Cümə, Avqust 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR və KMG Satti qazma qurğusunu “Dayazsulu Abşeron”da istifadə edəcək

27/02/2021
SOCAR və KMG Satti qazma qurğusunu “Dayazsulu Abşeron”da istifadə edəcək
12
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın “KazMunayGaz” (KMG) milli neft şirkət Abşeron yarımadasının dayazsulu ərazilərində Satti qazma qurğusunun istifadəsinə dair müqavilə imzalayıblar

Bu barədə “Report” Qazaxıstanın “Samruk-Kazına” dövlət fondunun mətbuat xidmətinə istinadən məlumat verib.

Bildirilir ki, KMG Satti qazma qurğusunu 2019-cu ilin iyun ayında etibarlı idarəetmə üçün SOCAR-ın törəmə “Caspian Drilling Company” (CDC) şirkətinə təhvil verib. Azərbaycan şirkəti isə qurğunu modernləşdirməli idi.

Məlumatda deyilir ki, “KMG Drilling & Services və CDC SOCAR və BP şirkətlərinin birgə kəşfiyyat işləri apardığı Xəzər dənizinin Azərbaycan sektorundakı Satti qazma qurğusu ilə quyu qazma müqaviləsi imzalayıb.

Bildirilir ki, Qazaxıstan qazma qurğusu “British Petroleum Absheron Limited” şirkətinin operatoru olduğu və idarə etdiyi Xəzər dənizinin Azərbaycan sektorundakı “Dayazsulu Abşeron” (Shallow Water Absheron Peninsula SWAP) layihəsində istifadə edilməsi planlaşdırılır.

Xatırladaq ki, Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.

Blokun operatoru “BP-Azerbaijan” şirkətin məlumatında bildirilib ki, quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra başlamaq nəzərdə tutulur.

Bildirilir ki, quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi 2020-ci ilin avqustun 28-də ictimaiyyətə açıqlanıb. İki aylıq açıqlama müddəti bitdikdən sonra sənəd yenilənib yenidən hökumətə təqdim edilib. Sənədin təsdiqi ilə müvafiq icazələr alınmaqla quyunun qazılmasına 2021-ci ilin ikinci rübündə başlanacaq.

Daha öncə qeyd edilirdi ki, Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işləri bu ilin birinci rübündə start veriləcək.

Xəbər verildiyi kimi, 16 fevral 2019-cu il tarixində “KazMunayGas” Satti qazma qurğusunu SOCAR-ın etibarlı idarəetməsinə verməyə razı olub. Razılaşmalara əsasən, Qazaxıstan qazma qurğusu Xəzərin Azərbaycan sektorunda kəşfiyyat quyularının qazılmasında istifadə ediləcək.

“Satti” qazma qurğusu tam olaraq Qazaxıstanda inşa edilmiş ilk qurğudur. Həm dayaz suda, həm də dənizin böyük dərinliklərində 6 km-ə qədər quyu qazmaq üçün istifadə edilə bilər. İnşaat üç ildir ABŞ texnologiyalarına əsasən iki gəmiqayırma zavodunda aparılıb. Qazma qurğusunun dəyəri 270 milyon ABŞ dolları təşkil edib.

“KMG Drilling & Services” Qazaxıstanın milli neft-qaz şirkəti olan “KazMunayGas”ın törəmə şirkətidir.

Tags: SOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.