Bazar, Mart 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Yunanıstan parlamenti IGB-nin tikintisinə icazə verdi

29/01/2021
Yunanıstan parlamenti IGB-nin tikintisinə icazə verdi
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Yunanıstan parlamenti Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana ixrac edilməsi üçün nəzərdə tutulan Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (Interconnector Greece – Bulgaria, IGB) tikintisinə icazə verən qanun layihəsini ratifikasiya edib

“Report”un məlumatına görə, bu barədə Yunanıstanın ANMA milli informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, qanun layihəsi həmçinin “EastMed Gas Forum” (EMGF) təsisçi müqaviləsinin təsdiqini nəzərdə tutur.

Məlumata görə, Bolqarıstan tərəfi İGB əməkdaşlığı ilə bağlı ikitərəfli müqaviləni ratifikasiya edib. Bu, Yunanıstan və Bolqarıstan təbii qaz boru kəmərləri şəbəkəsinin birləşdirilməsinə imkan verəcək.

Yunanıstanın energetika və ətraf mühit naziri Kostas Skrekas qeyd edib ki, İGB layihəsi artıq reallaşmaqdadır. O bildirib ki, boru kəmərinin tikintisinin 52 %-i artıq yekunlaşıb və onun tikintisinin 2021-ci ilin sonunda yekunlaşacağı gözlənilir.

Onun sözlərinə görə, İGB layihəsi Yunanıstanın geostrateji mövqeyini yaxşılaşdıracaq: “Çünki ölkə müxtəlif mənbələrdən Avropa bazarı üçün təbii qazın ötürülməsində qapı rolunu oynayacaq: “Yeni boru kəməri Azərbaycan qazının Yunanıstan üzərindən Avropaya ötürülməsini həyata keçirəcək Trans-Adritik Qaz Boru Kəməri (TAP) ilə birləşəcək. Həmçinin, Yunanıstanın şimalında yerləşən Aleksandroupolisdəki sıxılmış təbii qaz (LNG) terminalı kimi digər layihələrlə birləşəcək.

Skrekas vurğulayıb ki, forumun məqsədi rəqabətyönümlü qiymətlərlə bölgənin enerji təhlükəsizliyinin təminatını həyata keçirməkdir.

Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. TAP-a qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.

Tags: layihəParlamentYunanıstan

Eyni kateqoriyadan Digər materiallar

BP yerli universitetlərin potensialının artırılması üçün daha bir layihəni başa çatdırıb
Azərbaycan

BP yerli universitetlərin potensialının artırılması üçün daha bir layihəni başa çatdırıb

05/07/2023
Yunanıstan Azərbaycandan neft idxalını bərpa edib
Maraqlı Xəbərlər

Yunanıstan Azərbaycandan neft idxalını bərpa edib

09/06/2023
Azərbaycan Yunanıstanla energetika sahəsində əməkdaşlığı müzakirə edib
Azərbaycan

Azərbaycan Yunanıstanla energetika sahəsində əməkdaşlığı müzakirə edib

19/10/2022
Azərbaycan

BP şirkəti Azərbaycanda icmaların inkişafına yönəlmiş 3 layihəni tamamlayıb

16/07/2021
BP Azərbaycanda potensialın artırılmasına dəstəyini davam etdirir
Azərbaycan

BP Azərbaycanda potensialın artırılmasına dəstəyini davam etdirir

25/05/2021
Azərbaycan

BP: 2023-cü ildə ACE layihəsindən ilk hasilat üçün işlər qrafiklə aparılır

29/04/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.