Cümə, Avqust 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-da Vizualizasiya Mərkəzinin açılışı olub

10/04/2021
SOCAR-da Vizualizasiya Mərkəzinin açılışı olub
12
BAXIŞ
Share on FacebookShare on Twitter

Aprelin 9-da “SOCAR Tower”də istehsalat əməliyyatlarının vahid rəqəmsal mərkəzdən idarə olunması, ixtisaslaşmış sahələr üzrə xüsusi toplantıların keçirilməsi, irihəcmli və kritik layihələr üzrə müzakirələr aparılması, operativ qərarların qəbul edilməsi, eləcə də böhran vəziyyətləri və fövqəladə halların idarə olunması funksiyalarının yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Vizualizasiya Mərkəzinin açılışı keçirilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilir ki, açılış mərasimində SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Şuranın üzvləri, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin digər təmsilçiləri iştirak ediblər. Qonaqlar öncə “SOCAR Tower”də yerləşən neft sərgisi ilə tanış olmuş, daha sonra isə Vizualizasiya Mərkəzini ziyarət ediblər.

Artıq 10 ildən çoxdur ki, SOCAR-da biznes proseslərin avtomatlaşdırılması ilə bərabər korporativ rəqəmsal idarəetmə platformasının yaradılması uğurla davam etdirilir. Bu proses hazırda şirkətin bütün əsas fəaliyyət sahələrini əhatə edir. Şirkətin Neft Mədən Korporativ Verilənlər Bazasında ötən 175 il ərzində Azərbaycanda qazılıb, hazırda istismarda olan və istismardan çıxarılmış 44 000 quyunun 50 %-ə qədəri artıq rəqəmsallaşdırılıb. Mütəxəssislər bu bazadan istifadə edərək interpretasiya proqram təminatı vasitəsilə yataqların modelini qura bilirlər. Qazma prosesinə real vaxt rejimində nəzarət etməklə istənilən quyunun dərinliyi, baltaya düşən yük, təzyiq, vurulan məhlulun həcmi və digər qazma parametrlərini əldə etmək mümkündür. Neft-qaz hasilatı, emal və qazın nəqli kimi digər sahələrdə də rəqəmsal sistemlər tətbiq olunur. Əməliyyatların rəqəmsal modellər vasitəsi ilə idarə olunması, müxtəlif cihazlara real vaxt rejimində və vahid nöqtədən nəzarət etmək imkanları şirkətin əməliyyat effektivliyini gücləndirir. Dəniz özüllərində və digər istehsal sahələrində quraşdırılmış video müşahidə vasitələri vəziyyətin mütəmadi olaraq vizual nəzarətdə saxlanılmasına imkan yaradır, baş verə biləcək fövqəladə halların daha effektli idarəolunması təmin edilir.

Müxtəlif fəaliyyət sahələrini idarə edən rəqəmsal sistemlər yeni yaradılmış Vizualizasiya Mərkəzində inteqrasiya olunub. Bu isə məlumatların vahid mənbədən əldə edilərək, təkrarlanmaması və təhrif olunmaması, qərarların operativ şəkildə verilməsi üçün əlverişli zəmin yaradır.

SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov Vizualizasiya Mərkəzi ilə bağlı deyib: “Bu gün açılışında iştirak etdiyimiz Mərkəzin fəaliyyətə başlaması ilə bağlı SOCAR-ın rəhbərliyinə və kollektivinə öz təbriklərimi çatdırıram. Yeni rəqəmsal məlumat bazaları həm şirkətdə gündəlik idarəetmənin optimallaşdırılması, həm də mümkün fövqəladə vəziyyətlərə qarşı reaksiyanı təmin etmək üçün yeni imkanlar yaradır. SOCAR-ın əməkdaşlarına bu fəaliyyətlərdə uğurlar arzu edirəm”.

Tədbirdə qeyd olunub ki, yaxın aylarda Böhran Vəziyyətləri və Fövqəladə Halların İdarə edilməsi üzrə SOCAR-ın Korporativ Planı əsasında Vizualizasiya Mərkəzində intensiv təlim-məşqlərin keçirilməsi nəzərdə tutulur. Bu Plan fövqəladə hallar zamanı ölkədaxili və xarici əməliyyatların idarə edilməsini, strateji cavab tədbirlərinin təşkilini, müşahidə və nəzarət altında saxlanılmasını, eləcə də digər idarəetmə həllərini özündə birləşdirir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev açılış tədbirində çıxış edərək deyib: “Ulu öndər Heydər Əliyevin bəyan etdiyi “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” prinsipinə əsaslanan SOCAR-ın SƏTƏMM siyasəti eyni zamanda baş verə biləcək hər hansı böhran vəziyyətinə və fövqəladə hallara da daima hazırlıqlı olmağı nəzərdə tutur. Bunun üçün bir çox layihələr işlənilir və əməkdaşlıq razılaşmaları əsasında tərəfdaşlarla təcrübə mübadilələri aparılır. Şirkətimizdə Sənaye 4.0 tələblərinə uyğun olaraq, əməliyyat effektivliyinin artırılması, fövqəladə halların baş verməməsi diləkləri ilə Mərkəzin fəaliyyətinə uğurlar arzulayıram”.

Qeyd edək ki, Vizualizasiya Mərkəzinin yaradılması dünya neft-qaz sənayesindəki aparıcı şirkətlərin təcrübəsinə əsasən həyata keçirilib, Mərkəz qabaqcıl texnoloji avadanlıqla təchiz edilib. Norveçin “Equinor” şirkəti ilə əməkdaşlıq sazişi çərçivəsində növbəti aylarda SOCAR-ın korporativ SƏTƏMM sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və inkişaf etdirilməsi məqsədilə müasir tələblərə cavab verən təlim-məşqlərin təşkil olunması nəzərdə tutulur.

Tags: Mikayıl CabbarovRövnəq AbdullayevSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.