisadiyyatına 16,9 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,5 mlrd. ABŞ dollarından çox sərmayə yatırıb”, deyə nazir qeyd edib.

Ölkəmizin enerji siyasətindəki nailiyyətlərinin İƏT daxilində enerji əməkdaşlığına töhfələrindən, ikitərəfli və üçtərəfli enerji əməkdaşlığı formatlarından danışan nazir deyib ki, Azərbaycanın təşəbbüsü ilə yaradılmış, Xəzər, Qara, Aralıq və Adriatik dənizlərini birləşdirən şaxələnmiş neft-qaz boru kəmərləri infrastrukturu region ölkələrinin də maraqlarını, enerji təhlükəsizliyi məsələlərinin həllini təmin edir. Belə ki, indiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın, təxminən, 438 milyon tondan çox nefti nəql olunub. Qaz kəmərləri isə Türkiyəyə 82 milyard kubmetr təbii qazın çatdırılmasını təmin edib. Son üç ildə, təxminən, 20,7 milyon ton həcmində Türkmənistan mənşəli xam neft və neft məhsulları, həmçinin ötən il 106 min ton Qazaxıstan nefti də Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarına nəql olunub. Enerji vasitəsilə inteqrasiyada “Cənub Qaz Dəhlizi”nin rolu xüsusilə vurğulanıb: “Bu il TANAP vasitəsilə Türkiyə istehlakçılarına 2,5 milyard kubmetr, Avropa istehlakçılarına isə TAP ilə 2,8 milyard kubmetr təbii qaz ixrac edilib. Cənub Qaz Dəhlizinin “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ndə əksini tapması isə layihənin bölgənin rifahında strateji əhəmiyyətinin ən yüksək səviyyədə təsdiqidir.”

Nazir, həmçinin hazırda həyata keçirilən və planlaşdırılan layihələrin, elektroenergetika sektorunda aparılan islahatların İƏT “Regional Elektrik Enerjisi Bazarı”nın yaradılması prosesinə dəstəyinə və yeni əməkdaşlıq perspektivlərinə dair məsələlərə də toxunub. “Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgədə yaranmış yeni reallıqlar təhlükəsizlik və sabitliyi möhkəmləndirəcək yeni layihələrlə İƏT çərçivəsində enerji də daxil olmaqla geniş əməkdaşlığa yol açır. Gələcəkdə, təxminən, 700 MVt-lıq bərpa olunan enerji layihələri üzrə planlaşdırılan hərraclar, həmçinin Xəzər dənizinin külək, Qarabağın isə zəngin külək, günəş və hidro potensialından birgə istifadə İƏT daxilində enerji və iqtisadi əməkdaşlığı dərinləşdirə biləcək imkanlardır.”

İƏT-in Baş katibi Hadi Süleymanpur isə təşkilatın növbəti onillikdə üzv ölkələr arasında “yaşıl enerji”nin ümumi enerji balansında payının mövcud vəziyyətə nisbətən əhəmiyyətli dərəcədə yüksək səviyyəyə çatdırılması, bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın gücləndirilməsi hədəfləri barədə məlumat verib. Bu aspektdə İƏT və UNİDO-nun “Təmiz Enerji Mərkəzi”nin yaradılması üzrə birgə layihəsinin əhəmiyyətini qeyd edib. Bu Mərkəzin bütün dünyanı əhatə edən “Regional Dayanıqlı Enerji Mərkəzləri Qlobal Şəbəkəsi”nin perspektivli bir elementi olacağına inam ifadə edilib. Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz, İranın energetika naziri Rza Ərdakanian və digər çıxışçılar da T”əmiz Enerji Mərkəzi”nin yaradılması kimi təşəbbüslərin və bərpa olunan enerji üzrə əməkdaşlığın dayanıqlı inkişaf məqsədlərinə uyğun olaraq enerji keçidi prosesinə mühüm töhfə verəcəyini qeyd ediblər.

İclasın yekununda İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə “Bakı Bəyannaməsi” qəbul edilib. Sənəd İƏT üzvləri arasında xam neft, təbii qaz, neft-kimya və neft məhsullarının təchizatı, elektrik enerjisi şəbəkələrinin yaradılması, regional elektrik enerjisi ticarəti, iqlim dəyişikliklərinə mübarizədə qlobal addımlara uyğun olaraq təmiz enerji mənbələri, enerji səmərəliliyi, təmiz enerjiyə keçidin maliyyələşdirilməsi üzrə geniş əməkdaşlığı nəzərdə tutur. Bəyannamədə, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl enerji imkanlarının olduğu və bu potensialdan istifadənin iqlim dəyişikliyinə qarşı mübarizəyə müsbət təsir edəcəyi xüsusi vurğulanaraq, İƏT-ə üzv dövlətlərə və müvafiq beynəlxalq təşkilatlara Azərbaycanın “Yaşıl Enerji Konsepsiyası”nı dəstəkləməyə çağırış edilib.

Tədbirdə həmçinin təşkilatın 2030-cu ilədək “Enerji Strategiyası” və “Fəaliyyət Planı” “Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”, “Regional Elektrik Enerjisi Bazarı”nın Yol Xəritəsi qəbul edilib.

Tags: Energetika nazirliyiiclasİƏT

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10%-dən çoxunu əhatə edə bilər
Azərbaycan

Energetika nazirliyi hidrogen enerjisi sahəsində pilot layihələr həyata keçirməyi planlaşdırır

06/11/2023
Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib
Azərbaycan

Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib

28/03/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.