Cümə axşamı, Avqust 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“SOCAR Petroleum” Qusarda yeni modul tipli YDM istifadəyə verib

05/01/2021
“SOCAR Petroleum” Qusarda yeni modul tipli YDM istifadəyə verib
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Qusar rayonu, Qusar-Laza yolunun 29-cu kilometrliyində yerləşən Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-nin ərazisində SOCAR brendli yeni modul tipli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib

Bu barədə “Report”a Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR Petroleum” QSC-dən bildirilib.

Məlumata görə, bununla da, SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 38-ə çatdırılıb.

“SOCAR Petroleum”un peşəkar mühəndis heyətinin ərsəyə gətirdiyi bu YDM dəniz səviyyəsindən 1 600 metr yüksəklikdə, 1 500 m2 ərazidə yerləşir. Qusar rayonunda hərəkət edən sürücülər, eyni zamanda “Şahdağ Turizm Mərkəzi”nə gələn qonaqlar üçün bu YDM yerləşmə yerinə görə daha əlverişlidir. Yeni istifadəyə verilmiş modul tipli məntəqədə 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu YDM-də “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün şərait yaradılıb.

“Şahdağ Turizm Mərkəzi”nin sədri Rodderik Leffler yeni istifadəyə verilmiş YDM ilə bağlı fikirlərini bölüşərək qeyd edib: “Bu gün bizim üçün əlamətdar bir gündür. Ölkənin ən böyük turizm layihəsinin xidmətlərinin sırasına yanacaq doldurma məntəqəsi də əlavə olunur. Bu həm bizim kompleksimizin qonaqları üçün, həm də ətraf kəndələrin sakinləri üçün möhtəşəm yenilik və çox zəruri ehtiyacın ödənilməsi üçün praktik bir xidmətdir. Biz çox şadıq ki, tərəfdaşımız məhz ölkənin flaqman yanacaq brendi olan SOCAR-dır. Bu YDM, kompleksimizin infrastrukturunu ciddi şəkildə zənginləşdirir. Eyni zamanda, qeyd edim ki, bu günə qədər kompleksə ən yaxın YDM 30 km. məsafədə yerləşirdi. Bu isə istirahət üçün kompleksə gələn qonaqlara, eyni zamanda ətraf kəndlərin əhalisinə çətinlik törədirdi”.

“SOCAR Petroleum” 38 YDM ilə yanaşı, 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi tətbiq olunmasında lider olan şirkətin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR Petroleum”un fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.

Tags: QusarSOCAR PetroleumYDM

Eyni kateqoriyadan Digər materiallar

Aydın Kərimov: “SOCAR Petroleum” Şuşada daimi əsaslı YDM-nin tikintisinə başlayıb”
Azərbaycan

Aydın Kərimov: “SOCAR Petroleum” Şuşada daimi əsaslı YDM-nin tikintisinə başlayıb”

28/06/2024
SOCAR Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırıb
Azərbaycan

SOCAR-ın nə qədər yanacaqdoldurma məntəqəsi var?

10/06/2024
Azərbaycanda enerjidoldurma məntəqələrində onlayn ödənişlər üçün proqram təminatı yaradılacaq
Azərbaycan

Azərbaycanda enerjidoldurma məntəqələrində onlayn ödənişlər üçün proqram təminatı yaradılacaq

13/05/2024
SOCAR Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırıb
Azərbaycan

SOCAR Azərbaycandakı yanacaqdoldurma məntəqələrinin sayını 60-a çatdırıb

11/03/2024
Füzulidə SOCAR-ın yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib
Azərbaycan

Füzulidə SOCAR-ın yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib

23/01/2024
SOCAR “See Breeze”də modul tipli YDM istifadəyə verdi
Azərbaycan

SOCAR “See Breeze”də modul tipli YDM istifadəyə verdi

10/05/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.