Çərşənbə axşamı, Aprel 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Xəzər Boru Kəməri vasitəsi ilə Qazaxıstan 600 mln tondan çox neft ixrac edib

17/02/2021
Xəzər Boru Kəməri vasitəsi ilə Qazaxıstan 600 mln tondan çox neft ixrac edib
34
BAXIŞ
Share on FacebookShare on Twitter

“Xəzər Boru Kəməri Konsorsiumu” ASC-nin xalis mənfəəti 2020-ci ildə 630 milyon dollar, gəliri isə 2 milyard dollardan çox olub

Bu haqda bu gün səhmdar cəmiyyətin baş direktoru Nikolay Qorban boru kəmərinin ötən ilki fəaliyyətinə yekun vuran zaman jurnalistlərə bildirib. 

Qeyd edək ki, bu il istismara başlamasının 20 illiyini qeyd etməyə hazırlaşan Xəzər Boru Kəməri (CPC) Qazaxıstan nefti ilə yüklənmiş ilk tankerini 13 oktyabr 2001-ci ildə Novorossiysk yaxınlığındakı Yujnaya Ozeryovka terminalından yükləyərək dünya bazarlarına yola salıb. 

Uzunluğu 1511 km olan magistral boru kəməri Qazaxıstanın qərbindəki neft yataqlarını Rusiyanın qara dəniz sahilindəki terminalı ilə birləşdirir. Bu kəmərlə Qazaxıstan neftindən əlavə, habelə Rusiyadakı hasilatçıların xammalı da nəql edilir.

Nikolay Qorbanın sözlərinə görə, 2020-ci ildə “Xəzər Boru Kəməri Konsorsiumu” ASC bütün səhmdarlara olan borclarının ödənilməsini tam şəkildə başa çatdırmış və bu məqsədlə 1 milyard ABŞ dolları həcmində vəsait ödəmişdir. Ödənilən vəsaitin 200 milyon ABŞ dollarından çoxu Qazaxıstana qaytarılıb. 2020-ci ildə boru kəmərinin fəaliyyəti ilə əlaqədar Qazaxıstan büdcəsinə vergilər şəklində 70 milyon ABŞ dollarından çox vəsait ödənilib, bundan əlavə 16 milyon dollar vəsait də əmlak vergisi təşkil edib.

Qorban bildirib ki, səhmdar cəmiyyəti 2021-ci ildə başlayaraq səhmdarlarına dividend ödənişlərinə başlayacaq. 

“Xəzər Boru Kəməri Konsorsiumu” ASC-nin baş direktoru bəyan edib ki, 2020-ci ildə ümumilikdə boru kəməri ilə nəql edilmiş 59 milyon tondan bir qədər artıq həcmdə neft tankerlərə yüklənərək dünya bazarlarına çıxarılıb.

“Bu həcmin 51,8 milyon tonu Qazaxıstanın neft hasilatçılarının payına düşüb ki, o da 2020-ci il üçün planlaşdırılan həcmdən 6, 6 milyon ton azdır. Bu isə OPEC+ çərçivəsində hasilatın azaldılmasından irəli gələn məsələlərlə bağlı olub”, deyə Qorban izah edib.

2020-ci ildə Qazaxıstan ümumilikdə 68,5 milyon ton neft ixrac edib və bu həcmlərin 51,8 milyon tonu və ya 75,6% -i məhz CPC vasitəsilə həyata keçirilib. Bu o deməkdir ki, sözügedən kəmər özünü Qazaxıstan neftinin nəqli üçün səmərəli və etibarlı bir marşrut kimi təsdiq edib. 2001-ci ildən indiyə qədər yalnız bu istiqamət üzrə Qazaxıstan artıq 600 milyon tondan çox neftini dünya bazarına çıxarmağa müvəffəq olub. 

Qeyd edək ki, CPC-nin illik buraxıcılıq gücü hazırda 67 milyon ton təşkil edir. 

“Xəzər Boru Kəməri Konsorsiumu” ASC-nin səhmdarları bunlardır: Rusiya Federasiyası (“Transneft” Publik Səhmdar Cəmiyyəti ilə təmsil edilir) – 24%, Qazaxıstan Respublikası (Milli Şirkət “KazMunayQaz” ASC ilə təmsil edilir) – 19%, Chevron Caspian Pipeline Consortium Company – 15%, LUKARCO B.V. – 12,5 %, Mobil Caspian Pipeline Company – 7,5 %, Rosneft-Shell Caspian Ventures Limited – 7,5 %, CPC Company (“Transneft” Publik Səhmdar Cəmiyyəti ilə təmsil edilir) – 7 %, BG Overseas Holding Limited – 2 %, BG Overseas Holding Limited – 2 %,  Kazakhstan Pipeline Ventures LLC  (Milli Şirkət “KazMunayQaz” ASC ilə təmsil edilir) – 1,75 %, Oryx Caspian Pipeline LLC – 1,75 %.

Caspian Barrel

Tags: CPCQazaxıstan

Eyni kateqoriyadan Digər materiallar

Мощности ядерной генерации в мире растут
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Из порта Джейхан отгружено более 67 млн баррелей нефти BTC
Azərbaycan

BTC ilə I yarımildə 700 min tondan çox Qazaxıstan nefti daşınıb

29/07/2024
Tokayev: “Qazaxıstanda AES-in tikintisi ilə bağlı son qərarı xalq verəcək”
Maraqlı Xəbərlər

Tokayev: “Qazaxıstanda AES-in tikintisi ilə bağlı son qərarı xalq verəcək”

27/06/2024
Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib
Azərbaycan

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına maraq göstərir

04/06/2024
Qazaxıstan və Özbəkistan Xəzərin dibi ilə Azərbaycana elektrik enerjisi ötürmək istəyir
Azərbaycan

Qazaxıstan və Özbəkistan Xəzərin dibi ilə Azərbaycana elektrik enerjisi ötürmək istəyir

14/11/2023
Fransa Qazaxıstanda nəhəng külək elektrik stansiyası tikəcək
Qazaxıstan

Fransa Qazaxıstanda nəhəng külək elektrik stansiyası tikəcək

03/11/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.