Şənbə, Avqust 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrini günəş enerjisi ilə təmin edir

30/04/2021
SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrini günəş enerjisi ilə təmin edir
8
BAXIŞ
Share on FacebookShare on Twitter

2019-cu ildən etibarən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstandakı yanacaqdoldurma məntəqələrində günəş panellərinin quraşdırılması layihəsinə start verib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, son həftələrdə layihə çərçivəsində Tbilisi Dənizi (su anbarı) üzərindəki yanacaqdoldurma məntəqəsi də günəş panelləri ilə təchiz edilib. Hazırda şirkətin iki yanacaqdoldurma məntəqəsi günəş enerjisi ilə fəaliyyət göstərir. Yanacaqdoldurma məntəqələrində günəş panellərinin layihələndirilməsi və quraşdırılmasına Almaniyanın “Sonnerschmied” şirkətinin mütəxəssiləri cəlb olunub və bu işlər vahid Avropa bazarı sertifikatının tələblərinə və beynəlxalq standartlara uyğun aparılır.

Tbilisi Dənizi üzərindəki yanacaqdoldurma məntəqəsinin damında 200 kv.m sahədə quraşdırılmış günəş panellərinin gücü 39,6 кvt-dır ki, bu da il ərzində 48 000 кvt/saat enerji istehsalına imkan verir. Günəş panelləri yanacaqdoldurma stansiyasının enerji tələbatını ödəyəcək, elektromobillərin enerji ilə təchiz olunmasında, “Way Mart” pərakəndə satış mərkəzlərinin tələbatının ödənilməsində istifadə olunacaq və bununla da atmosferə atılan karbon qazlarının həcmi 28,7 ton azaldılacaq.

Hazırda şirkət bu istiqamətdə daha irimiqyaslı layihələrin həyata keçirilməsi imkanlarını araşdırır. SOCAR-ın planlarına avtonom enerji tədarükü, elektromobillərin sürətli enerji təminatı, o cümlədən günəş enerjisi vasitəsilə təminatı üzrə şəbəkənin yaradılması daxildir. Onu da qeyd etmək lazımdır ki, SOCAR Gürcüstanın neft-qaz sektorunda bu cür genişmiyqaslı layihələrə start verən ilk şirkətdir.

SOCAR Gürcüstandakı fəaliyyətində korporativ sosial məsuliyyətin 5 əsas standartını – gənclərin inkişafı, qadın hüquqlarının müdafiəsi, yaşlılara və əlillərə yardım, əməyin təhlükəsizliyi və ekologiyanı əsas götürür. Şirkət qonşu ölkədəki YDM şəbəkəsinin elektromobillər üçün enerji yükləmə vasitələri ilə təchiz olunması sahəsində öncül rol oynayır. SOCAR həmçinin Borjomidə yanğından sonra məhv olmuş meşələrin böyük hissəsinin bərpasında iştirak etmiş və 2 hektar sahədə ağac əkmişdir. 2019-cu ildə Gürcüstan hökuməti ilə birgə Tbilisinin Varketili rayonunda ağac əkmə kampaniyasında yaxından iştirak edən SOCAR Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində daha böyük layihələrə imza atıb. Şirkət neftlə çirklənmiş ərazilərin və lay suların təmizlənməsi, tullantıların utilizasiyası, səmt qazının atmosferə buraxılmaması kimi geniş miqyaslı fəaliyyətlərlə məşğul olur, hər il Abşeron yarımadasında 100 mindən çox ağac əkir.

Tags: GürcüstanSOCARyanacaqdoldurma

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.