Cümə axşamı, May 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Şaban: “SGC Azərbaycanın etibarlı partnyor statusunu bir daha təsdiq edir”

11/02/2021
İlham Şaban: “SGC Azərbaycanın etibarlı partnyor statusunu bir daha təsdiq edir”
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Bakıda videokonfrans formatında Cənubi Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclası keçirilib. Bəs Şuranın fəaliyyətinin ötən dövr ərzində Azərbaycan üçün əhəmiyyəti nədən ibarət oldu?

Bu barədə “Report”a açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, Şuranın hansısa qərarverici səlahiyyəti olmasa da, onun mövcudluğunun ortada olan hər hansı problemlərin daha qısa müddətdə digər qurumlarla uyğunlaşdırılması və həllinə yardımcı olmaq baxımından əhəmiyyəti danılmazdır.

Onun sözlərinə görə, digər tərəfdən Şura layihə üzrə qrafikdən geriqalmaları minimuma endirmək yönündə işlərin koordinasiyası baxımından da önəmlidir: “Şuranın yaradılması məsələsi Azərbaycanın təşəbbüsü ilə 2015-ci ildə gündəmə gətirildi. Məqsəd isə reallaşdırlması nəzərdə tutulan layihələrin maksimal dərəcədə qrafik çərçivəsində saxlamaq idi. O zaman biri birindən asılı olmayan dörd layihə vardı. Bunlardan biri hasilat, digərləri isə infrastruktur layihəsi idi. Onların icrası üçün böyük kapital qoyuluşları və əməktutumlu işlər görüləcəkdi”.

Ekspert bildirib ki, iri layihələrin icrasında təcrübəsi olan Azərbaycan bilirdi ki, heç də hər zaman işlər qrafik və plana uyğun getmir: “Bu baxımdan cənab Prezidentin belə bir qurumun yaradılması təşəbbüsü çox düzgün və vaxtında atılmış addım oldu. Layihəyə cəlb olunan ölkələrin müvafiq qurumlarının, o cümlədən burada iştirak edən şirkətlərin, maliyyə qurumlarının ildə bir dəfə toplanaraq ötən dövrə nəzər salmaqla, qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparmaları üçün belə bir platformanın olması artıq özü özlüyündə kifayət qədər əhəmiyyətə malikdir”.

İlham Şaban diqqətə çatdırıb ki, Azərbaycanın bu layihə çərçivəsində ən böyük uğuru Avropa standartları çərçivəsindən kənara çıxmadan üzərinə düşən öhdəlikləri vaxtından da tez həyata keçirməklə vəsaitlərə qənaət etməsindədir: “Biz Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) nə zamansa qrafikdən əvvəl nəyisə həyata keçirdiklərini və ya yaxud da maliyyə vəsaitlərinə qənaət etdiklərini eşitmədik. Ancaq ölkəmiz öz hüdudlarından kənarda ilk dəfə ərsəyə gətirdiyi və operatorluğunu etdiyi Trans-Anadolu Qaz Kəmərində (TANAP) bunu reallaşdırmağı bacardı. Buna ilk növbədə hökumətlə biznesin sıx təmasda işləməsi imkan verdi. Biz bu sinerjini Azərbaycan və Gürcüstanda həyata keçirilən digər layihələrdə də gördük. Bütün bunlar nəticə etibarı ilə həm Azərbaycanın etibarlı partnyor statusunu bir daha təsdiq edir, həm də vəsaitlərin səmərəli idarə olunması işinin düzgün təşkil olduğunu göstərir”.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı isə 2020-ci il fevralın 28-də keçirilib.

Tags: Cənubi Qaz Dəhliziİlham Şaban

Eyni kateqoriyadan Digər materiallar

İlham Şaban: “Azərbaycan bir zamanlar Avropanın tikmək istədiyi “Nabucco” layihəsini canlandırır”
Azərbaycan

İlham Şaban: “Azərbaycan bir zamanlar Avropanın tikmək istədiyi “Nabucco” layihəsini canlandırır”

03/02/2023
Rusiya-Türkiyə qaz  sövdələşməsi və Azərbaycanın maraqları
Maraqlı Xəbərlər

Rusiya-Türkiyə qaz sövdələşməsi və Azərbaycanın maraqları

11/12/2022
İlham Şaban: “SOCAR xarici bazarlarda əldə etdiyi təcrübəni yerli bazara tətbiq etməyə hazırlaşır”
Azərbaycan

İlham Şaban: “SOCAR xarici bazarlarda əldə etdiyi təcrübəni yerli bazara tətbiq etməyə hazırlaşır”

31/08/2022
Azərbaycan

İ.Şaban: Azərbaycanla Avropa arasında qaz əməkdaşlığının yeni mərhələsi başlayır

06/02/2022
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb – İlham Şaban
Azərbaycan

Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb – İlham Şaban

17/10/2021
Avropada qaz qiymətlərinin oynaması neft bazarına təsir edəcəkmi?
Maraqlı Xəbərlər

Avropada qaz qiymətlərinin oynaması neft bazarına təsir edəcəkmi?

17/09/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.