Çərşənbə axşamı, Aprel 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Cənub Qaz Dəhlizi” layihəsinin perspektivləri müzakirə olunub

12/02/2021
“Cənub Qaz Dəhlizi” layihəsinin perspektivləri müzakirə olunub
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Fevralın 11-də Bakıda videokonfrans formatında “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclası keçirilib

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Serbiya, İtaliya, Böyük Britaniya, ABŞ, Yunanıstan, Rumıniya, Türkmənistan, Albaniya, Xorvatiya, Monteneqro, Macarıstan, Bosniya və Herseqovina, Şimali Makedoniyanın nazir, nazir müavinləri və müxtəlif dövlət qurumlarının yüksək səviyyəli təmsilçiləri, o cümlədən Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson və Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi, həmçinin layihədə iştirak edən şirkətlərin, beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

Nazirlərin VII iclası Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə komissarı, Məşvərət Şurasının həmsədri xanım Kadri Simsonun açılış və salamlama nitqlərindən sonra layihə üzrə görülmüş işlərə, həmçinin layihənin perspektivlərinə həsr olunmuş iki plenar sessiya ilə davam etdirilib.

“Cənub Qaz Dəhlizi: Nailiyyətlər, TAP layihəsinin tamamlanması və Azərbaycandan Avropaya qaz təchizatına başlaması” mövzusuna həsr edilmiş birinci sessiyası energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin çıxışları ilə öz işinə başlayıb.

Plenar sessiya çərçivəsində “Cənub Qaz Dəhlizi” layihəsinin yekunlaşması ilə bağlı TAP AG şirkətinin icraçı direktoru Luca Schieppati, TANAP-ın baş direktoru Saltuk Düzyol, Azərbaycan Qaz Təchizatı şirkətinin (AGSC) baş meneceri xanım Lidya Salahova, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun hesabat və təqdimatları dinlənilib.

Sessiyada həmçinin, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, ABŞ Dövlət Katibi köməkçisinin müavini Kurt Donnelly, Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson, İtaliya Respublikası İqtisadi İnkişaf Nazirliyinin İnfrastruktur və Enerji Sistemləri üzrə Baş direktoru Gilberto Dialuce, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnava, Türkmənistanın dövlət naziri, “Türkmənqaz” Dövlət Konserninin sədri Batır Amanov, Yunanıstanın energetika və ətraf mühit naziri Kostas Skrekas, Bolqarıstanın energetika naziri Temenujka Petkova, Albaniyanın infrastruktur və energetika nazirinin müavini İlir Bejtja çıxış ediblər.

“Cənub Qaz Dəhlizi”nin növbəti mərhələsi: perspektivlər və çağırışlar” mövzusuna həsr olunmuş ikinci plenar sessiyada Avropa İttifaqı Komissiyasının energetika üzrə baş direktoru Florian Ermakora və SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov çıxış edərək Cənub Qaz Dəhlizi layihəsində Azərbaycanın strateji rolundan, layihənin Avropada enerji marşrutlarının və mənbələrinin şaxələndirilməsinə verəcəyi töhfələrin əhəmiyyətindən danışıblar.

Sessiyada Serbiya Baş nazirinin müavini, dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviç, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Vircil Daniel Popesku, Monteneqronun kapital investisiyaları naziri Mladen Boyaniç, Şimali Makedoniyanın iqtisadiyyat naziri Kreşnik Bekteşi və Xorvatiya İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Dövlət Katibi Ivo Milaticin çıxışları dinlənilib.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VII iclasının yekunlarına dair həmsədrlərin mətbuat üçün birgə bəyanat sənədi qəbul edilib.

Tags: Cənub Qaz Dəhlizivideokonfrans

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
SOCAR приступил к прямым поставкам газа потребителям в Болгарии
Azərbaycan

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib

14/05/2025
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin yubiley toplantısı
Azərbaycan

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin yubiley toplantısı

29/02/2024
TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək
Azərbaycan

TAP-ın buraxıcılıq gücü 2026-cı ildən daha 1,2 milyard kubmetr genişləndiriləcək

29/02/2024
ABŞ Dövlət Departamenti rəsmiləri Azərbaycan Energetika nazirliyinin nümayəndə heyətini qəbul edib
Azərbaycan

ABŞ Dövlət Departamenti rəsmiləri Azərbaycan Energetika nazirliyinin nümayəndə heyətini qəbul edib

21/02/2024
Almaniya Cənub Qaz Dəhlizinin genişləndirilməsini təklif edir
Maraqlı Xəbərlər

Almaniya Cənub Qaz Dəhlizinin genişləndirilməsini təklif edir

24/11/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.