Bazar, Avqust 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Dəniz obyektlərində çalışan neftçilərin peyvənd olunmasına başlanılıb

19/02/2021
Dəniz obyektlərində çalışan neftçilərin peyvənd olunmasına başlanılıb
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Dəniz obyektlərində çalışan neftçilərin karantində olan birinci qrupunun COVİD-19 infeksiyasına qarşı peyvənd olunmasına artıq başlanılıb

“Report” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Məlumata görə, bu qrupdan olan SOCAR əməkçiləri dənizdəki iş yerlərinə karantin müddətini tam keçdikdən sonra göndəriləcək, iş növbəsini başa vurub qayıtdıqdan sonra isə vaksinasiya qaydalarına uyğun olaraq, ikinci dəfə peyvənd olunacaqlar. Vaksinasiyadan keçmiş və ya COVİD-19 infeksiyasına yoluxaraq orqanizmlərində anticism yaranmış işçilərin isə karantində saxlanılmadan birbaşa işə cəlb ediləcəyi nəzərdə tutulur. Hazırlanmış plana əsasən, bütün dəniz neftçilərinin qısa müddətdə və mütəşəkkil qaydada peyvənd olunmaları üçün qrafik tutulmuş, zəruri tədbirlər görülüb.

Xatırladaq ki, pandemiya müddətində neft və qaz hasilatının davamlılığının təmin edilməsi və dəniz obyektlərində çalışan işçi heyətin infeksiyaya yoluxmasının qarşısının alınması məqsədi ilə növbəli iş rejimində çalışan personal indiyə qədər növbədən əvvəl karantin zonasında COVİD-19 testindən keçirilir və 7 gün ərzində həmin zonada yaşamalı olurdu. Yalnız təkrar test nəticəsində infeksiyaya yoluxmadıqları təsdiq olunduqdan sonra onlar dəniz obyektlərinə göndərilirdilər. Pandemiyanın yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində ölkəmizin bütün aparıcı şirkət və müəssisələri kimi SOCAR da xüsusi iş rejiminə keçmiş, dəniz obyektlərində ənənəvi şəkildə tətbiq olunan 15 günlük iş növbəsinin 30 günədək uzadılması məqsədəuyğun sayılmışdı. Lakin iş və istirahət günlərinin illik sayı dəyişməz qalsa da, bu iş rejimi və dəniz neftçilərinin karantində keçirməli olduğu əlavə günlər onlar üçün əlavə psixoloji və sosial gərginlik yaradırdı. Bu zaman işin təşkili baxımından müəyyən çətinliklər yaranır, əlavə vəsait və resurslar sərf olunurdu. Odur ki, 30 günlük iş rejimindən ənənəvi rejimə keçirilməsi imkanları daim araşdırılırdı.

Prezident İlham Əliyev cənablarının gərgin səyləri nəticəsində respublikamızda vaksinasiya proseslərinə dünyanın aparıcı ölkələri ilə eyni vaxtda başlanılması əhalinin bütün təbəqələrində böyük ruh yüksəkliyi yaradıb, dərin minnətdarlıq hissi ilə qarşılanıb. Ölkəmizdə vaksinasiya prosesinin belə tezliklə start götürməsi SOCAR-ın dəniz obyektlərində ənənəvi növbəlilik rejiminin bərpa olunması üçün də əlverişli imkan yaradıb. Yaranmış imkanı yüksək dəyərləndirən SOCAR rəhbərliyi dəniz neftçilərinin ilk növbədə peyvənd olunması xahişi ilə Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edib, bu müraciət müsbət cavablandırılıb.

SOCAR-ın dəniz obyektlərində 10 mindən çox işçi fəaliyyət göstərir.

Tags: COVID-19neftçilərpeyvəndSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.