Cümə, İyun 5, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanın Energetika naziri “Atlantik Şura”nın təşkil etdiyi müzakirələrə qatılıb

Pərviz Şahbazov Azərbaycanın müstəqil enerji siyasətinin ilk vaxtlardan Birləşmiş Ştatlarla sıx tərəfdaşlıq əsasında inkişaf etdiyini vurğulayıb

20/02/2024
Azərbaycanın Energetika naziri “Atlantik Şura”nın təşkil etdiyi müzakirələrə qatılıb
71
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov ABŞ-nin paytaxtı Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu analitik mərkəzlərdən biri olan “Atlantik Şura”nın təşkil etdiyi müzakirələrdə iştirak edib.

Caspian Barrel Energetika nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentzin moderatorluğu ilə işgüzar nahar formatında aparılan müzakirələrdə mühüm geosiyasi mövqedə yerləşən Azərbaycanın enerji resursları, xüsusilə Cənub Qaz Dəhlizi ilə Avropanın enerji təchizatının təhlükəsizliyində oynadığı strateji rolundan bəhs edilib. 

COP29 ölkəsi olaraq Azərbaycanın milli və qlobal səviyyədə enerji keçidinin sürətləndirilməsi, dekarbonizasiya, metan emissiyalarının azaldılması və iqlimin maliyyələşməsi məsələlərinə dair siyasəti, bərpa olunan enerjinin inkişafı ilə bağlı kursu  nəzərdən keçirilib.

Azərbaycanın müstəqil enerji siyasətinin ilk vaxtlardan Birləşmiş Ştatlarla sıx tərəfdaşlıq əsasında inkişaf etdirildiyini vurğulayan energetika naziri Pərviz Şahbazov ölkəmizin hər zaman enerji təhlükəsizliyi təşəbbüslərinin reallaşmasında, Xəzərin neft-qaz resurslarının dünya bazarlarına çıxarılmasında bu tərəfdaşlığın müstəsna əhəmiyyət daşıdığını qeyd edib.

Nazir hazırda Azərbaycanın neft-qazdan sonra bərpa olunan enerjinin təchizatçısına çevrilmək, bu enerjinin də Avropaya nəql etmək üçün nəhəng “yaşıl enerji” dəhlizini həyata keçirmək istiqamətində mühüm addımlar atdığını qeyd edib. Bildirilib ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2030-cu ilədək Azərbaycanın “yaşıl artım” ölkəsi kimi inkişafını prioritetləşdirən dövlət siyasəti enerji sektorunun transformasiyasına güclü təkan verdi. Azad edilmiş ərazilərin “yaşıl enerji zonası” kimi inkişafı, sənaye miqyaslı “yaşıl enerji” layihələrinin beynəlxalq enerji şirkətləri ilə həyata keçirilməsi, energetika sahəsində köklü dəyişiklikləri təşviq edən islahatların aparılması, habelə ölkəmizin emissiyaların azaldılması ilə bağlı təşəbbüslərə qoşulması Azərbaycanın “yaşıl gündəliy”inin icrasında qərarlı olduğunu göstərir.

Nazir enerji keçidi və iqlim hədəflərinə nail olmaq üçün maliyyələşmə ilə bağlı qlobal həmrəyliyin vacibliyini qeyd edib. Bildirilib ki, Azərbaycan “yaşıl enerji”nin inkişafının sürətləndirilməsi və ekoloji tarazlığın qorunması üzrə beynəlxalq səylərə uğurla rəhbərlik edəcək.

Qeyd edək ki, tədbirdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman, enerji və iqlim məsələləri üzrə dövlət rəsmiləri, beynəlxalq enerji şirkətləri və təşkilatlarının nümayəndələri iştirak edib.

 

Tags: ABŞAtlantik ŞurasıAzərbacan-ABŞ enerji əməkdaşlığıPərviz Şahbazov

Eyni kateqoriyadan Digər materiallar

ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur
Maraqlı Xəbərlər

ABŞ: Xəzər interkonnektorunun tamamlanması Vaşinqtonun maraqlarına uyğundur

21/05/2025
Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.