Bazar ertəsi, May 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Yüksək keyfiyyətli dizelin istehsalı 2022-ci ildə planlaşdırılır

01/02/2021
Yüksək keyfiyyətli dizelin istehsalı 2022-ci ildə planlaşdırılır
7
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, respublikanın AVRO-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir

Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

SOCAR-ın Heydər Əliyev adına NEZ-in modernizasiyası çərçivəsində indiyə qədər 1 471 000 m3 həcmində sahədə hazırlıq (qazma, yenidən doldurma) işləri, 124 000 ton betontökmə, 21 000 ton metalkonstruksiya işləri görülüb.

Bundan əlavə 526 000 diametr-düym boru qaynaq olunub, 445 000 km kabel xətti çəkilib, 458 avadanlıq quraşdırılıb.

Həmçinin ümumilikdə indiyə qədər 23 milyon adam-saat iş görülüb. Bu, yeni tikilmiş SOCAR Polymer kompleksi və ya Karbamid zavodunun inşasına sərf edilmiş iş həcmindən çoxdur və NEZ-in modernizasiyasının miqyasının nəhəngliyini göstərir.

Modernizasiya mərhələli şəkildə həyata keçirilir. Xatırladaq ki, 2018-ci ilin sonunda layihə çərçivəsində istehsal gücü illik 400 min ton olan yeni bitum qurğusu və yeni maye-qaz (LPG) doldurma məntəqəsi tam olaraq istismara qəbul edilmişdir. Hazırkı mərhələdə 12 yeni qurğu inşa edilərək, istismara veriləcək, 5 əsas qurğuda isə müəyyən bərpa işləri görüləcəkdir. Bu isə zavoddakı qurğuların 65%-nin yeni qurğularla əvəzlənməsi deməkdir. Hazırkı mərhələnin sonunda zavodda 22 əsas texnoloji qurğu fəaliyyət göstərəcəkdir. Ümumzavod təsərrüfatı və mövcud infrastrukturun 70 %-i isə tam yenilənəcəkdir. Ümumzavod təsərrüfatının yenilənməsi çərçivəsində ən mühüm sahələrdən biri çirkab suların təmizlənməsi sahəsi və yeni məşəl sisteminin inşasıdır ki, ətraf mühitə mənfi təsirləri xeyli azaldacaq. Layihənin hazırkı mərhələsinə həmçinin müxtəlif təyinatlı boru kəmərləri, kabel xətləri, yeni laboratoriya, elektrik yarımstansiyalar və yeni çənlər parkının tikintisi də daxildir.

2020-ci ildə Covid-19 pandemiyası layihənin bir qədər gecikməsinə səbəb olmuş və yeni qrafikin qəbul olunması labüdləşmişdir. 2020-ci ildə aparılan texniki təftiş və modelləşmə işləri nəticəsində layihənin cari mərhələsi çərçivəsində NEZ-də Avro 5 benzin istehsalının təmin edilməsi məqsədi ilə 3 yeni qurğunun – amin təmizləmə (maye qazların kükürddən təmizlənməsi), LPG Merox (maye qazların ilkin təmizlənməsi və merkaptanlardan təmizlənməsi), benzin hidrotəmizləmə (katalitik krekinq qurğusundan alınan benzin fraksiyasının hidrotəmizlənməsi) qurğularının inşasının vacibliyi müəyyənləşdirilmişdir. Bu qurğunun inşası Avro 5 keyfiyyətinə cavab verən benzinin istehsalı baxımından zəruridir.

Yeni qrafikə əsasən NEZ-də Avro 5 tələblərinə cavab verən dizel istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı dövrdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə Avro 5 standartına çatdırılması planlaşdırılır. Bununla modernizasiyanın hazırkı mərhələsi başa çatdırılacaq. Bundan sonra NEZ-də Ai-92 və Ai-95 markalı benzin istehsal olunacaq.

Layihə üzrə işlərin sürətləndirilməsi üçün ötən il beynəlxalq təcrübəli mütəxəssislərdən ibarət SOCAR Downstream Management şirkəti yaradılmış, SOCAR-ın Türkiyə ofisindən bır sıra təcrübəli mütəxəssislər işlərə cəlb olunmuşdur. “SOCAR Downstream Management” tərəfindən tərtib edilmiş “İstismar mükəmməlliyi” proqramı çərçivəsində gənc mütəxəssislər təcrübə mübadiləsi üçün SOCAR-ın Türkiyədəki STAR Neft emalı zavoduna təlimlərə göndəriləcəkdir.

Qeyd edək ki, beynəlxalq şirkətlər tərəfindən zavodun əsas qurğularında aparılmış son təftiş nəticəsində NEZ-in keçən əsrin 70-80-cı illərində inşa olunmuş bir neçə əsas qurğunun, o cümlədən neftin ilkin emalı qurğusunun istismar müddətinin sona yaxınlaşması nəzərə alınaraq, həmin qurğuların da yeniləri ilə əvəz edilməsini tövsiyə olunmuşdur. Bununla əlaqədar SOCAR tərəfindən müvafiq ilkin tədqiqat və layihələndirmə işlərinə başlanılmışdır. Aparılan tədqiqatın nəticələri və müvafiq təkliflər şirkətin Müşahidə Şurasına təqdim ediləcək.

Tags: NEZSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.