Bazar ertəsi, Yanvar 19, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR şirkətlər arasında ilk Dünya Korporativ Şahmat Çempionatında iştirak edəcək

17/02/2021
SOCAR şirkətlər arasında ilk Dünya Korporativ Şahmat Çempionatında iştirak edəcək

{"source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1613554896446","subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1613554896436","source":"other","origin":"gallery"}

1
BAXIŞ
Share on FacebookShare on Twitter

Fevralın 19-dan 21-ə kimi Chess.com saytında “online” formatda Korporativ Şirkətlər üzrə ilk Dünya Şahmat Çempionatı keçiriləcək

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bildirilib ki, bu mötəbər yarışda dünyanın “Global 500” siyahısında yer alan “Facebook”, “Google”, “Morgan Stanley”, “Gazprom” kimi nəhəng şirkətləri ilə birlikdə SOCAR da “ən intellektual korporativ şirkət” adı uğrunda mübarizə aparacaq.

Şirkəti yarışda üç həmkarımız – Baş Ofisin Neft və qaz əməliyyatlarına nəzarət Departamentinin böyük mühəndisi Samir Kərimov, “Azneft” İB-nin Qazma mühəndisliyi və əməliyyatlar Departamentinin böyük mühəndisi Cavid İbişov, Baş Ofisin Keyfiyyət idarə edilməsi sisteminin təşkili Departamentinin böyük mühəndisi Aliyə Cəlilova təmsil edəcək. Nizamnaməyə əsasən hər bir iştirakçı şirkət FİDE reytinqi 2500-ü keçmiş bir peşəkar şahmatçı dəvət edə bilər. SOCAR-ın maraqlarını yarışda gənc qrossmeyster, Azərbaycan yığma komandasının üzvü Nicat Abbasov (FIDE reytinq: 2664) qoruyacaq.

Yarışda iştirak edəcək “legionerlər” siyahısında Dünya çempionu Maqnus Karlsen, Namizədlər Turnirinin iştirakçıları Yan Nepomnyaşşiy və Aniş Giri, tanınmış qrossmeysterlər Anton Korobov, Vladislav Artemyev, Radoslav Voytaşek, Vladimir Malaxov, Georq Mayer və başqaları var.

FIDE prezidenti Arkadi Dvorkoviç iştirakçılara müraciətində deyib: “Əminik ki, bu həm də iştirakçı komandalar və onların məsul şəxslərinə idman vasitəsilə yeni müştərilər və biznes imkanları əldə etmək, milli və beynəlxalq biznesin liderləri və təmsilçiləri ilə əlaqələri inkişaf etdirmək şansı verəcəkdir”.

Tarixdə ilk dəfə keçirilən Korporativ Dünya Şahmat Çempionatında Azərbaycandan SOCAR və SOCAR AQŞ şirkətlərinin komandaları iştirak edir.

Yarış iştirakçılarına uğur diləyən SOCAR prezidenti Rövnəq Abdullayev deyib: “SOCAR Azərbaycanın şahmat üzrə yığma komandasının tərəfdaşı, beynəlxalq turnirlərin təşkilatçısı kimi təkcə ölkəmizdə deyil, bütün regionda şahmatın inkişafına dəstək verir. Biz “SOCAR-Azərbaycan” şahmat komandasının dünyada keçirilən mötəbər yarışlarda qazandığı nailiyyətlərdən qürur duyuruq. Əminəm ki, SOCAR şirkətlər arasında ilk Dünya Çempionatında iştirak etməklə məntiq, zəka tələb edən bu qədim oyunun Korporativ şirkətlərin əməkdaşları arasında daha böyük populyarlıq qazanmasına və inkişafına öz töhfəsini verəcək”.

FIDE-nin şahmat veteranlarına dəstək və uşaqlar üçün təhsildə şahmat sosial proqramlarına töhfə verən bütün iştirakçı komandalar 2021-ci il noyabrın 24-dən dekabrın 16-dək “Dubai World Expo 2021” sərgisi çərçivəsində keçiriləcək Dünya Şahmat Çempionatında iştirak hüququ da əldə edəcək.




Tags: ŞahmatSOCAR

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
SOCAR launches first fast charging station for electric trucks in Switzerland
Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.